Məhkəmə qərarları › İş №2(067)-1004/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1004/2022

20.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1004/2022 20.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, eyni zamanda cavabdehlər X1 və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 iyul 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Rəşad oğlu ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə qaydalarına müəyyən edilməsi, hazırda yaşadığı yaşayış sahəsini onun və uşaqlarının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1la xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ail qurmuşdur. Birgə nikahlarından 3 uşaqları vardır. Uşaqlar onun himayəsindədirlər. Evlənərkən cavabdehlərə məxsus ünvana gəlin köçmüşdür. Cavabdeh Rəşadla aralarında yaranmış münaqişələr nəticəsində ər-arvad münasibətləri kəsilmişdir. Bundan sonra cavabdehlər ona bildirmişdir ki, evdən istifadə hüququ yoxdur, barışmasa onu evdən çıxaracaqlar. Onun bütün cehiz və digər əmlakları da hazırda gəlin köçdüyü evdədir. Gəlin köçdükdən sonra həyətdə ikinci yaşayış evi tikilmiş, həmin evə mətbəx mebeli yığdırmış, paltaryuyan maşın və soyuducu almışlar. Hazırda cavabdehlərdən Şakir və Nəcifə həmin evdə yaşayır. O isə gəlin köçdüyü evdə yaşayır. 20 ildir cavabdehlərlə birgə ümumi təsərrüfatı idarə edir, bu səbəbdən də onun uşaqlarla birlikdə həmin evdən istifadə hüququ yaranmışdır. Cavabdehlər onu evdn çıxarmaq istəyirlər və ona evdə yaşamaq imkanı vermirlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda uşaqları ilə birlikdə mübahisə predmeti olan evdə yaşayırlar. Məhkəmə iclasında Cavabdeh2 Rəşad oğlu iddianı qəbul etmədiyini, lakin iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********63-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri İ.Əlipaşayev küçəsi ev 10 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən iddiaçının qaynatasının adına qeydə alınmış Xaçmaz şəhəri Məhsəti Gəncəvi küçəsi 10-da yerləşən evdən istifadə hüququnu əldə etməsi üçün həmin şəxslə yazılı razılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq belə bir razılıq dedikdə notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma başa düşülür. İddiaçı isə belə bir yazılı razılaşmanı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən isə belə bir yazılı razılaşmanın olmadığı müəyyən edilmişdir. Belə olan halda MM-nin 228-ci maddəsinə əsasən iddiaçının mübahisəli evdən istifadə hüququ müəyyən edilə bilməz. Göründüyü kimi, mübahisəli ev iddiaçının qayınatasının qanuni sahibliyində olmuşdur və iş materiallarında iddiaçının mübahisəli evə istifadə hüquqlarının yarandığını təsdiq edən mülkiyyətçi ilə bağlanan yazılı razılaşma yoxdur. Bu baxımdan iddiaçının mübahisəli evə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və sairtələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar