Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1084/2022 11.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi formasını dəyişərək 30 noyabr 2008ci ildə anadan olmuş X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün cavadeh Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(067)-312/2009 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə Xaçmaz rayon Alekseyevka İƏV-də qeyd etdirilmiş nikahları pozulmuş və 30 noyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin vaxt cavabdeh Bakı şəhərində hərbi hissədə müqavilə ilə xidmət edirdi. Hazırda cavabdeh Ramin Əlibala oğlu hərbi xidmətdən təxris olunmuşdur. Ona -görə də alimentin ödənilməsi forması dəyişdirilmişdir. Belə ki, Ramin Əlibala oğlu Bakı şəhərində yaşamaqla fərdi işlərlə məşğuldur, qazancı qeyri sabitdir. İşələdiyi yer ona məlum deyil və özü də ona məlumat vermir. Alimenti də az ödəyir. Ona görə də alimentin sabit məbləğdə ödənilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, məhkəmənin xx.xx.2009-cu il tarixli 2(067)-312/2009 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulub və uşağı Nemətin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilib. Cavabdeh həmin alimenti mütəmadi ödəyib, lakin sonradan işdən çıxdığına görə ayda 150 manat ödəməyə başladı. Ona görə o, alimentin sabit məbləğdə tutulması üçün iddia qaldırmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh gəlirləri, fəaliyyəti barədə məlumatı, sübutları yoxdur. Uşağda beyin təzyiqi var, o, kursa gedir, ona görə ayda 150 manatla uşağın ehtiyaclarını qarşılaya bilmir. O iş olanda bağlarda işləyir, rəsmi iş yeri, gündəlik qazancı yoxdur. Cavabdehin ayda 180 manat aliment ödəməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, məhkəmənin xx.xx.2009-cu il tarixli 2(067)-312/2009 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarındakı nikah pozulub və Nemətin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilib. O işlədiyi dövrdə həmin alimenti mütəmadi ödəmişdir, lakin sonradan işdən çıxdığına görə ayda özü könüllü olaraq 150 manat aliment ödəməyə başlamışdır. Hazırda iddiaçıya uşağın saxlanılması üçün ayda 180 manat aliment ödəyə bilər. İddiaçı ilə faktiki olaraq ayrı yaşayırlar və uşağ da iddiaçının yanında qalır. O özü ikinci dəfə ailə qurmuşdur və həmin nikahından 2 övladı var. Hazırda iddiaçıya uşağın saxlanılması üçün ayda 180 manat aliment ödəməyə etiraz etmir. Başqa qazanc yeri yoxdur. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(067)- 312/2009 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə Xaçmaz rayon Alekseyevka İƏV-də qeyd etdirilmiş nikahları pozulmuş və 30 noyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin izahatından aydın olmuşdur ki, tərəflərin arasında alimentin ödənilməsinə dair saziş yoxdur. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay sabit pul şəklində 200 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(067)-312/2009 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay qazancının ¼ hissəsi miqdarında müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilərək, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2008-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(067)-312/2009 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1084/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1084/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver