Məhkəmə qərarları › İş №2(066)-92/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-92/2025

19.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-92/2025 19.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan gediş-gəliş yoluna çəkilmiş metal torun sökülərək əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin hissədən istifadəsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan və Göygöl rayon Qızılca kəndində yerləşən ona məxsus yaşayış evinin arxasına cavabdeh tərəfindən çəkilmiş metal torun sökülərək əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin hissədən istifadəsinin qadağan edilməsi, eyni zamanda da dövlət rüsumuna görə ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1425/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan gediş-gəliş yoluna çəkilmiş metal torun sökülərək əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin hissədən istifadəsinin qadağan edilməsi” tələbinə dаir mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icrааt dаyаndırılmışdır. Bundan sonra İddiaçı məhkəməyə ərizə göndərərək mübahisə olunan manenənin aradan qalxdığını, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılaraq əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan gediş-gəliş yoluna çəkilmiş metal torun sökülərək əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin hissədən istifadəsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-92/2025 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsi Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan gediş-gəliş yoluna çəkilmiş metal torun sökülərək əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin hissədən istifadəsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsinə baxılır. Prosessual hərəkəti saat 14:40-da başladım. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizəni və mülki işi nəzərdən keçirərək, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərardadı qəbul etdim. Prosessual hərəkəti saat 14:50-də yekunlaşdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar