Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1121/2024 06.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1275 manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh avtomobil təmiri ustası kimi tanımışdır və 2023-cü ilin yaz aylarında xüsusi mülkiyyətində olan “Mercedes” markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomaşında problem olduğu üçün cavabdehə müraciət etmişdir. O, avtomaşına baxıb bildirmişdir ki, mühərrikin kolen valinı dəyişmək lazımdır və həmin hissəni dəyişmək üçün ondan 800 manat pul almışdır. Cavabdehin bildirdiyinə görə o, həmin hissəni dəyişdirmişdir. O, cavabdehdən kohnə kalen valı özünə qaytarmasını tələb edəndə, cavabdeh nə kalen valı qaytarmamış, nə də ondan aldığı pulu qaytarmamışdır. Bundan əlavə avtomaşının turbo hissəsinin dəyişdirilməsi üçün 475 manat pul almış, lakin həmin hissəni də dəyişdirməmiş, elə köhnə detail təmizləməklə yerinə qoymuşdur. Dəfələrlə cavabdehdən ondan aldığı pulu geri tələb etsə də, o, hər dəfə yaxın günlərdə pulunu qaytaracağını bildirir, lakin real olaraq heç bir hərəkət etmir. Bununla əlaqədar Xaçmaz RPŞ-nə müraciət etsə də, polis şöbəsinin 79/-2B-30804/11/23 saylı məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, keçən il avtomobilimin mühərriki xarab olduğuna görə avtomobili evakuatorla Pərviz ustanın yanına aparmışlar. Usta maşının mühərrikini düzəldə biləcəyini desə də, sonradan mühərriki açıb söküb valın sıradan çıxdığını və yenisini almaq lazım olduğunu, həmin detalın yenisinin 800 manat olduğunu bildirmişdir. O, cavabdehlə razılaşmış, lakin ustanın dedikləri onda şübhə yaratmışdır, buna görə ustaya maşının üstündən çıxan köhnə valı özünə qaytarmasını demişdir. Həmçinin usta bildirmişdir ki, maşında turbo deyilən bir hissə var ki, o, da korlanmışdır, onu dəyişib yenisi ilə əvəz etmək lazımdır və bunun üçün pul tələb olunur. Onlar Bakıdan lazım olan hissənin yenisini 475 manata gətirmişlər. Lakin cavabdeh həmin hissəni yenisi ilə dəyişməmişdir. Həmin yeni aldığı turbo hissəni aldığı mağazaya geri qaytarıb, lakin onun pulunu bu günədək qaytarmamışdır. Bir neçə dəfə cavabdehə pulu qaytarması üçün ona zəng eləmiş, cavabdeh əvvəllər onun pulunu qaytaracağını desə də, sonradan telefonda ona nalayiq sözlər deyərək zənglərinə cavab verməmişdir. Ona görə məhkəməyə müraciət etmişdir. Cavabdehə maşında valı dəyişmək üçün 800 manat pul vermişdir. O, 800 manat pulu cavabdehə yeni detal alması üçün vermiş və belə razılaşmışlar ki, köhnə valı özünə qaytaracaqdır. Lakin cavabdeh maşının detallarını yenisi ilə dəyişməmiş, maşının köhnə detallarını təmizləyib yeni adı ilə yenidən maşına quraşdırmışdır. Daha sonra 475 manat pulu da avtomobilin turbo hissəsini dəyişmək üçün vermişdir. Lakin cavabdeh həmin turbo hissəni özü təmizləyib yerinə qoymuş, təzə alınan turbo hissəni Bakıdan aldığı yerə qaytarmış, ancaq ondan aldığı pulu geri qaytarmamışdır. Cavabdehin hazırda ona 1275 manat borcu qalmışdır və maşınının köhnə hissələrini də ona qaytarmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmədə iş olan müddətdə ona avtomobilin üstündən çıxarılmış köhnə valı qaytaracağını deyir, lakin o buna razı deyil. Cavabdehin ona bir ildən sonra valı qaytarmasının səbəbini anlamır və buna razı deyil. Əgər avtomobilin detalı yararsız idisə köhnə detalı vaxtında ona qaytarardı. O, ustanın avtomobilin üzərinə yeni valı bağlayıb bağlamadığını bilmir. Avtomobilini ustadan götürəndə işlək vəziyyətdə olmuşdur. O, cavabdehdən köhnə valı bir ildir ki, tələb edir, lakin ötən bir ildə cavabdeh vali ona qaytarmamışdır. Cavabdehin hazırda ona 1275 manat borcu var, 75 manatın zəhmət haqqı kimi çıxılmasına etiraz etmir və qalan 1200 manat pulunun geri qaytarılmasını istəyir. Hazırda cavabdehin gətirdiyi köhnə val istəmir. Həmin valın onun olubolmadığını bilmir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, 1930 manat iddiaçıdan pul alıb avtomobilinin mühərrikini yığmışdır. İddiaçı özü Bakıdan detalı ucuz qiymətə tapıb, ona görə ondan pulu tələb edir. O, da 30 manat pulu iddiaçının özünə qaytarmışdır. İddiaçının maşınının valını Bakıya göndərmiş, dəfələrlə özünə demişdir ki, 15 manat yol pulu versə onun maşınının valını gətirdər. Əgər o, iddiaçının dediyi kimi 800 manata olan valın yenisini alıb maşının üzərinə yerləşdirməsəydi, iddiaçı avtomobilini hərəkətə gətirərək idarə edə bilməzdi. Onun avtomobilinin mühərrikini söküb yenidən yığmışdır. İddiaçı avtomobili başqa ustaya aparmış, orada ona avtomobilin turbo hissəsinin sıradan çıxdığını bildmişlər. Bundan sonra iddiaçı onun yanına gələrək, yeni turbo sifariş etməsini istəmiş və bunun üçün cəmi 375 manat, yəni 25 manat yol pulu üçün, 350 manat isə yeni turbo almaq üçün pul ödəmişdir. Yeni turbonu yerləşdirmək üçün o, iddiaçıdan 60 manat zəhmət haqqı istəmişdir. Həmçinin iddiaçıya bildirmişdir ki, avtomobilin üzərində olan turbonu təmizləyə bilər və bunun üçün 100 manat zəhmət haqqı alacaq, əgər istəsə bunu edə bilər. İddiaçı buna etiraz etməmiş və o, həmin turbonu təmizləyərək yerinə qoymuşdur. Avtomobilin turbo hissəsi üçün 375 manat pul ödəyib gətirmişdir. Detalı qutudan açdıqları üçün təkrar dükana qaytaranda ona bildirmişlər ki, qutusu açıldığına görə pulunu dərhal geri qaytara bilmirlər, detalın satılmasını gözləməlidirlər. Ona görə də o, iddiaçıya 350 manat deyil, 190 manat pul qaytarmalı olduğunu demiş, lakin iddiaçı buna razı olmamış və pulun hamısının qaytarılmasını tələb etmişdir. 350 manatdan 160 manatı özünün zəhmət haqqını çıxanda iddiaçıya 190 manat pul borclu qalır. Ona görə də iddianı qismən qəbul edir. İddiaçının tələb etdiyi 800 manat valın puludur və o, valı dəyişib aldığı yeni valı avtomobilin mühərrikinə yerləşdirmişdir. İddiaçının köhnə valı isə Bakıda ustadadır, 15 manat yol pulunu ödəsə, köhnə valını Bakı şəhərindən gətirdə bilər. Həmçinin cavabdeh izahatında bildirmişdir ki, o, maşının mühərrikini təmir edəndə iddiaçı əvvəldən axıra qədər onun yanında olmuşdur. İddiaçıdan avtomobilinin köhnə mühərrikini yığmaq üçün 1930 manat detallara görə pul almışdır. İddiaçı başqa maşın ustalarından maraqlanıb ki, həmin məbləğ çoxdur, ona görə ondan 30 manatı geri götürüb. O, da 30 manat pulu iddiaçıya qaytarıb vermişdir. İddiaçı 1 il 4 aydır ki, avtomaşını idarə edir. Onun iddiaçıya hazırda 190 manat borcu qalıb. Avtomaşının turbo hissəsini və valını təmir etmişdir. İddiaçının tələb etdiyi avtomaşının köhnə valını gətirmişdir. O, avtomaşının val hissəsinin yenisini almışdır və 646 3D kodla yeni val avtomaşına qoyulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin İddiaçı ünvanlanmış məktubundan müəyyən olunur ki, Xaçmaz RPŞ-nə müraciəti ilə bağlı ərizəsində göstərdiyi xüsusatlar üzrə inzibati xəta xarakterli hadisə müəyyən olunmadığından, tələbi mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsi: Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsi: Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsi: Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsi: Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsi: Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 770-ci maddəsi: Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1-ci maddəsi: görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2-ci maddəsi: Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarındakı izahatlarında cavabdehin avtomaşın ustası kimi aralarındakı şifahi razılaşmaya əsasən onun avtomaşınını təmir etmək barədə üzərinə öhdəlik götürsə də, öhdəliyinə əməl etməyərək, avtomaşını lazımınca təmir etmədiyini və bununla da ona 1275 manat məbləğində ziyan vurduğunu iddia etsə də, tələbini təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflər bildirmişlər ki, iddiaçı tərəfindən 475 manata Bakıdan alınmış yeni detal cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Bundan əlavə cavabdeh izahatında iddiaçıya 190 manat pul borclu olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iş materiallarını və tərəflərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə təmin edilməli və Cavabdeh 190 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, İddiaçı 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qismən təmin edildiyindən, dövlət rüsumunun 21 manatı İddiaçı, qalan 10 manatı isə Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 190 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 10 manat pul tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan 21 manat hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva İddiaçı özü ona 15 manat pulunu versə, onun maşınının valını qaytarar. İddiaçının avtomobilinin turba hissəsi üçün 375 manat pul ödəmiş, iddiaçıdan 60 manatı isə həmin detalı açıb-bağlamaq üçün, 100 manat əlavə işlədiyi üçün almışdır. O, iddiaçıya 375 manat pulun əvəzinə 195 manat pul qaytarırdı, ancaq iddiaçı həmin pulu almamışdır. Maşının köhnə detalını Bakıda maşın ustasına vermişdir. 15 manat pul iddiaçı ona verməlidir. Maşının turba hissəsinin pulundan iddiaçıya 190 manat borcu var. Maşının detalını dəyişmişdir. İddiaçıdan 600 manat işlədiyi zəhmət haqqını almışdır. Maşın üçün aldığı yeni detalların qutusunu iddiaçının özünə vermişdir. O, işdə olmadığı vaxt iddiaçı başqa ustanın yanına getmiş, həmin usta maşının detalını açıb bağlaya bilməmiş, ondan sonra iddiaçı maşınını onun yanına gətirmişdir. İddiaçının maşınının köhnə detallarını özünə qaytaracaq. İddianın iddiaçıya borclu olduğu 190 manat hissəsini qəbul edir.
Məhkəmə qərarları › İş №2(067)-1121/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1121/2024
06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver