Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-82/2024 18.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və 10 saylı Regional X5 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Göygöl Regional X5 Cavabdeh qarşı X15 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı 10 saylı X7 Mərkəzi Cavabdeh qarşı X15 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X15 vurulmuş 62 (altmış iki) manat 16 (on altı) qəpik məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödətdirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X3 işə qiyabi icraat qaydasında baxılmasını xahiş edərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. İddia onunla əsaslandırılmışdır ki, 08 fevral 2023-cü il tarixdə Mərkəzin Zurnabad meşəbəyliyinin 01 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı əsasında 09 fevral 2023-cü il tarixdə mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq təbii fəlakətdən aşmış və qırılmış ağaclardan 3.0 m3 həcmində quru odunu apardığı müəyyən edilərək barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayon Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X15 62 (altmış iki) manat 16 (on altı) qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Göygöl Regional X5 nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında Cavabdeh meşədə təbii fəlakətdən aşmış və qırılmış ağacları, quru odunu apardığını, özünün həmin yerə gedib baxış keçirməsini, ölçü götürməsini və bu barədə akt tərtib edib mərkəzə ötürməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında Cavabdeh meşədə təbii fəlakətdən aşmış və qırılmış ağacları apararkən tutmasını və bu barədə mərkəzə məlumat yazmasını təsdiq etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidlərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X8, meşə mühafizə mühəndisi X9, Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X4 tərəfindən tərtib olunmuş 09 fevral 2023-cü il tarixli aktdan görünür ki, Göygöl rayonunun Zurnabad kəndində yaşayan Cavabdeh yaşadığı evə gedilmişdir. Onun barəsində yazılmış məlumat ona bildirilmiş və hadisə yerində onlarla araşdırmada iştirak etməsi Cavabdeh təklif edilmiş və o da getməyəcəyini bildirmişdir. Onun iştirakı olmadan hadisə yerinə gedilərək baxış keçirilmiş və təbii fəlakətdən aşmış və qırılmış ağaclardan 3.0 m3 həcmində quru odunun aparılması müəyyən olunmuşdur. İş materiallarında olan Zurnabad meşəbəyliyinin 1 saylı dolayısının 12 kvartalının vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, vətəndaş Cavabdeh qanunsuz olaraq təbii fəlakətdən aşmış və qırılmış ağaclardan 3.0 m3 həcmində quru odunu apardığı ağacların dəyəri 62 (altmış iki) manat 16(on altı) qəpik təşkil edir. İş materiallarında olan Zurnabad Meşəbəyliyinin 1 saylı meşə dolayısının meşə gözətçisi X4 tərəfindən Zurnabad Meşəbəyliyinin meşəbəyisi X6 ünvanlanmış məlumatdan görünür ki, X.Quliyev bildirir ki, mühafizə etdiyi Zurnabad Meşəbəyliyinin 1 saylı meşə dolayısından Zurnabad kənd sakini Cavabdeh tərəfindən qanunsuz olaraq təbii fəlakətdən aşmış və qırılmış ağaclardan 3.0 m3 həcmində quru odunu apararkən tutmuşdur. Cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X8, meşə mühafizə mühəndisi X9, Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X4 tərəfindən tərtib olunmuş 09 fevral 2023-cü il tarixli aktdan görünür ki, Göygöl rayonu Zurnabad kənd sakini Cavabdeh barəsində tərtib edilmiş akta imza etrməkdən imtina etmişdir. Məhkəmə iddia üzrə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən Göygöl X7 Mərkəzinə 62 (altmış iki) manat 16(on altı) qəpik dəyərində maddi ziyan yetirilməsi iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 62 (altmış iki) manat 16(on altı) qəpik məbləğində pul vəsaiti iddiaçı 10 saylı Göygöl Regional X5 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 62 (altmış iki) manat 16 (on altı) qəpik məbləğində ziyan iddiaçı Göygöl Regional X5 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-82/2024
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-82/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver