Məhkəmə qərarları › İş №2(067)-1101/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1101/2024

16.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1101/2024 16.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, 2(102)-4643 saylı qərarın ləğvinə dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, 2(102)-4643 saylı qərarın ləğvinə dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən olundu ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı Cavabdeh qismində qeyd etməklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4643 saylı qərarının ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçılar X1 və digərlərinin cavabdeh İddiaçı və digərlərinə qarşı ümumi paylı mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair mülki is üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-4643/2023 saylı qərarı ilə cavabdeh İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1379/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1379/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(102)- 4643/2023 saylı qərarı mövcud olduğundan, İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, 2(102)-4643 saylı qərarın ləğvi barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, 2(102)-4643 saylı qərarın ləğvi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Cavabdehnə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar