Məhkəmə qərarları › İş №2(066)-912/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-912/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-912/2023 30.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 30 oktyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(066)-164/2018 saylı qətnaməsinə əsasən 26 dekabr 2010-cu ildə anadan olmuş X2 və 03 avqust 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş alimentin miqdarı artırılaraq uşaqların yetkinlik yaşına çatana qədər hər ay hər biri üçün 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 55 manatın Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayon məhkəməsinin 02 aprel 2018cu il tarixli, 2(066)-164/2018 saylı qətnaməsi ilə Cavabdeh 26 dekabr 2010-cu ildə anadan olmuş X2 və 03 avqust 2013-cü ildə anadan olmuş X1 hər birinin yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat olmaqla cəmi 180 manat alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh uşağının saxlanılmasına heç bir maddi dəstək göstərmir. İddiaçının böyrəkləri xəstədir, işləmir uşağını anasının maddi köməkliyi ilə maddi çətinliklə saxlayır. Cavabdeh ustadır, ev tikməkir, mərmər, tamet ustasıdır. Buna baxmayaraq uşaqlarının saxlanılması üçün əlavə heç bir köməklik göstərir.Odur ki, Göygöl rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(066)-164/2018 saylı qətnaməsinə əsasən 26 dekabr 2010-cu ildə anadan olmuş X2 və 03 avqust 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş alimentin miqdarı artırılaraq uşaqların yetkinlik yaşına çatana qədər hər ay hər biri üçün 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 55 manatın Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 729512 saylı xx.xx.2011-ci il tarixli və AZ-İİİ № 108565 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 26 dekabr 2010-cu il təvəllüdlü X7 və 03 avqust 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İ № 285042 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nigahlarının ləğv edilməsi xx.xx.2018-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 43 № ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş qətnamənin sürətindən görünür ki, Göygöl rayon məhkəməsinin 02 aprel 2018-cu il tarixli, 2(066)-164/2018 saylı qətnaməsi ilə Cavabdeh 26 dekabr 2010-cu ildə anadan olmuş X2 və 03 avqust 2013-cü ildə anadan olmuş X1 hər birinin yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat olmaqla cəmi 180 manat alimentin tutulub X6 ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davan etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞG/1-01392 nömrəli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 55 manat ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın Maqsimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehin gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək uşaqların saxlanılması üçün alimentin miqdarının artırılaraq sabit məbləğdə 150 manat aliment qət edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Göygöl rayon Məhkəməsinin 02 aprel 2018-cu il tarixli, 2(066)-164/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqqı Cavabdeh alınıb İddiaçı verilməli və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən məhkəmə aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq Respublika büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Göygöl rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(066)-164/2018 saylı qətnaməsinə əsasən 26 dekabr 2010-cu il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X1 hər birinin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulan 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat alimentin məbləği artırılaraq hər bir uşaq üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddiaçının X3 ödədiyi 55 manat xərc alınıb İddiaçı və 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Göygöl rayon məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(066)-164/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar