Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-110/2025 22.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və torpaq sahəsinin boşaldılaraq tamlığının bərpa edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Yataqoba kəndi ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0043, kod 30223038 olan dövlət aktına əsasən xüsusi mülkiyyətində olan 3.02 ha torpaq səhəsinə gedən və cavabdeh tərəfindən şumlanaraq öz torpaq sahəsinə qatılmış yolun cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli, 05 r.ömrəli qərarı ilə ailə başçısı özüm olmaqla beş nəfərdən ibarət ailəmizin mülkiyyətinə Xaçmaz rayon Yataqoba kəndi ərazisindən 3.02 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququmuz Torpağa mülkiyyət hüququna dair JN-0043, KOD 30223038 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi 1998-ci ildən etibarən istifadəmizdədir və təyinatına görə stifadə edirik. Torpaq islahatı aparılmamışdan öncə də mülkiyyətimdə olan torpaq sahəsinə ümumi istifadədə olan yol mövcud olmuşdur. Torpaq islahatı aparılandan sonra son vaxtlara qədər həmin yoldan hər hansı maneə olmadan istifadə etmişik. Hazırda iş üzrə Cavabdeh öz torpaq sahəsinin yanından keçən 25 ildən artıq müddətdə istifadə etdiyim yolu şum 1 atdırmaqla öz torpaq sahəsinə birləşdirmişdir. Dövlət Aktındakı torpaq sahəsinin planı (cizgisi) adlanan hissədən də görünür ki, qeyd olunan ərazidə yol mövcuddur. Sputnikdən çəkilmiş fotoşəkillərdən də görünür ki, cavabdehin torpaq sahəsinin yanından yol, su arxı .ə su arxının yanında isə meşə zolağı keçir. Böyüdülmüş şəkilə baxdıqda həmin ərazidən maşın yolunun keçməsi tam aydın görünür. Cavabdeh isə həmin yol tissəsini şumlamaqla faktiki olaraq mülkiyyətimdən istifadəmə maneələr ;-aratımşdır. Nəticədə əraziyə gedib gəlməkdə texnika salmaqda ciddi çətinliklər daşıyırıq. Əks istiqamətdə olan yol isə iki dəfədən də artıq həmin yoldan uzundur. Cavabdehə dəfələrlə bu barədə irad bildirsə də, cavabdeh həmin ərazidən stifadəsini davam etdirir. Bundan sonra ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətlərində olan xx.xx.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli, Seriya RX № ******* saylı çıxarışa əsasən 1.05 ha torpaq sahəsinə cavabdeh İddiaçı tərəfindən yol çəkmək məqsədilə gətirərək boşaltdığı daşların və onun tərəfindən torpaq sahəsində basdırılmış su borusunun onun öz vəsaiti hesabına torpaq sahəsindən götürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılmasına dair iddia qaldıraraq mülkiyyətində olan 3.02 ha torpaq sahəsinə gedən və güya tərəfindən bağlanmış yolun onun hesabına əvvəlki vəziyyətinə gətirilməsi və ödədiyi 100 manat dövlət rüsumunun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin surətini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə almışdır. İddianı qəbul etmir. İddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. Belə ki, İddiaçı məxsus torpaq sahəsinin yanında onlara məxsus 1.05 ha torpaq sahəsi yerləşir. Topaq sahələri təxminən 10 metr hissədə qonşu torpaq sahələridir. Torpaq islahatı aparılan vaxt onlara torpaq sahəsi bir neçə yerdən, o cümlədən Yataqoba kəndi yaxınlığından 1.05 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi yaşayış yerinə uzaq olduğuna görə, habelə həyat yoldaşı X5 yataq xəstəsi İİ qrup əlil olduğuna, övladlarının azyaşlı olmalarına görə həmin torpaq sahəsinə mütəmadi gedib gələ bilməmişlər. Vəziyyətdən istifadə edən İddiaçı torpaq sahəsinə daş tökərək və dəmir borular ataraq özü üçün yol düzəltmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra və böyük övladı əsgərlikdən qayıtdıqdan sonra əraziyə getdikdə görmüşlər ki, İddiaçı torpaq sahəsinə müdaxilə edərək özünə yol açıb. Bunu bildikdən sonra dərhal Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir, araşdırma aparılaraq İddiaçı tapşırıldı ki, torpaq sahəsinə tökdüyü daşları yığışdırsın və boruları çıxarıb aparsın. Buna baxmayaraq hazırda ona qarşı iddia qaldırmışdır. Birgə mülkiyyətlərində olan 1.05 ha torpaq sahəsinin ərazisindən hər hansı yol nəzərdə tutulmamışdır. Sadəcə olaraq İddiaçı vəziyyətdən istifadə edərək özü üçün yol açmaq istəyir. Halbuki torpaq sahəsinin yanından ümumi istifadədə olan yol keçir və bütün mülkiyyətçilər həmin yoldan istifadə edirlər. Mülkiyyətlərində olan 1.05 ha torpaq sahəsinə xx.xx.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli, Seriya RX № ******* saylı çıxarış verilmişdir. Çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi həmin ərazidə hər hansı bir yol mövcud deyildir. İddiaçı tərəfindən özbaşına olaraq mülkiyyətlərində olan torpaq sahəsinə yol düzəltmək məqsədilə tökdüyü daşlar və su axmaq üçün basdırdığı su borusu onun öz vəsaiti hesabına ərazidən yığışdırılmaqla torpaq sahəsinin tamlığı bərpa olunmalıdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh onun 25 il istifadə etdiyi torpaq sahəsini bağlayıb öz yerinə qatmışdır. Onun ərazisinə başqa yol yoxdur. Cavabdeh ona demişdir ki, meşə ərazisindən özünə yer tapsin. Cavabdehin təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair vəsatətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6775 saylı rəyi ilə razı deyil. Çünki o yerin ölçülməsi üçün təyin edilmiş gündə ərazidə olmuş, Salman müəllim gəlib yeri ölçməmişdir, sonradan onun yanına gedəndə ona bildirmişdir ki, həmin gün Fikrət müəllim əraziyə gedib ölçmə işləri aparmışdır. Ölçmə zamanı olmamış deyə rəylə razı deyil. İddiaçıya yol sonradan verilib, əvvəl onun yolu olmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0043 saylı, 30223038 kodlu dövlət aktından müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 3,02 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 1.05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4 və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində 225 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mülki işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən 100 manat rüsum köçürülmüşdür İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-0043, kod 30223038 olan dövlət aktına əsasən Xaçmaz rayon Yataqoba kəndi ərazisində yerləşən İddiaçı və digərlərin mülkiyyətində (qanuni istifadəsində) olan 3.02 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və faktiki isifadəsində 3.02 ha torpaq sahəsi təşkil edir (sxem əlavə olunur). Torpağa mülkiyyət hüququna dair JN-0043, kod 30223038 olan dövlət aktına əsasən Xaçmaz rayon Yataqoba kəndi ərazisində yerləşən İddiaçı və digərlərin mülkiyyətində (qanuni istifadəsində) olan 3.02 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Lakin cavabdehə və ailə üzvlərinə məxsus xx.xx.2018-ci il tarxili **********9 qeydiyyat nömrəli, **********42 reystr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin şimal tərəfindən keçən ümumi istifadədə yolu şumlayaraq istifadə edir. Hansı formada sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, torpağa mülkiyyət hüququna dair JN-0043, kod 30223038 olan dövlət aktına əsasən Xaçmaz rayon Yataqoba kəndi ərazisində yerləşən İddiaçı və digərlərin mülkiyyətində (qanuni istifadəsində) olan 3.02 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və faktiki isifadəsində 3.02 ha torpaq sahəsi təşkil edir (sxem əlavə olunur). Torpağa mülkiyyət hüququna dair JN-0043, kod 30223038 olan dövlət aktına əsasən Xaçmaz rayon Yataqoba kəndi ərazisində yerləşən İddiaçı və digərlərin mülkiyyətində (qanuni istifadəsində) olan 3.02 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Lakin cavabdehə və ailə üzvlərinə məxsus xx.xx.2018-ci il tarixli **********9 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin şimal tərəfindən keçən ümumi istifadədə yolu şumlayaraq istifadə edir. Belə olan halda, ilk iddianın təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olması müəyyən edilir, ilk iddia üzrə cavabdeh tərəfindən mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin şimal tərəfindən keçən ümumi istifadədə olan və onun tərəfindən şumlanmış yolun vəziyyəti bərpa edilməlidir. Eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və torpaq sahəsinin boşaldılaraq tamlığının bərpa edilməsi tələbini irəli sürsə də buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, bundan başqa, iş üzrə keçirilmiş məhkəmə mühəndis ekspertizasının da rəyindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsi zəbt edilməmiş və istifadə edilmir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin olunsun. Xaçmaz rayon Yataqoba kəndi ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0043, kod 30223038 olan dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3.02 ha torpaq səhəsinə gedən və cavabdeh tərəfindən şumlanaraq öz torpaq sahəsinə qatılmış yol (xx.xx.2018-ci il tarixli **********9 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin şimal tərəfindən keçən ümumi istifadədə olan yolu) cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və torpaq sahəsinin boşaldılaraq tamlığının bərpa edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-110/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-110/2025
22.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver