Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1024/2024 06.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ondan aldığı 3155 (üç min yüz əlli beş) manat pulun və dövlət rüsumu kimi ödədiyi 100 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində toxum və ərzaq alveri ilə məşğuldur. 2021-ci ilin mart ayının əvvəlində Sayad kəndində yaşayan İlkin adlı şəxs yanına gələrək tanışlıq vermişdir. O, onun onunla alver edəcəyini düşünmüşdür. Lakin o, özünə pul lazım olduğunu və bu pula maşın almaq istədiyini dedi. İzah etdi ki. maşınsız çətindir. O, dedi ki, sahə əkir, məhsulunu satmaq, boş vaxtlarda da taksiçilik edər. Maşın onun üçün çox vacibdir. O zaman onda pul yox idi. O, ona maşın tapmısanmı deyəndə, o, ona yox dedi. Pul olsa, taparam dedi. O, onun vəziyyətini başa düşüb, ona pul verərəcək demiş və bir neçə günə pul toplamışdır. 10 mart 2021-ci il tarixdə o, ondan 1500 manat pul aldı və özünə maşın aldı. Daha sonra İlkin hər dəfə bir bəhanə ilə ondan pul istəyirdi. O, da çarəsiz qalıb verirdi. İlkin ondan xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat da almışdır. O, İlkinin dilindən iltizam yazıb verməsini tələb etmişdir. O heç bir tərəddüd etmədən 2000 (iki min) manata iltizam yazıb verdi. Bununla İlkin pul istəməkdən çəkinmədi. xx.xx.2021-ci il tarixdə də İlkin yenə ondan 200 manat pul istədi və tezliklə bankdan bir nəfərin pul alıb verəcəyini və onun borcunu qaytaracağını dedi. xx.xx.2021-ci il tarixdə yenə 200 manat pul aldı. O, da İlkinin axırıncı 400 manatı da iltizama əlavə etməsini tələb etmiş, İlkin öz xətti ilə əlavə etdi. Bundan sonra İlkin karonadan xəstə yatdığını dedi. İyun ayının 3-də İlkin xəstəxanadan çıxdığını və zəng edərək ona 65 manat pul lazım olduğunu dedi. O, telefonda ona qəti etiraz etdi ki, onun daha ona veriləsi pulu yoxdur. Səhəri gün yanına gəlib üzbəüz ondan pul tələb etməyə başladı. O, onun çıxıb getməsini tələb etsə də, İlkin başa düşmək istəmədi. Bu zaman oğlu Ramazanov Əfqan yanına gəlmiş və İlkinə -sənə get deyir, başa düşmürsəndemişdir. İlkin Əfqanın üstünə hücum çəkərək, sən kimsən bizim işimizə müdaxilə edirsəndemişdir. O da oğlumdur, mən çağırmışam demişdir. O, oğluna başa salmışdır ki, İlkinin ona 2400 manat borcu var. Səhəri gün İlkin yenə yanına gəlib ondan 65 manat pul istəmişdir. Əvəzində maşının sənədlərini girov qoyacağını demişdir. O, 65 manatı İlkinə vermişdir. Oğlu maşın hardadır, gedək baxaqdedi. Baxdıqda bu sənədin o maşına aid olmadığını görüb. 65 manatı İlkindən geri alır, gətirib ona verir. Üstündən 15 dəqiqə keçməmiş ilkin ona zəng edərək ona 1 manat da pulunu verməyəcəyini, hələ üstəlik başına oyun açacağını dedi və 20 dəqiqə keçmiş Polis Şöbəsindən ona zəng olundu ki, sizdən şikayət var. Əfqan guya İlkinə hədə gəlib. İndi belə vəziyyətdə o, sentyabr ayını gözləmədən Cavabdeh pullarını geri istəyir. İlkinin ona olan borcu zəmanət kağızında göstərildiyi kimi 2400 manat idi. O, məcbur olub pullarını almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2021-ci il tarixində məhkəməyə müraciət edib. Lakin o, məhkəmə gününü unudaraq məhkəməyə getməmiş və 15 dekabr 2021-ci il tarixində keçirilən məhkəmə işi baxılmamış qaldı. Həmin gün İlkin onun yanına gələrək niyə məhkəməyə gəlmədiyini soruşdu və o, əsəbiləşdi, təlaş keçirdi. İlkin bu an ona yalvararaq onu sakitləşdirdi. Ona məhkəmə lazım deyil, sənin pulunu artıqlaması ilə verəcəyik dedi. Maaş kartını girov qoyacağını dedi və onunla mehriban ünsiyyət yaratdı. Bundan sonra nə vaxtki İlkinə pul lazım olurdu, maaş kartını girov qoyurdu və ona bir ayın pulunu bu başdan ona verim, gələn aydan borcunu axıra kimi variantlar işlədərək yenə hissələrlə pulu qaytarırdı. Hər dəfə də vəziyyətinin ağır olduğunu, evində problemlər olduğunu deyirdi, pul alırdı, qaytarmırdı. Nəhayət onun borcu 2400 manatdan 2700 manata qalxmışdı. İlkin ona yalvararaq yenə 250 manat pul istədi. O, onun əlindən yazılı iltizam qəbzi almaq məqsədilə 250 manat da pul verərək, ondan ümumi borcları barədə iltizam verməsini tələb etmişdir. İlkin heç bir tərəddüd etmədən xx.xx.2022-ci il tarixində ona 2700 manat borcu olduğu barədə , yenə də 250 manat da əlavə almış kimi iltizam yazıb verdi. Lakin İlkin bununla da əl çəkmədi, hər zaman gəlib yenə xırda-xırda məbləğlər istəyir. O, isə vermirdi, əksinə əvvəlki pullarını nə vaxt verəcəyini soruşurdu. O, isə yazda sahə əkəcəyini, maşınını satıb verəcəyini deyirdi. Əlavə olaraq o, ona xx.xx.2023-cü il tarixində 270 manat da vermişdir. Həmin pulun 100 manatını qaytarıb. Sonradan yenə İlkin ondan 20 manat sahəyə dərman vermək üçün pul alıb. 10 manat evinə ərzaq, 5 manat benzin almaq üçün alıb. Lakin bu məbləğlərə görə qəbz almamışdır. Hal-hazırda İlkinin sahəsi yetişib, məhsul satır, pul qazanır. Lakin ona pul vermək fikri yoxdur. Zəng edir onu bloka atır. Başqalarına İlkindən şikayət edəndə ki, o necə adamdır, eşidib üstünə gəlir və ona deyir ki, ona pul borcu yoxdur. O, yenə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanışdır. Lakin ekspert rəyinin nəticəsi ilə razı deyil. Çünki rəydə qeyd olunur ki, qəbz onun tərəfindən yazılıb. Amma o, həmin qəbzi yazmamışdır. Qəbzi özü yazıb və ya onun xəttinə oxşatması üçün başqasına yazdırıb. Onun xəttinə oxşadıb. Yenə, dediyi kimi o, qəbz onun tərəfindən yazılmayıb. Gətirib onun pulunu versin. Cavabdeh 500-600 manat maaş alsa da o, onun əmək haqqı kartından 400 manat pul çıxarıb. Onun cavabdehin təqdim etdiyi qəbzdən xəbəri yoxdur. Yəni, o qəbz onun tərəfdən yazılmayıb. Həmçinin 2700 manat pul desə də, sonra yadına düşdü ki, 2170 manat pul vermişdir. Eyni zamanda, cavabdehdən tələb edir ki, pulu necə hansı şəkildə və neçə manatlıq olaraq vermişdirsə, onu sübut edərək söyləsin. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ekspert rəyi ilə tanışdır və rəyin nəticəsini qəbul edir. Borcdan 2170 manatı geri qaytarmışdır. Sonra müxtəlif vaxtlarda iki dəfə 100 manat, bir dəfə 150 manat pulu iddiaçıya geri ödəyib. Bunu tarixli qəbzlər də var. Onun 126 manat pulunu özünə geri qaytarıb. Onun iddiaçıya 361 manat borcu da qalmayıb. Aldığı borc 2950 manat idi. O, iki dəfə 126 manat pulu cavabdehə vermişdir. Onun iddiaçıdan aldığı pul 2950 manat idi. Onun 2170 manatını ödəmişdir. Özü də qəbz də etiraf edib. Daha sonra 350 manatını geri qaytarıb. Bundan sonra da kartından da iki dəfə 200 manat, yəni 400 manat pul çıxarıb. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iddiaçının izahatını və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Yazılı iltizamdan (əqddən) görünür ki, cavabdeh iddiaçıdan 2022-ci ilin yayında qaytarmaq şərti ilə 2021-ci ilin iyul ayında 1000 manat pul almışdır. -Yazılı iltizamdan (əqddən) görünür ki, cavabdeh iddiaçıdan sentyabrda qaytarmaq şərti ilə 10 aprel 2021-ci ildə 2000 manat pul almışdır.xx.xx.2021-ci il tarixdə əlavə olaraq 400 manat pul almışdır. -Yazılı iltizamdan (əqddən) görünür ki, cavabdeh iddiaçıdan 2700 manat borcu olduğu halda, 05 oktyabr 2022-ci ildə 290 manat alavə pul almış və hər ay yavaş yavaş ödəyəcəyinə söz vermişdır. -Yazılı iltizamdan (əqddən) görünür ki, xx.xx.2024-cü ildə cavabdeh iddiaçıya olan 3000 manat borcunu 05 fevral 2024-cü ilədək qaytarmasın xəbərdar edildiyini əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlığı imzası ilə təsdiq edir. -Yazılı iltizamdan (əqddən) görünür ki, cavabdeh iddiaçıya olan 2900 manat pul borcundan 2170 manatını qaytarmışdır. - E manat vasitəsilə köçürülmüş ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesabına 27.10.22-ci il tarixdə 100, 04.10.22-ci il tarixdə 100, 03.09.22-ci il tarixdə isə 150 manat pul köçürülmüşdür. - İddiaçı yazmış olduğu iltizamdan görünür ki, o, Cavabdeh ona vermiş olduğu 2950 manat puldan 2170 manatını almışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin10 may 2024-cü il tarixli, 4/557 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqinin üzərində “Mən İddiaçı Cavabdeh mənə verməli olan 2950 manat pul borcundan 2170 manat aldım 3/X” yazıları olan qəbzdə “...2170 manat aldım 3/X” yazıları qarşısındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə, cəmi 2950 manat borca pul almış, həmin borcdan 2170 manatı qəbz vasitəsilə almışdır. Cavabdeh 3 dəfə e-manat proqramı vasitəsilə iddiaçının hesabına 350 manat pul köçürmüşdür. İddiaçı özü isə iki dəfə olmaqla, ümümilikdə 400 manat cavabdehin əmək haqqı kartından pul çıxarmışdır. İddiaçı cavabdehin borclarından verməsi faktını hazırda qəbul etmir, 3155 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları şifahi borc müqaviləsidir. Cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarmağı barədə üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Odur ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı iddiasında cavabdehdən 3155 manat alınıb ona verilməsini xahiş etsə də, iş materiallarında olan qəbzdən də müəyyən olunur ki, cavabdeh iddiaçıya ümumilikdə 2950 manat pul borcludur. Həmin puldan da 2170 manatını qəbz vasitəsilə qaytarmışdır. İddiaçı bu halı məhkəmə iclasında təsdiq etməyərək, iltizamda olan imzanın ona məxsus olmamasını bildirsə də, bu hal keçirilmiş ekspertiza rəyi ilə təsdiqini tapmış, Cavabdeh İddiaçı borclu olduğu 2950 manatdan 2170 manatı qaytarmasına dair imzaladığı qəbzin onun tərəfindən icra olunması təsdiqini tapmışdır. Bundan başqa İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdeh məxsus əmək haqqı kartından şəxsən 400 manat pul çıxarmasını etiraf etmiş, digər 350 manatın isə İddiaçı hesabına köçürülməsi həm iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri, iddiaçı və cavabdehin məhkəmə iclasında verdikləri izahatları ilə öz təsdiqini tapmışdır. İşin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh İddiaçı borclu olduğu 2950 manatdan ümumilikdə ona 30 manat borcu qalmışdır. İddiaçı qalan məbləğin onun tərəfindən cavabdehə verilməsini təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilmədi. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır, buna görə də qismən təmin olunmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 30 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə iddiaçı iddia etdiyi məbləğin cavabdehə verilməsini təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mayı oğlundan 30 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1024/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1024/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver