Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-10/2024 20.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1, Cavabdeh8 və Cavabdeh7, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Abdullayev Həsənpaşa Veysəl oğluna, X2, Cavabdeh2, X3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 93550,50 (doxsan üç min beş yüz əlli manat 50 qəpik) manat - bundan 70008,53 (yetmiş min səkkiz manat 53 qəpik) manat əsas, 392,48 (üç yüz doxsan iki manat 48 qəpik) manat faiz,12778,25 (on iki min yeddi yüz yetmiş səkkiz manat 25 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10371,24 (on min üç yüz yetmiş bir manat 24 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumun cavabdehlər X1 və Cavabdeh3 tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88.90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X3 məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,6 kv.m yaşayış, 74,8 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə, X2 məxsus Xaçmaz rayonu Sərkarlı kəndində 0.32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış 181,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Abdullayev Həsənpaşa Veysəl oğluna məxsus Armudapar kəndində 0.14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27,30 kv.m yaşayış, 27,30 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, -yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, -satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, -ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri- yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialı ilə Cavabdeh1 ƏN-İ №259617 saylı, M-7411 reyestrli, Xaçmaz şəhəri 20 iyun 2011-ci il tarixli etibarnaməsi əsasında Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 114KT saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit veilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında xx.xx.2013-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit-borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında Borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cü il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 154 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88,90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evi, xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evi, xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Abdullayev Həsənpaşa Veysəl oğlu məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27,30 kv.m yaşayış, 27,30 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, xx.xx.2007-ci il tarixli MH seriyalı J09378 nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus Xaçmaz rayonu, Sərkarlı kəndində 0.32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 181,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X5ma məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,6 kv.m yaşayış, 74,8 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evləri ipotekaya qoyulmuşdur. Fərdi-yaşayış evlərinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh8 arasında 17 aprel 2013-cü il tarixli 46SF/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi-yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı. Cavabdeh2 arasında 17 aprel 2013-cü il tarixli 44SF/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi-yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı. Abdullayev Həsənpaşa Veysəl oğlu arasında 17 aprel 2013-cü il tarixli 20SF/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi-yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı. X4 arasında 17 aprel 2013-cü il tarixli 26SF/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi-yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı. X5 arasında 17 aprel 2013-cü il tarixli 49SF/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi-yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********023 saylı xx.xx.2021-ci il tarixli, **********027, **********029 və **********030 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş, kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də. cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 93550,50 (doxsan üç min beş yüz əlli manat 50 qəpik) manat təşkil edir. Bundan 70008,53 manat əsas, 392,48 manat faiz, 12778,25 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10371,24 (on min üç yüz yetmiş bir manat 24 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək göstərmişdir ki, keçən məhkəmə iclasında tələblə bağlı ətraflı izahat vermişdir. İddia tələbini müdafiə edirlər və iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə ölmüş şəxslərin vərəsələri müəyyən olunub və işə cəlb olunmuşlar. Ekspertiza da keçirilmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. 08 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iş üzrə ölmüş şəxslərin vərəsələri müəyyən olunub və işə cəlb olunublar. Ekspertiza da keçirilib. Biz cavabdehlərdən ekspert rəyində qeyd olunmuş məbləğdən də az məbləğ tələb edirlər. Cavabdeh3 barəsində Xaçmaz rayon məhkəməsinin icraatında olmuş cinayət işi üzrə mülki iddianı İddiaçı Açıq Səhmdar Cəmiyyəti verməmişdir, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyi vermişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyi banka kənd təsərrüfatlı kredit verir, bank da Agentlik qarşısında borclu olur, sonra bank iş adamlarına kreditlər verir. Cavabdeh pulu ödəsə, bu barədə arayış verəcəklər və borc silinəcək, yenidən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyinin hesabına həmin məbləğ tutulmayacaq. Əgər pulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyinə ödəsə, onlar həmin məbləği siləcəklər. Bank qarşısında qeyd olunan məbləğlə bağlı borclu şəxs cavabdehdir, onun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyi qarşısında öhdəliyi olmayıb. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyi ilə müqavilə bağlamışlar. Cinayət işinə baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyəti mülki iddiaçı kimi cəlb olunmalı idi, onların xəbəri olmayıb. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı ildə ləğv olunub. 2019-cu ildə isə hökm çıxmışdır. Onlar iddia müddətini ötürməmişlər. Vətəndaşdan bir müqavilə üzrə iki dəfə pul tutulmur. Cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi mövcuddur, onun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyi ilə heç bir müqaviləsi, əlaqəsi yoxdur. Kassadan mədaxil və məxaric də bankdan həyata keçirilib. Cavabdehin yalnız İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi var. İddia təmin olunsa, həmin vəsait Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyinə olan borca yönələcək, vətəndaşın Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyi qarşısında öhdəliyi qalmayacaqdır. Həmçinin bildirmişdir ki, cavabdehdən tələb olunan vəsait mülki iddia kimi tutulmalı olan vəsaitlə eynidir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi vəkili Nümayəndə1 iddianı qəbul etməyərək göstərmişdir ki, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Ona görə ki, hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh3 CM-nin 195.2 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, məhkum olunanda, mülki iddia kimi 68996 manat məbləğində pulun Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin hökmdən şikayət verilməmiş və hökm qanuni qüvvəsini almışdır. Mülki iddia ilə əlaqədar açılmış icra işi hazırda Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Hazırda da qeyd olunan məbləğlə bağlı məsələ mübahisələndirilir. Vətəndaşın barəsində eyni məbləğlə bağlı iki məhkəmə qərarı çıxarıla bilməz, çıxarılarsa bu vətəndaşın hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh8 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh7 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinə əlavə etdiyi məktubun surətindən görünür ki, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək ləğv prosesində olan İddiaçı ASC-dən müxtəlif vaxtlarda götürülmüş iri məbləğlərdə olan kreditlərin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. (məktuba qoşma olaraq 41 kredit üzrə borcalanlara dair məlumat siyahısı əlavə edilmişdir) ( İ cild 187-ci vərəqə) Bundan sonra iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən olunur ki, Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən müəyyən olunur ki, iş üzrə mülki iddia qismən təmin edilməklə ödənilməmiş qalan maddi ziyan olan 68.996,01 manat pul təqsirlədirilən şəxs Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli 114KT saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-sualda soruşulan tarixlərə olan ümumi borcu aşağıdakı kimi müəyyən edilir (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmaqla), o cümlədən: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə - 73996,01 manat, faiz borcu üzrə - 1381,26 manat. xx.xx.2021-ci il tarixə (iddia ərizəsi məhkəməyə verilən tarixə) olan borcu üzrə: əsas borc üzrə 68996,01 manat, faiz borcu üzrə - 11629,28 manat. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında 2014-cü ildən iri məbləğli kredit müqaviləsi bağlanmış və İddiaçı ASC kredit müqaviləsinin şərtlərinə əməl olunmamasını bilib, kredit alan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini məsələsinə baxılması üçün AR Baş Prokurorluğuna müraciət etmişdir. Daha sonra faktla əlaqədar Baş Prokuroruluq tərəfindən cinayət işi başlanmış və kredit müqaviləsi üzrə kredit alan Cavabdeh3 cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyi mülki iddia ilə müraciət edərək, mülki cavabdehdən 68996,01 manat məbləğində mülki iddianın təmin edilməsini xahiş etmiş və Cavabdeh3 Həsınpaşa oğlu barəsində AR CM-nin 195.2 və 308.1-ci maddələri ilə ittihamedici hökm çıxarıldıqda, mülki iddia da təmin edilmişdir. Hökmdən apelyasiya şikayəti və ya protesti verilmədiyindən, hökm qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, mülki iddia ilə bağlı isə icra tədbirləri başlanılmışdır. Məhkəmənin mövqeyinə görə, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixli 114KT saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh3 həmin kredit məbləğinin bilə-bilə təyinatı üzrə istifadə etməməsi sübuta yetirilmişdir. Bu isə o deməkdir ki, artıq Cavabdeh3lə bank arasında hər hansı bir mülki hüquq münasibətlərinin mövcud olmasını istisna edilir. Məhkəmə hökmü ilə sübuta yetirilmişdir ki, Cavabdeh3 sözü gedən pul vəsaitləri təyinatı üzrə istifadə etməmişdir və onun törətdiyi cinayət əməli nəticəsində mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə maddi ziyanın ödənilməsi barədə hökm çıxarılmaqla, icra vərəqəsi verilmişdir. Buna baxmayaraq, hazırda ləğv prosesində olan İddiaçı ASC yenə də eyni əsaslarla, eyni tələblə Cavabdeh3 qarşı mülki iddia qaldıraraq, kredit müqaviləsi üzrə əsas və faiz məbləğləri tələb etmişdir. İddiaçının nümayəndəsi özü də təsdiq etmişdir ki, cavabdehlərdən tələb olunan əsas məbləğ hökmdə qeyd olunan əsas məbləğlə eynilik təşkil edir. Lakin mülki iddia ilə cavabdehdən təkcə əsas məbləğ yox, faiz və cərimə məbləğləri də tələb olunur. Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh3 güzəştli şərtlərlə krediti götürüb, onu bilə-bilə təyinatı üzrə istifadə etməməsi sübuta yetirildiyindən və bu əmələ görə məhkum olunduğundan (mülki iddia da təmin olunduğundan) artıq onunla bank arasında mülki-hüquq münasibətlərinin mövcud olması istisna olunur. Kredit müqaviləsi üzrə faiz və cərimə borclarının tutulması o halda, nəzərdən keçirilir ki, tərəflər arasında mülki hüquq münasibətlər mövcud olsun. “Non Bis in İdem” hüquq prinsipinə görə heç kəs bir əmələ görə iki dəfə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-10/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-10/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver