Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-835/2024 10.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- BOKT "xxxx" MMC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1062 manat əsas, 379.03 manat faiz olmaqla, cəmi 1441.03 (bir min dörd yüz qırx bir manat üç qəpik) manat kredit borcunun və ödənilmiş 35.41 (otuz beş manat qırx bir qəpik) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh arasında bağlanmış 24711 nömrəli, 22 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə azalan balansla illik 30% faiz ödəmək şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 24711 nömrəli, 22 iyun 2023-cü il tarixli girov müqaviləsinə əsasən ona məxsus ümumi çəkisi 39.3 qram və dəyəri 2100 manat olan qızıl-zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl-zinət əşyalarının satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəmək imkanı olmadığını bildirərək, borcunu ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh 24711 nömrəli, 22 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək satılıb borcunun bir hissəsinə ödənilmiş və qalan borcun ödətdirilməsi üçün BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində borclunun kredit müqaviləsi üzrə "xxxx" MMC-nə 1062 (bir min altmış iki) manat əsas, 379.03 (üç yüz yetmiş doqquz manat üç qəpik) manat faiz olmaqla, cəmi 1441.03 (bir min dörd yüz qırx bir manat üç qəpik) manat məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 24711 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətində azalan balansla illik 30% maraq faizi tətbiq etməklə 4000 (dörd min) manat məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 24711 nömrəli, 22 iyun 2023-cü il tarixli girov müqaviləsinə əsasən ona məxsus ümumi çəkisi 39.3 qram və dəyəri 2100 manat olan qızıl- zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl-zinət əşyalarının satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəmək imkanı olmadığını bildirərək, borcunu ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh 24711 nömrəli, 22 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək satılıb borcunun bir hissəsinə ödənilmiş və qalan bocun ödətdirilməsi üçün BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində borclunun kredit müqaviləsi üzrə "xxxx" MMC-nə 1062 (bir min altmış iki) manat əsas, 379.03 (üç yüz yetmiş doqquz manat üç qəpik) manat faiz olmaqla, cəmi 1441.03 (bir min dörd yüz qırx bir manat üç qəpik) manat məbləğdə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 24711 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətində azalan balansla illik 30% maraq faizi tətbiq etməklə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh SR/24711 nömrəli kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 1062 (bir min altmış iki) manat əsas, 379.03 (üç yüz yetmiş doqquz manat üç qəpik) manat faiz olmaqla, cəmi 1441.03 (bir min dörd yüz qırx bir manat üç qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 24711 nömrəli girov müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh məxsus ümumi çəkisi 39.3 qram və dəyəri 2100 manat olan qızıl-zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixli, 24711 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan girov predmetinin satışı barədə bildirişdən görünür ki, Cavabdeh oğluna kredit müqaviləsi üzrə borcun ödənilmədiyi halda girov əmanətinin satışa çıxarılacağı barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Cavabdeh məhkəmə bildirişlərinin çatıdırlması təmin edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24711 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1062 (bir min altmış iki) manat əsas, 379.03 (üç yüz yetmiş doqquz manat üç qəpik) manat faiz olmaqla, cəmi 1441.03 (bir min dörd yüz qırx bir manat üç qəpik) manat məbləğində borc tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35.41 (otuz beş manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 1062 (bir min altmış iki) manat əsas, 379.03 (üç yüz yetmiş doqquz manat üç qəpik) manat faiz olmaqla, cəmi 1441.03 (bir min dörd yüz qırx bir manat üç qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 35.41 (otuz beş manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-835/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı BOKT "xxxx" MMC -nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 09:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:05-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-835/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-835/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver