Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-105/2020 01.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadadə olan gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətlərindən istifadəyə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan yolun əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehi bir kənddə, qonşuluqda yaşamaqla tanıyır. Ümumi istifadədə olan, əvvəllər 12 metr enində olan yolu cavabdeh zəbt edərək öz həyətyanı torpaq sahəsinə qatıb. Hal-hazırda yolun eni təxminən 3 metr qalıb ki, bu yolda da texnikanın hərəkəti qeyri-mümkün olmuşdur. Özünə məxsus müəyyən avadanlıqları o, həyətinə gətirməkdə çətinlik çəkir. Ümumiyyətlə iri qabarıtli texnikanın hərəkəti yol üçün keçilməzdir. Bunun nəticəsində evlərinə, həyətlərinə heyvanlar üçün ot daşıtdıra bilmirlər. Bunun nəticəsində mülkiyyətlərindən istifadəyə ciddi maneələr yaranır. Bununla bağlı o, dəfələrlə cavabdehə bildirsə də, yolun əvvəlki ölçülərində bərpa olunması üçün həyətyanı çəpəri öz əvvəlki yerinə qaytarmasını tələb etsə də heç bir nəticəsi yoxdur. O, əlaqədar orqanlara, bələdiyyəyə də yazılı ərizə ilə müraciət etmiş, onlarda cavabdehi öz inandığından döndərə bilməmişlər. Ona görə də məcburiyyət qarşısında yolun əvvəlki vəziyyətində bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, həmin sözü gedən gediş-gəliş yolunda iddiaçının qardaşı İlham özünə fərdi yaşayış evi tikmişdir. İddiaçının istifadə etdiyi yolu, o, qonşularla birgə bərpa etmişdir. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssisin rəyini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X1 xx.xx.1998-ci il tarixli 06 saylı qərarı əsasında İddiaçı mülkiyyətinə Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində 0.24 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 018F seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X1 xx.xx.1998-ci il tarixli 06 saylı qərarı əsasında Cavabdeh mülkiyyətinə Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində 0.29 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 10/826 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən vahid elektron baza məlumatlarında olan xəritə materiallarında JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş gediş-gəliş yolunun eni 23 metrdir. Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən vahid elektron baza məlumatlarında olan xəritə materiallarına JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinə gediş-gəliş yolunun 52 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən JN 018F seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.29 ha torpaq sahəsi ilə JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu ilə üstüstə düşür. Üst-üstə düşən hissə 32 kv.metrdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 10/826 saylı X4 bildirişdən müəyyən olunur ki, aparılmış ekspertizanın xərci 100 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən gedişgəliş yolunun tutulduğunu iddia edərək, həmin yolun açılması tələbi ilə məhkəməyə müraciət etmişdir və qeyd edilən tələbin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə xüsusi mülkiyyətində olan qeyri yaşayış obyektinə mövcud olan yolun cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq bağlanılmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinə gediş-gəliş yolunun 52 kv.metr hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda sadalananlara məcmu halında hüquqi qiymət verərkən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ümumi istifadadə olan gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli, JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı və həmin gediş-gəliş yolunun 52 kv.metr hissəsindən Cavabdeh çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X4 bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməli, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ümumi istifadadə olan gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair iddiası qismən təmin olunsun. JN 016A seriyalı 30220038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Hacıməmmədoba kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı və həmin gediş-gəliş yolunun 52 kv.metr hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X4 bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun.Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-105/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-105/2020
01.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver