Məhkəmə qərarları › İş №2(066)-999/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-999/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-999/2024 26.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin, Cavabdeh qarşı «borcun tutulması tələbi barədə» iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin, Cavabdeh qarşı «borcun tutulması tələbi barədə» iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxımaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 10 avqust 2023cü il tarixdə verilmiş AZ-İİ № 363926 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, Cavabdeh 02 avqust 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264-cü maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddiaçı ASC-nin, Cavabdeh qarşı «borcun tutulması tələbi barədə» iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı ASC ərəfindən ödənilmiş rüsum ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar