Məhkəmə qərarları › İş №2(066)-85/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-85/2024

10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-85/2024 10.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Cababdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 10 yanvar 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı ildə anadan olmuş oğlu X1 üçün alimentin miqdarını artıraraq İddiaçı xeyrinə 600 manat alimentin qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə göndərərək maddi imkanzızlıqla bağlı gələ bilmədiyi üçün işin hər bir mərhələsini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, İddiaçı bankda işlədiyini, hal hazırda İddiaçı 110 manat aliment və əlavə də pul ödədiyini, yenidən ailə qurduğunu, 2-ci ailəsindən 3 övladı olduğunu həmçinin maddi imkanının aşağı olduğunu və fəhlə işlədiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZE 12264063 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2009-cu ildə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh anası Əsgərərova Turanədir . İşə əlavə edilmiş AZE 11563500 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh anası Əsgərərova Turanədir . İşə əlavə edilmiş AZE 18262912 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh anası Əsgərərova Turanədir . İş materiallarına əlavə edilmiş Göygöl rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(066)- 445/2019-cu il tarixli qətnamənin sürətindən görünür ki, Cavabdeh X1 üçün hər ay sabit məbləğdə 110 manat alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin əlavə gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşağın saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə 180 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(066)- 445/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 50 manat xidmət haqq Cavabdeh alınıb İddiaçı verilməli və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 44 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(066)-445/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş 110 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 manat müəyyn edilərək İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xidmətinə görə ödənilmiş 50 manat xidmət haqqı alınıb İddiaçı və dövlət rüsumu hesabına 44 (qırx dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2019-cu il tarixli 2(066)- 445/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 2(066)-85/2024 10 yanvar 2024-cü il İddiaçı Göygöl rayonu Balçılı kəndinə Cavabdeh Göygöl rayonu Balçılı kəndinə Məhkəmənin 10 yanvar 2024-cü il tarixli 2(066)-85/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar