Məhkəmə qərarları › İş №2(067)-109/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-109/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-109/2021 17.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı «Kredit müqaviləsi üzrə borc tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması üzrə 14147,85 ABŞ dolları əsas, 18029,28 ABŞ dolları faiz və 10835,24 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 43012,37 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək Azərbaycan Respublikasıtct Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxxx 2013-cü il tarixli, 11L000004206 saylı kradit müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2015-ci il tarixli, 11R000008398S saylı, xx xxxx 2016-cı il tarixli, 11R000008398SA saylı, xx xxxxxxxx 2016-cı il tarixli, 11R**********SB saylı, xx xxx 2017-ci il tarixli, 11R000008398SC saylı və xx xxxxxx 2017-ci il tarixli, 11R000008398SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 15852,15 ABŞ dolları ödəniş etmiş, onun 14147,85 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredir razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxx 2020-ci il tarixə 558 gün hesablanmış faiz borcu, 18029,28 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamaqla hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx xxx 2020-ci il tarixə 558 gün üçün hesablanmış cərimə 10835,24 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinn icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 zamnlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşcyar və kredit xətti müqaviləsi üxrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunanlar, kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması üzrə 14147,85 ABŞ dolları əsas, 18029,28 ABŞ dolları faiz və 10835,24 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 43012,37 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması üzrə 14147,85 ABŞ dolları əsas, 18029,28 ABŞ dolları faiz və 10835,24 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 43012,37 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürüb, müəyyən müddət ödənişləri edi. Lakin sonradan maddi problemləri yarandığından növbəti ödənişləri edə bilməyib. Hazırda iddiaçı bank məhkəmə iddia qaldıraraq cavabdehlər Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması üzrə 14147,85 ABŞ dolları məbləğində kredit borcu, 18029,28 ABŞ dolları məbləğində faiz borcu və 10835,24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 43012 (qarx üç min on iki) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Nümayəndəsi və vəkili olduğum Cavabdeh1 kredit borcu ilə əlaqədar əsas borc, faiz və cərimə məbləğləri ilə razı deyildir, bank tərəfindən əsas, faiz və cərimə məbləğlərinin şişirdilib. Odur ki, hazırda tələb olunan məbləğlərin yeNaidən hesablanmasını istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2013-cü il tarixli, 11L000004206 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxxx 2013-cü il tarixli, 11L000004206 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 11R000008398S saylı, xx xxxx 2016-cı il tarixli, 11R000008398SA saylı, xx xxxxxxxx 2016-cı il tarixli, 11R**********SB saylı, xx xxx 2017-ci il tarixli, 11R000008398SC saylı və xx xxxxxx 2017-ci il tarixli, 11R000008398SD saylı sazişlərdən görünür ki, Cavabdeh5 İddiaçı QSC ilə bağladığı qeyd olunan sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2013-cü il tarixli, 11S000005771, 11S000005776, 11S000005778 saylı və xx xxxxx 2014-cü il tarixli, 11S000007225 saylı zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlu arasında müvafiq zaminlik müqavilələri bağlanmış və həmin cavabdehlər kredit xətti müqaviləsindən və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin vaxtında icrası üçün əsas borclu X6 ilə birgə məsuliyyət daşımaları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan İddiaçı QSC-nin xx xxxx 2020-ci il tarixli, 12811 saylı maliyyə arayışından görünür ki, Cavabdeh5 xx xxx 2020-ci il tarixinə xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı nömrəli kredit razılaşması üzrə borcunun məbləği əsas borca görə 14147,85 ABŞ dolları, faiz borcuna görə 18029,28 ABŞ dolları, cərimə borcuna görə 10835,24 ABŞ dolları olmaqla, borcun cəmi məbləği 43012,37 ABŞ dolları təşkil edir. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4401 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarına əsasən və xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı nömrəli kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 14,147,85 dolları, faiz borcu 18,029,28 ABŞ dolları müəyyən olunur. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan və AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 Xaçmaz rayonunun Palçıq-oba kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Xaçmaz rayonunun Palçıq-oba kəndində qeydiyyatdadır. İş materiallarında AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 Xaçmaz rayonunun Palçıq-oba kəndində qeydiyyatdadır. İş materiallarında AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh2 Xaçmaz rayonunun Palçıq-oba kəndində qeydiyyatdadır. İş materiallarında AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh3 Bakə şəhəri, Xəzər rayonu, Neft Daşları 1 №-li yataqxana ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh5 və zaminlik müqavilələri üzrə digər cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı düzgün olaraq verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bankın 14147,85 ABŞ doları əsas, 18029,28 ABŞ dolları faiz borcuna, 10855,24 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) hesablaması bu borca mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə 14147,85 ABŞ doları əsas, 18029,28 ABŞ dolları faiz borcuna hesablanmış 10835,24 ABŞ dolları cərimənin məbləğini azaldaraq, 500 ABŞ dolları məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması üzrə 14147,85 ABŞ dolları məbləğində əsas kredit borcu, 18029,28 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32.677,13 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada xx xxxxx 2014-cü il tarixli, 11R000008398 saylı kredit razılaşması üzrə 14.147,85 ABŞ dolları (on dörd min bir yüz qırx yeddi dollar səksən beş sent) məbləğində əsas kredit borcu, 18.029,28 ABŞ dolları (on səkkiz min iyirmi doqquz dollar iyirmi səkkiz sent) məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32.677 (otuz iki min altı yüz yetmiş yeddi) ABŞ dolları 13 (on üç) sent məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab AZ34 CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar