Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1067/2022 14.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 953,12 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi onun vəfat etməsinə dair qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Müəyyən olunur ki, Cavabdeh vəfat etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, Cavabdeh öldüyündən, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1067/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1067/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver