Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1052/2020 28.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı X2 Əkram Zülfüqar oğluna qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 1339,20 manat məbləğində pulun, 1245,98 manat debitor borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı Smart tipli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh «Qazdan istifadə qaydaları»nın tələblərini pozmuş, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto video çəkilişlər aparmışdır. Bu barədə akt tərtib edilmişdir. Akt əsasında 1339,20 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illər üzrə də 1245,98 manat debitor borcu olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, Xaçmaz RQİİ-də işləyir. Cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri qanuni istifadə halı aşkar olunmuşdur. Cavabdehin qapısının üstündə küçədə qaz xəttindən rezin şlanqla qaz xətti evə daxil olurdu. Qaz xətti kəsilərkən cavabdeh özü də iştirak etmişdir. Lakin cavabdeh onlara heç nə bildirməmişdir. Bu barədə video çəkiliş də çəkilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 dekabr2019-cu il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Cavabdeh mənzilində sayğacdan kənar qeyri qanuni qazdan istifadə halı aşkar edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan CD-yə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri qanuni istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan və dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Cavabdeh 1339,20 manat cərimə hesablanmışdır. Həmçinin onun 1245,98 manat debitor borcu da vardır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-cimaddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 1339,20 manat məbləğində pul, 1245,98 manat debitor borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1052/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1052/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver