Məhkəmə qərarları › İş №2(067)-1129/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1129/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1129/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun tərəfindən dələduzluq yolu ilə ondan alınmış 1440,0 manat vəsaitin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 35,0 manat dövlət rüsumu pulunun alınıb, ona verilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh - Cavabdeh ona qarşı dələduzluq edərək 1400,0 manat pulunu mənimsəmişdir. O, Qusar şəhəri ərazisində yerləşən, ona məxsus oilan avtomobil təmiri sexini Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 satylı Xaçmaz Ərazi İdarəsində onun adına dövlət qeydiyyatına aldıraraq çıxarış alacağına söz verərək, ondan, “Milli ÖN” ödəmə terminalları vasitəsi özünə məxsus plastik kart hesabına köçürməklə 2022-ci ilin dekabr ayının 26-da, hər dəfə 300,0 manat olmaqla iki dəfəyə, 600,0 manat, 2022-ci ilin dekbr ayının 27-də bir dəfə 220 manat, iki dəfə hər dəfəyə 100 manat olmaqla cəmi 420,0 manat, 2022-ci ilin dekabr ayının 28-də 101 manat, 2023-cü ilin yanvar ayının 22-də 117 manat, 2023-cü ilin yanvar ayının 23-də 60,0 manat, 2023-cü ilin yanvar ayının sonlarında 102,0 manat olmaqla cəmi 1 400,0 manat pul almışdır. Uzun müddət cavabdeh ona verdiyi sözünə əməl etməmişdir. Cavabdehlə telefon əlaqəsini saxlayanda cavabdeh ona boynuna götürdüyü işi qısa müddətdə icra edəcəyinə söz verirdi. Son vaxtlar isə o, telefon zənglərinə cavab verməmişdir. Daha sonra ona məlum olmuşdur cavabdeh onunla bərabər bir neçə şəxsə qarşı da dələduzluq etmişdir. Həmin hal ona məlum olanda, cavabdehin ona qarşı dələduzluq edərək, etibarından sui-istifadə etməklə 1440,0 manat pul vəsaitini ələ keçirməsi barədə, Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun və cavabdeh tərəfindən dələduzluq edilmiş digər şəxslərin ərizələrinə əsasən ona qarşı cinayət işi qaldırılmış və o, Qusar Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 1(029)-5/2024-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmişdir. Cavabdeh ondan 1440,0 manat pulu aldığnıı heç vaxt inkar etməmişdir, məhkəmə iclasında da cavabdeh, mənə qarşı dələduzluq edərək göstərilən miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini boynuna almışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024-cü il tarixli hökmü qanun qüvvəsini almışdır və hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul ediləndə Azərbaycan Respublikasmm MPM-nin 82.4c ümaddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmalıdır. Hal hazırda cavabdeh Bakı Şəhəri Suraxanı rayonunun ərazisində yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyinə görə ona qarşı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, lakin həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(010)-1257/2025 saylı Qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və Qərardadda göstərilmişdir ki, cavabdehə qarşı iddia, Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən, onun rəsmi qeydiyyata alndığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqdagecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İş materiallarlndan müəyyən olunur ki, Cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmişdir. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh əməli Qusar Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 1(029)-5/2024-cü il tarixli hökmünə əsasən təsdiqlənmişdir. Ona görə məhkəmə iddiaçının tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 1440,0 manat pul və ödənilmiş dövlət rüsumuna görə 35,0 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar