Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1047/2024 25.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən torpağının zəbt edilmiş təxminən 25 sot hissəsinin cavabdehin zəbtindən azad edilməklə onun qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, cavabdeh tərəfindən onun torpaq sahəsinə daxil olmasına olan maneçiliklərə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən çıxarış ilə ona məxsus torpaq sahəsinin təxminən 0.25 sot hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Cavabdeh ona aid olan torpaq sahəsini bilərəkdən zəbt edib istifadə edərək, xeyir əldə etdiyindən zəbt nəticəsində ona maddi ziyan dəymişdir. Ona aid olan torpaq sahəsindən istifadə hüququndan məhrum olmuşdur. Uzun illərdir ki, o, 0.25 ha torpaq sahəsinin vergisini ödəyir. Həmin torpaq sahəsi hal-hazırda cavabdehin istifadəsindədir. O, cavabdehə dəfələrlə ona məxsus olan torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də ancaq cavabdeh buna məhəl qoymayaraq zor tətbiq göstərərək ona məxsus olan torpaq sahəsini geri qaytarmır. Cavabdehdən ona məxsus olan torpaq sahəsini geri istəyəndə bunu etməyəcəyini və torpaq sahəsini qaytarmayacağını bildirmişdir. Torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaratmaqdadır. Onun mülkiyyətinə daxil olmağa imkan vermir. Hesab edir ki, mülkiyyətində olan daşınmaz əmlaka cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmalı və onun mülkiyyətinə daxil olmağa yaradılan manelər aradan qaldırılmalıdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi xx.xx.2024-cü il tarixli məktubunda da qeyd etmişdir ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Lakin həmin torpaq sahəsinin müəyyən bir hissəsindən qonşu torpaq sahəsinin istifadəçisi tərəfindən istifadə olunması aşkar olunmuşdur, həmin torpaq sahəsinin istifadəçisi aparılan ölçü işlərinə etirazını bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, DƏDRX-nin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 1 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin 0.25 sot hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Cavabdeh həmin torpaq sahəsini bilərəkdən zəbt edərək, xeyir əldə etdiyindən zəbt nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Uzun illərdir ki, 0.25 ha torpaq sahəsinin vergisini iddiaçı ödəyir. Cavabdehə dəfələrlə zəbt etdiyi torpaq sahəsini qaytarması tələb edilsə də, cavabdeh buna məhəl qoymur. İddiaçı öz torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh torpaq sahəsinə daxil olmağa maneçilik törədir. Cavabdehin mülkiyyət sənədi üzrə torpaq sahələri ayrı-ayrı yerlərdə yaşayır. Cavabdeh isə torpaqlarının bir yerdə olmasını istəyir. DƏRR nümayəndəsi torpaq sahəsini məhkəmənin qərardadına əsasən ölçüb rəy vermişdir. Torpaq sahəsi cavabdehin iştirakı ilə ölçülmüşdür. Ekspert rəyi ilə razıdır. Ona görə təkrar ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 25 ildir ki, həmin torpaq sahəsindən istifadə edir. İddiaçı bu qədər müddət ərzində harada olmuşdur?!. Ekspert torpaq sahəsinin sənədlərini müəyyən etmədən rəy tərtib etmişdir. Komissiya tərtib olunsun, torpaq sahələrinin sənədləri təyin edilsin və yenidən yoxlanılsın. Onun mülkiyyət sənədi tam qanunidir. Torpaq sahəsinə baxış keçirilərkən iştirak etmişdir. İddiaçı tərəf doğru danışmır. Onun torpaq sahəsi əskikdir, iddiaçının torpaq sahəsi isə artıqdır. Onun 15 sot torpaq sahəsi iddiaçıya verilsə, torpağı bir qədər də azalacaq. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində 1 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. -5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Lakin həmin torpaq sahəsınin müəyyən bir hissəsindən qonşu torpaq sahəsinin istifadəçisi tərəfindən istifadə olunması aşkar olunmuşdur, həmin torpaq sahəsinin istifadəçisi aparılan ölçü işlərinə etirazını bildirmişdir. -********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində 0.18 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. -********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində 1.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Xaçmaz rayonu Köhnə Xaçmaz bələdiyyəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışından görünür ki, Cavabdeh Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində 1.38 ha sahəsi olan torpaq sahəsi vardır və o, torpaq sahəsinin 2003-cü ildən 2024-cü ilə qədər bütün bələdiyyə vergilərini tam ödəmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/6461 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1.0 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1.0 ha torpaq sahəsindən torpaqların elektorn uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən 0.15 ha hissəsi istifadə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Uzun illərdir ki, iddiaçı həmin torpaq sahəsinin vergisini ödəyir. Həmin torpaq sahəsi hal-hazırda cavabdehin istifadəsindədir. İddiaçı cavabdehə dəfələrlə özünə məxsus olan torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də, cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsini geri qaytarmır. İddiaçı torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaradır. Cavabdeh tiddianı qəbul etməyərək torpaq sahəsinin geri qaytarılmasına etiraz edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinin əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki,iddiaçı iə cavabdeh arasında mübahisələi torpa sahəsindən qanunsuz istifadə iə bağlı məhkmə mübahisəsi vardır. Xxx Ekxpaert rəyinə əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1.0 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1.0 ha torpaq sahəsindən torpaqların elektorn uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən 0.15 ha hissəsi istifadə olunur. Cavabdeh torpaq sahəsindən istifadə etdiyini, lakin həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Məhkmə hesab edir ki, hazırkı mülki iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edilməli, iddia təlbi qismən təmin edilməli, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin tutulmuş (zəbt edilmiş) 0.15 ha hissəsi cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmalı və cavabdeh tərəfindən həmin torpaq sahəsinə daxil olmağa törədilən manelər aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.15 ha hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın və cavabdeh tərəfindən həmin torpaq sahəsinə daxil olmağa törədilən manelər aradan qaldırılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1047/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1047/2024
25.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver