Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1035/2021 20.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı «Borcun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 94.000 manat pulun, 2742 manat dəbbə pulunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 96.772 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdehnın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdaifə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh oğlunu 10 ilə yaxındır ki, tanımış, bu müddət ərzində onlar müxtəlif sahələrdə əməkdaşlıq etmişlər. 2020-ci ilin iyul ayında cavabdeh müəyyən məbləği 24 ay müddətinə qaytarmaq şərti ilə borc verməyi ondan xahiş etmişdir. Cavabdehlə aralarında yaxşı münasibət olduğu üçün ona borc pul verməyə razılıq vermiş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən o, cavabdehə 24 ay müddətinə qaytarmaq şərti ilə 94.000 manat pul vəsaitini borc vermişdir. Kredit müqaviləsi notarius tərəfindən müvafiq qaydada təsdiq edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh oğlu ondan aldığı 94.000 manat borc pulu xx xxxx 2020ci il tarixdən xx xxxx 2022-ci il tarixədək 23 ay ərzində hər ay 50 manat, 24-cü ay isə 82.500 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsinin bağlandığı tarixdən 9 aya yaxın müddət keçməsinə, dəfələrlə xəbərdarlıq etməsinı baxcavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək hazırki günədək borclu olduğu məbləğdən hər hansı ödəniş etməmiş və ümumiyyətlə öhdəliyin icrasından imtina etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin icrasını pozması ilə əlaqədar ona əsas məbləğlə yanaşı əlavə olaraq 2742 manat dəbbə pulu ödəməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh oğlundan borclu olduğu 94.000 manat pulun, 2742 manat dəbbə pulunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 96.772 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh oğlu Xaçmaz şəhəri, X4 küçəsi ev 14 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, 3M-159 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayon 1 saylı Notariat ofisində qeyd olunan borc öhdəliyinə dair kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh oğlu İddiaçı xx xxxx 2020-ci il tarixdə notariusun depozit hesabı vasitəsilə 94.000 manat borc pul almış, aldığı borc pulu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək 23 ay ərzində hər ay 500 manat hesabı ilə, 24-cü ay isə 82.500 manat məbləğində olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh aralarında rəsmiləşmiş xx xxxx 2020-ci il tarixli kredir müqaviləsi üzrə öhdəliyin icrasını təmin etməsi barədə rəsmi xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən o, Cavabdeh 24 ay müddətinə qaytarmaq şərti ilə 94.000 manat pul vəsaitini borc vermişdir. Kredit müqaviləsi notarius tərəfindən müvafiq qaydada təsdiq edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh oğlu ondan aldığı 94.000 manat borc pulu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək 23 ay ərzində hər ay 50 manat, 24-cü ay isə 82.500 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsinin bağlandığı tarixdən 9 aya yaxın müddət keçməsinə, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək hazırki günədək borclu olduğu məbləğdən hər hansı ödəniş etməmiş və ümumiyyətlə öhdəliyin icrasından imtina etmişdir. Cavabdeh öhdəliyin icrasını pozması ilə əlaqədar ona əsas məbləğlə yanaşı əlavə olaraq 2742 manat dəbbə pulu ödəməlidir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.. Belə olduğu halda İddiaçı üzərinə Cavabdeh ondan xx xxxx 2020-ci il tarixdə aralarında Xaçmaz rayon 1 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək 23 ay ərzində hər ay 500 manat hesabı ilə, 24-cü ay isə 82.500 manat məbləğində olmaqla qaytarmaq şərtilə ümumilikdə 94.000 manat məbləğində borc pul almasını, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı puldan hal-hazırdək dəfələrlə tələb etməsinə baxmayaraq ona hər hansı ödəniş etməməsini, cavabdehin kredit müqaviləsinin şərtlərini 9 aya yaxın müddətdir pozduğunu, ümumiyyətlə öhdəliyin icrasından imtina etməsini, öhdəliyin icrasını pozması ilə əlaqədar ona əsas məbləğlə yanaşı əlavə olaraq 2742 manat dəbbə pulu ödəməli olduğunu sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı, iş materiallarında olan pul öhdəliyinə dair notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi ilə Cavabdeh oğlunun həqiqətən də İddiaçı xx xxxx 2020-ci il tarixdə aralarında Xaçmaz rayon 1 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək 23 ay ərzində hər ay 500 manat hesabı ilə, 24-cü ay isə 82.500 manat məbləğində olmaqla qaytarmaq şərtilə ümumilikdə 94.000 manat məbləğində borc pul alması, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı puldan hal-hazırdək dəfələrlə tələb etməsinə baxmayaraq iddiaçıya hər hansı ödəniş etməməsi, cavabdehin kredit müqaviləsinin şərtlərini 9 aya yaxın müddətdir pozması və beləliklə cavabdehin öhdəliyin icrasından imtina etməsi öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində cavabdehin öhdəliyin icrasını pozması ilə əlaqədar ona əsas məbləğlə yanaşı əlavə olaraq 2742 manat dəbbə pulu ödəməli olduğunu göstərsə də bu hissədə öz tələbinin əsasını sübut edən sənədi və digər sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə tədqiqatı zamanı iddia tələbi bu hissədə öz təsdiqini tapmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı Cavabdeh oğlunun həqiqətən də İddiaçı xx xxxx 2020-ci il tarixdə aralarında Xaçmaz rayon 1 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək 23 ay ərzində hər ay 500 manat hesabı ilə, 24-cü ay isə 82.500 manat məbləğində olmaqla qaytarmaq şərtilə ümumilikdə 94.000 manat məbləğində borc pul alması, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı puldan hal-hazırdək dəfələrlə tələb etməsinə baxmayaraq iddiaçıya hər hansı ödəniş etməməsi, cavabdehin kredit müqaviləsinin şərtlərini 9 aya yaxın müddətdir pozması və beləliklə cavabdehin öhdəliyin icrasından imtina etməsi tamamilə sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə tədqiqatı zamanı cavabdehin Xaçmaz rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş, xx xxxx 2020-ci il tarixli, 3M-159 reyestr nömrəli kredit müqaviləsinin şərtlərini pozması, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin müddəti başa çatmadan cavabdehdən ona verdiyi 94.000 manat pulu geri tələb etməsi qanuna müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbi dövlət rüsumuna aid hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh borclu olduğu 94.000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 94.030 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. Cavabdeh 94.000 (doxsan dörd min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, ümumilikdə 94.030 (doxsan dörd min otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev.: HAKİM XİDİR QULİYEV