Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1092/2025 17.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tərəflərin iştirakı olmadan , İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 oglundan və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Yelo Bank" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 oglundan və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixti kredit müqaviİəsi üzrə banka 7559.26 AZN əsas borc, 583.21 AZN faiz borc, 5.36 AZN cərimə borcu olmaqia, ümumilikdə cəmi 8147.83 AZN və 101.48 manat ödənilmiş dövlət rüsumunun tutulmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2024-ci il tarixli kredit muqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 16.9 faizlə 36 ay müddtinə 8500 AZN kredit gotürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 oglu ilə xx.xx.2024-ci ii tarixli zaminlik muqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc ohdəliyini icra etməkdən boyun qaçırır. 16 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 7559.26 AZN əsas borc, 583.21 AZN faiz borcu, 10.71 AZN cərimə borcu olmaqla, cəmi 8153.18 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 10.71 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarinda olmaqla, yəni 5.36 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul edir. Krediti aldıqdan sonra bir müddət ödənişlər etməmişdir. Ödənişlərdə gecikmələri olub, ona görə məhkəməyə iddia ərizəsi ilə müraciət ediblər. Bu ay 1500 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə bankla əlaqə saxlayıb iddia ərizəsini geri götürmələrini xahiş etmişdir. Ödəniş tam olmadığına görə bu mümkün olmamışdır. Borcu ödəməkdən boyun qaçırmır. İddia ərizəsində göstərilən borcla razıdır. Yaxın vaxtda borcunu tam ödəyəcək. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. - Cavabdeh1 oglu xx.xx.2024-ci il tarixli kredit muqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 16.9 faizlə 36 ay müddətinə 8500 AZN kredit gotürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli zaminlik muqaviləsi bağlanmışdır. İş materiallarında olan xəbərdarlıq bildirişlərindən görünür ki, cavabdehlərə borcun qaytarılması ilə bağlı müraciət olunmasına baxmayaraq onlar, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024cü il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclular öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcları yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Ona görə də kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması barədə iddia əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 101.48 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 oglundan və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviİəsi üzrə 7559.26 AZN əsas borc, 583.21 AZN faiz borcu, 5.36 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 8147.83 AZN və 101.48 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7559.26 AZN əsas, 583.21 AZN faiz, 5.36 AZN cərimə - cəmi 8147.83.98 AZN borc və ödənilmiş 101.48 AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. X2 və X3 müştərək qaydada 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim
Məhkəmə qərarları › İş №2(067)-1092/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1092/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver