Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-811/2024 04.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyi elektrik məişət əşyalarının qalıq dəyəri kimi 697 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğin, cəmi 727 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Cavabdeh, həyat yoldaşı X1 zaminliyi ilə ona məxsus H.Əliyev 20 ünvanında yerləşən “Elektron” elektrik məişət malları mağazasından xx.xx.2022-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 552 manat olan SAMSUNG A 13 markalı telefon, xx.xx.2022-ci il tarixində dəyərini hissəhissə ödəmək şərti ilə ümumi dəyəri 444 manat olan SAMSUNG A 03 markalı telefon və xx.xx.2022-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 624 manat olan SAMSUNG A 32 markalı telefonu almış, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 42 manat, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 42 manat, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 81 manat, xx.xx.2023-cü il tarixində 308 manat və xx.xx.2023-cü il tarixində 300 manat, cəmi 923 manat ödəmiş, mağazaya 1620 manat - 923 manat = 697 manat məbləğdə borcu yaranmışdır. Dəfələrlə müraciət etmələrinə və malın alınmasından 1 il 7 aydan çox keçməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 697 manat məbləği ödəmir və ödəməkdən imtina edir. Ona görə də məhkəmə qaydası ilə cavabdehdən ona verdiyi əşyaların qalıq dəyəri kimi 697 manat pul alınıb ona verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsi bağlanan vaxt cavabdehin həyat yoldaşı X1 zaminliyi ilə iddiaçıya məxsus H.Əliyev 20 ünvanında yerləşən “Elektron” elektrik məişət malları mağazasından cavabdeh xx.xx.2022-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 552 manat olan SAMSUNG A 13 markalı telefon, xx.xx.2022-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 444 manat olan SAMSUNG A 03 markalı telefon və xx.xx.2022-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 624 manat olan SAMSUNG A 32 markalı telefonu almış, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 42 manat, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 42 manat, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 81 manat, xx.xx.2023-cü il tarixində 308 manat və xx.xx.2023-cü il tarixində 300 manat, cəmi 923 manat ödəniş etmiş, mağazaya 697 manat məbləğdə borcu yaranmışdır. Dəfələrlə müraciət etmələrinə və malın alınmasından 1 il 7 aydan çox keçməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 697 (altı yüz doxsan yeddi) manat məbləği ödəməmişdir. İş materiallarına əlavə edilmiş, “Elektron” mağazasının direktoru-satıcı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu 552 manat dəyərində aldığı “Samsung A 13” markalı mobil telefona görə ilkin ödəniş olaraq 50 manat ödəniş etmiş, 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 502 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş, “Elektron” mağazasının direktoru-satıcı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu 444 manat dəyərində aldığı “Samsung A 03” markalı mobil telefona görə ilkin ödəniş olaraq 50 manat ödəniş etmiş, 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla, cəmi 394 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş, “Elektron” mağazasının direktoru-satıcı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu 624 manat dəyərində aldığı “Samsung A 32” markalı mobil telefona görə ilkin ödəniş olaraq 50 manat ödəniş etmiş, 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla, cəmi 574 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh müqaviləsi üzrə yaranmış 697 (altı yüz doxsan yeddi) manat məbləğdə borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Xanlar rayonunun Quşqara kəndində doğulmuş və Göygöl rayonu Quşqara kəndində qeydiyyatdadır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1984-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə 697 (altı yüz doxsan yeddi) manat borcu vardır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqısatqı müqavilələri üzrə yaranmış 697 (altı yüz doxsan yeddi) manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh ona verilmiş məişət əşyalarının qalıq dəyəri olan 697 (altı yüz doxsan yeddi) manat borc məbləği və məhkəmə xərci qismində 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 727 (yeddi yüz iyirmi yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-811/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 04 iyul 2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:35-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:45-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-811/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-811/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver