Məhkəmə qərarları › İş №2(066)-956/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-956/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-956/2024 19.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi və İddiaçı nümayəndəsi (anası), X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan uşaqları 26 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(066)-1534/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin miqdarının artırılmasını, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, Cavabdeh alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası), X3 iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə 207-ci ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 26 iyul 2010-cu il təvəllüdlü X4 adında uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(066)-1534/2015 saylı qətnaməsi ilə Cavabdeh 26 iyul 2010-cu il təvəllüdlü X2 atası olması müəyyən edilmiş və 26 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hal hazırda müəyyən olunmuş alimentin miqdarı həddindən artıq azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. O, isə təkbaşına uşağın tələbatını ödəyə bilmir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdə anadan olmuşdur və Göygöl şəhəri D,Bayramov küçəsi bina 3, mənzil 1-də yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X4 26 iyul 2010-cu il tarixdə anadan olmuşdur. Onun atası kimi Cavabdeh anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(066)- 1534/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 26 iyul 2010-cu il təvəllüdlü X2 atası olması müəyyən edilmiş və 26 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilənləri əsas tutaraq Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(066)-1534/2015 saylı qətnaməsi və qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azdır və iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaqla öz tələbini uşaqlarının böyüməsi, maddi tələbatının artması ilə əsaslandırmışdır. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş qətnamənin çıxarıldığı tarixdən 08 ildən artıq vaxt keçdiyinə, tərəflərin birgə nikahdan olan uşaqlarının böyüməsinə, buna görə onların xərclərinin artmasına və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə görə 26 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay, hər uşağa görə 190 (bir yüz doxsan) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası qismən təmin edilsin. 26 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan, Göygöl Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(066)-1534/2015 saylı qətnaməsi və qərardadı ilə müəyyən edilmiş, hər ay 80 (səksən) manat məbləğində alimentin məbləği artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh tutulub, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar