Məhkəmə qərarları › İş №2(066)-814/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-814/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-814/2023 23.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi və məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli BALBM0063429/14 saylı müqaviləyə əsasən 172.68 manat əsas, 2.02 manat faiz borcu, cəmi 174.7 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərilmişdir ki, icraatda olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 09:40-a təyin edilmişdir. Bildirirlər ki, cavabdehlərlə aralarında heç bir razılıq əldə edilməmişdir. İddialarını müdafiə edirlər. Mülki işə iştirakları olmadan baxılaraq iddialarının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Belə olan halda məhkəmə işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddia onunla əsaslandırılmışdır ki, Namazov Ağalar İdris oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BALBM0063429/14 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 500 manat məbləğində kredit vermişdir. Hazırda mərhum Namazov Ağalar İdris oğlunun Banka ümumi olaraq 174.7manat borcu vardır. Namazov Ağalar İdris oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh1 və Cavabdeh2 Namazov Ağalar İdris oğlunun qanuni vərəsələridirlər. Namazov Ağalar İdris oğlu tərəfindən vərəsələrinə qalan miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017 tarixli AD011522 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan Namazov Ağalar İdris oğluna məxsus olan ban nömrəsi KMHST81C1EU130209, mühərrikin nömrəsi və buraxılış ili 2013 olan X7 minik markalı ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən və Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018 tarixli AD183196 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan Namazov Ağalar İdris oğluna məxsus olan ban nömrəsi XTA**********7182, mühərrikin nömrəsi ******* və buraxılış ili 2001 olan VAZ 21074 minik markalı 60BX517 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Namazov Ağalar İdris oğlu arasında bağlanmış 07 avqust 2014-cü il tarixli, BALBM0063429/14 saylı plastik kartı üzrə kredit xətti müqaviləsindən görünür ki, Ağalar Namazova 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Namazov Ağalar İdris oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak miras qoyan Namazov Ağalar İdris oğluna məxsus buraxılış ili 2013 olan X7 minik markalı 99ED066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Namazov Ağalar İdris oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak miras qoyan Namazov Ağalar İdris oğluna məxsus buraxılış ili 2001 olan VAZ 21074 markalı 60BX517 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 notariat ofisinə ünvanladıqları ərizələrdən görünür ki, mərhum ataları A.Namazovun ölümündən sonra ona məxsus olan X7 minik markalı 99ED066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və VAZ 21074 markalı 60BX517 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmış və onlar mərhum atalarından miras qalmış əmlakdan özlərinə çatası miras payı qəbul etmişlər. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Namazov Ağalar İdris oğlu ilə X1 nikahları 03 iyun 1977-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadları verilmişdir. İş materiallarında olan X2 notariat ofisinə ünvanladığı ərizələrdən görünür ki, 12 oktyabr 2019-cu il tarixdə vəfat etmiş əri Namazov Ağalar İdris oğlundan miras qalmış X7 minik markalı 99ED066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən və VAZ 21074 markalı 60BX517 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ona çatası ½ hissəyə dair mülkiyyət hüqüqlarını rəsmiləşdirmək və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmir. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 iyul 1977-ci il təvəllüdlü Cavabdeh2 atası Namazov Ağalar İdris oğlu, anası isə X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1979-cu il təvəllüdlü Cavabdeh1 atası Namazov Ağalar İdris oğlu, anası isə X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Namazov Ağalar İdris oğlu 12 oktyabr 2019-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Namazov Ağalar İdris oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BALBM0063429/14 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə 172.68 əsas, 2.02 faiz borcu vardır. Göründüyü kimi, mərhum Namazov Ağalar İdris oğlu kredit müqaviləsi üzrə şərtlərə əməl etməməsinə görə banka ümumilikdə 174.7 manat borcu yaranmış və 12 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra cavabdehlər onun vərəsələri qalmışdır. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları Namazov Ağalar İdris oğlundan miras qalmış nəqliyyat vasitələrindən onlara çatası miras payı qəbul etmişlər. X4 İdris oğlu vəfat etdiyinə görə bank kredit müqaviləsi üzrə yaranmış borcu mərhumun ölümündən sonra ondan miras qalmış əmlakdan mirası qəbul edən vərəsələri Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras amlaka) miras goyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, BALBM0063429/14 saylı müqaviləyə əsasən 172.68 manat əsas, 2.02 manat faiz, cəmi 174.7 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, BALBM0063429/14 saylı müqaviləyə əsasən 172.68 manat əsas, 2.02 manat faiz, cəmi 174.7 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar