Məhkəmə qərarları › İş №2(067)-1051/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1051/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1051/2020 14.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, iddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı «xxxxxxx» KB ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh 1749.69 USD əsas borc, 2284 USD faiz borcu, 251.87 USD cərimə borcu, cəmi 4285.56 USD borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxx» X5 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxx» KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2590 nk QUBA/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 28 % ödənilməsi şərtilə 6300 USD məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəlikləri yerinə yetirməmiş və onun xx.xx.2019-cu il tarixə Banka 1749.69 USD əsas borc, 2284 USD faiz borcu, 251.87 USD cərimə borcu, cəmi 4285.56 USD borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Ona görə hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iş üzrə iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehə Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən kompensasiya ödənilmiş və həmin məbləğ onun borcundan silinmişdir Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 28 % ödənilməsi şərtilə 6300 USD məbləğində kredit ayrılmış və həmin məbləğ ona manatla verilmişdir. Sonradan ABŞ dollarının məzənnəsi qalxdığına görə borcunu ödəyə bilməmişdir. Hazırda da kredit borcunu ödəməyə maddi imkanı yoxdur. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu da yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 28 % ödənilməsi şərtilə 6300 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, cavabdeh müqavilə şərtlərini pozaraq öhdəlikləri yerinə yetirməmiş və onun 7.11.2019-cu il tarixə Banka 1749,69 USD əsas borc, 2284 USD faiz borcu, 251,87 USD cərimə borcu, cəmi 4285,56 USD borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə kredit borcunun ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2443 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan ödənişləri və silinmələri özündə əks etdirən hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2590 nk QUBA/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərinə əsasən Cavabdeh müqavilə müddətinin sonuna, yəni xx.xx.2018-ci il tarixə ödənilməmiş cəmi borcu 5363,74 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən-əasas borc üzrə 2855,45 ABŞ dolları, faiz borcu üzrə 2508,29 ABŞ dolları müəyyən edilir. İş materiallarında olan cari hesabdan çıxarış məlumatları və hazırki rəyin cədvəl məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixdən iddia tələbinin tarixinə, xx.xx.2019-cu il tarixinədək ümumilikdə 943,21 ABŞ dolları məbləğində ödənişlər edilmişdir ki, hazırki tədqiqatla həmin ödənişlərin bütövlükdə əsas borca silinməsi müəyyən edilir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəsinin məhkəmə-mühasibatlıq ekspertizasının X2 bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «xxxxxxx» X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, «xxxxxxx» X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Buna görə də məhkəmə iddianı əsas borcun və faiz borcunun tutulmasına dair hissədə əsaslı hesab edir. Lakin məhkəmə iddiaçı Bank tərəfindən Cavabdeh 1749.69 USD əsas borc, 2284 USD faiz borcunun qalığına hesablanmış 251.87 USD cərimə borcunu bu borca mütənasib hesab etmir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı Bank tərəfindən cavabdehin 1749.69 USD əsas borc, 2284 USD faiz borcunun qalığına hesablanmış 251.87 USD cərimə borcunun məbləğini azaldaraq, 50 ABŞ dolları məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı 1749.69 (min yeddi yüz qırx doqquz, altmış doqquz) USD əsas borc, 2284 (iki min iki yüz səksən dörd) USD faiz borcu, 50 (əlli) USD cərimə borcu olmaqla, cəmi 4083.69 (dörd min səksən üç, altmış doqquz) USD məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 (iyirmi beş) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X2 bildirişinə əsasən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdehalınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı 1749.69 (min yeddi yüz qırx doqquz, altmış doqquz) USD əsas borc, 2284 (iki min iki yüz səksən dörd) USD faiz borcu, 50 (əlli) USD cərimə borcu olmaqla, cəmi 4083.69 (dörd min səksən üç, altmış doqquz) USD məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 (iyirmi beş) manat tutularaq iddiaçı «xxxxxxx» X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X2 bildirişinə əsasən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdehalınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar