Məhkəmə qərarları › İş №2(066)-804/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-804/2023

17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-804/2023 17.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı, Cavbdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 və qanuni nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 17 iyul 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 13 avqust 2008-ci il təvəllüdlü X5, 26 sentyabr 2011-ci il təvəllüdlü X6 və 26 may 2020-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər biri üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuş və həmin məhkəmənin 04 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşaqlarının hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması ümün hər ay 100 manat cəmi 300 manat aliment onun xeyrınə ödənilməsi qət edilmişdir. Hal hazıra uşaqları Şəhriyarın 14, Mahəddin 12 və Hüseyn 3 yaşındadılar. İki uşağı orta məktəbdə təhsil alırlar. Onların gündəlik məktəb xərcləri, qidalanmaları, əyin paltarları üçün xərclər dəflərlə artmışdır. Məhkəmə qətnaməsinə əsasən qət edilmiş cəmi 300 manat aliment uşaqlarının təlabatlarını ödənilməsinə yetmir. Bahalaşma maddi vəziyətlərinə cox böyük təsir edir. Cavabdeh xəstəliyə görə təqaüd alır və təsərrüfatla məşğul olur, iri və xırda buynuzlu malqara saxlayaraq kifayət qədər pul qazanırlar.Buna baxmayaraq alimenti vaxtı vaxtında ödəmir. Uşaqlarını saxlamaqda maddi cəhətdən əziyyət çəkir. Hazırda ölkədə uşaqlar üçün yaşayış minumumu 220 manat müəyyən edilmişdir. Odur ki, Cavabdeh Məhəddin oğlundan uşaqlarının saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq uşaqlarının hər birinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində 220 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh ruhi xəstədir işləmək qabilyyəti yoxdur. Göygöl rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnməsi ilə Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh öz hərəkətlərinin mənasını anlamir, hərəkətlərini idarə etmək və işləmək qabiliyyətində deyil, 150 manat təqaüd alır. Göygöl rayon məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşaqlarının hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması ümün hər ay 100 manat cəmi 300 manat aliment kəsilmişdir. Uşaqların saxlanilması üçün alimenti cavabdehin anası X7 çətinliklə ödəyir. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnməsi ilə oğlu Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Göygöl rayon İHB-nın xx.xx.2022-ci il tarixli 77 nömrəli sərəncamı ilə o , oğlu Cavabdeh qəyyum təyin edilmişdir. Oğlu hərəkətlərinin mənasını anlamir, hərəkətlərini idarə etmək və işləmək qabiliyyətində deyil, 150 manat təqaüd alır. Göygöl rayon məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşaqlarının hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması ümün hər ay 100 manat cəmi 300 manat aliment kəsilmişdir. Oğlu ruhi xəstə olduğundan onun özü nəvələrinin saxlanılması üçün hər ay çətinliklə də olsa 200 manat aliment ödəyir. Uşaqlardan 9-cu sinif şagirdi olan Şəhriyar pul qazanmaq üçün Toğana kəndində ofisiantlıq edir. Cavabdeh olan oğlu Cavabdeh fəaliyyət qabilyyəti olmayan şəxs olduğundan iddianın əsassız hesab edilib rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş doğum şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş qətnamənin sürətindən görünür ki, Göygöl rayon məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(066)-554/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 100 manat cəmi 300 manat aliment alınaraq İddiaçı xeyrinə qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirk edilməməsi barədə 12 aprel 2023-cü il tarixli MSG/1-01235 nörəli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İşə əlavə olunmuş Göygöl rayon Məhkəməsinin 2(066)-919/2021 nömrəli 05 noyabr 2021-ci il tarixli qətnaməsinin surətində görünür ki xx.xx.1984-cü il tarixdə anadan olmuş Cavabdeh keçirilmiş kəllə-beyin tıravmasından sonra əmələ gələn ağıl zəyifliyi, davranış pozğunluğu ilə XBT-10 (pisxi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində olmaması üçün fəaliyyət qbiliyyəti olmayan şəxs hesab edilmişdir. İşə əlavə olunmuş 21 aprel 2022-ci il tarixli Göygöl rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki 19 aprel 2022-ci il tarixli 15 saylı iclasın qəbul etdiyi qərarla təsdiq edilmişdir ki, Göygöl rayon Hacıməlik qəsəbə sakini X2 rayon Məhkəməsinin 2(066)-919/2021 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı xx.xx.1984-cü il tarixdə anadan olmuş Cavabdeh qəyyum təyin edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023 cü il tarixli ********** nömrəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki Cavabdeh 3-cü qurup əlilliyə görə 150 manat müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin rəsmi nikahlarindan xx.xx.2008-ci ildə X11, xx.xx.2011-ci ildə X12 və xx.xx.2020-ci ildə X13 aılı uşaqları anadan olmuşdur. Göygöl rayon məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə nikah qeydiyyatları pozulmuş, 04 may 2021-ci il tarixli, 2(066)-554/2021 saylı qətnaməsi ilə Cavabdeh uşaqlarının hər birinin saxlanılması üçün 100 manat olmaqla cəmi 300 manat sabit məbləğdə alimentin tutulub iddiaçıya verılməsi qət edilmişdir. Bundan sonra Göygöl rayon Məhkəməsinin 2(066)-919/2021 nömrəli 05 noyabr 2021-ci il tarixli qətnaməsinin surətində görünür ki xx.xx.1984-cü il tarixdə anadan olmuş Cavabdeh keçirilmiş kəllə-beyin tıravmasından sonra əmələ gələn ağıl zəyifliyi, davranış pozğunluğu ilə XBT-10 (pisxi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində olmaması üçün fəaliyyət qbiliyyəti olmayan şəxs hesab edilmiş və Göygöl rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə X7 xx.xx.1984-cü il tarixdə anadan olmuş oğlu Cavabdeh qəyyum təyin edilmişdir. Cavabdeh 3-cü qurup əlilliyə görə cəmi 150 manat müavinət alir. Məhkəmə hesab edir ki, iddia fəaliyyət qabiliyyəti olmayan şəxs Cavabdeh qarşı qaldırılmış həmin iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılmas tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar