Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-83/2024 11.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və 10 saylı Regional X6 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Göygöl Regional X6 Cavabdeh qarşı X17 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı 10 saylı X9 Mərkəzi Cavabdeh qarşı X17 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X17 vurulmuş 103 (bir yüz üç) manat 14 qəpik məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödətdirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, 05 yanvar 2023-cü il tarixdə Mərkəzin Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X7 məlumatı əsasında 06 yanvar 2023-cü il tarixdə mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 12.22 m3 həcmində təbii fəlakətdən aşmış və qırılmış 9 ədəd iri diametrli vələs cisli ağacları kəsib apardığı müəyyən edilərək barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayon Tülallar kəndində yaşayan X3 tərəfindən X17 103 (bir yüz üç) manat 14 qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Göygöl Regional X6 nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin əvvəlki iclasında izahatında göstərmişdir ki, təbii fəlakət nəticəsində qırılıb tökülmüş ağaclardan o, da evinə gətirmişdir. Həmin ağacları apardığına görə cərimə olunmuş, cəriməni ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatındaCavabdeh təbii fəlakətdən aşmış və qırılmış 9 ədəd iri diametrli vələs cisli ağacları kəsməsini, özünün həmin yerə gedib baxış keçirməsini, ölçü götürməsini və bu barədə akt tərtib edib mərkəzə ötürməsini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X4, Mərkəzin Göygöl rayonu üzrə mühafizə mühəndisi X5, Zurnabad meşəbəyliyinin, həmin meşəbəyliyin 2 saylı meşə dolayısının meşə gözətçisi X7 iştirakları ilə tərtib olunmuş 06 yanvar 2023-cü il tarixli aktın surətindən görünür ki, Göygöl rayonunun Zurnabad kəndində yaşayan Cavabdeh yaşadığı evə gedilmişdir. Onun barəsində yazılmış məlumat ona bildirilmiş və hadisə yerində onlarla araşdırmada iştirak etməsi Cavabdeh təklif edilmiş və o da getməyəcəyini bildirmişdir. Onun iştirakı olmadan hadisə yerinə gedilərək baxış keçirilmiş və 12.22 m3 həcmində təbii fəlakətdən aşmış və qırılmış 9 ədəd iri diametrli vələs cisli ağaclarının kəsilib aparılması müəyyən olunmuşdur. İş materiallarında olan Zurnabad meşəbəyliyinin 2 saylı dolayısının vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, vətəndaş Cavabdeh qanunsuz olaraq təbii fəlakətdən aşmış və qırılmış 9 ədəd iri diametrli vələs cisli ağacları kəsib apardığı ağacların dəyəri 103 manat 14 qəpik təşkil edir. İş materiallarında olan Zurnabad Meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi X12 tərəfindən Zurnabad Meşəbəyliyinin meşəbəyisi X8 ünvanlanmış məlumatdan görünür ki, E.Musayev bildirir ki, Zurnabad kənd sakini Cavabdeh tərəfindən təbii fəlakətdən aşmış və qırılmış 9 ədəd iri diametrli vələs cisli ağacları kəsib apararkən tutmuşdur. Cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan ərizədə Cavabdeh iddianı qəbul etdiyini və dəymiş ziyanı hissə-hissə ödəməyə razı olduğunu göstərmişdir Məhkəmə iddia üzrə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən Göygöl X9 Mərkəzinə 103 (bir yüz üç manat 14 qəpik) manat dəyərində maddi ziyan yetirilməsi iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 103 (bir yüz üç manat 14 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı 10 saylı Göygöl Regional X6 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edillənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 103 (bir yüz üç manat 14 (on dörd qəpik) qəpik məbləğində maddi ziyan iddiaçı Göygöl Regional X6 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov.
Məhkəmə qərarları › İş №2(066)-83/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-83/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver