Məhkəmə qərarları › İş №2(067)-1124/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1124/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1124/2025 12.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı cavabdeh X2 qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh X2 qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 300,35 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rümumunun alınaraq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, həmin iddia ərizəsinə ərazi aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsində baxıla bilməz. Belə ki, cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları barədə Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğu əsasında çıxarılmış məlumatdan, həmçinin iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iş üzrə cavabdeh X1 rayonunun Barlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda İddiaçı cavabdeh X2 qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılmalıdır. Yuxardakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1, 152.2 və 152.3-cü maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı cavabdeh X2 qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar