Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1147/2025 14.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2(067)-1447/2020 saylı qətnaməsinə əsasən, 21 fevral 2014-cü il təvəllüdlü qızı X5 və 14 fevral 2020-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 (yüz on ) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq bir uşağa görə hər ayda 246 ( iki yüz qırx altı ) manat cəmi 492 ( dörd yüz doğsan iki ) manat sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə 25 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan iki azyaşlı uşaqları, 21 fevral 2014-cü il təvəllüdlü qızı X5 və 14 fevral 2020-ci il təvəllüdlü oğlu X7 anadan olmuşlar. Cavabdeh X6 ailəsinə və azyaşlı uşaqlarının gündəlik tələbatlarını ödəmədiyi üçün aliment tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiası Xaçmaz rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(067)- 1447/2020 saylı qətnaməsinə əsasən 21 fevral 2014-cü il təvəllüdlü X2 və 14 fevral 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 iyun 2020-ci ildən başlayaraq X1 hər ay hər uşaq üçün 110 ( yüz on ) manat olmaqla, cəmi 220 iki yüz iyirmi ) manat sabit pul şəkilində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmışdır. Bir müddətdən sonra ailədə ciddi mübahisələr yaranmağa başladı münasibətləri qeyri-səmimi olmağa başladı. Artıq birlikdə bir ailə ola bilmiyəcəyinə görə boşanmaq qərarına gəlmişlər və buna görə də aralarında olan nikah Xaçmaz rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Xaçmaz rayon Məhkəməsi tərəfindən çıxarılmış 28 iyul 2020-ci il tarixli 2(067)- 1447/2020 saylı qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir madddi tələbatının ödənilməsinə kifayət etmir. Qızı X8, qızı orta məktəbdə təhsil alır və oğlu X4 isə azyaşlı olduğu üçün gündəlik tələbatlarının ödənilməsin də maddi məsrəfləri yetərincə artmışdır. Oğlunun və qızının bütün qayğısı, ehtiyacları tamamilə onun öhdəliyindədir. Cavabdeh bir ata kimi uşaqların təlim-tərbiyəsi ilə nəyə ehtiyaclarının olub-olmaması haqda maraqlanmır, qayğı göstərmir. Dəfələrlə əlaqə saxlamaq istəsədə buna nail ola bilməmişdir. Hər dəfə öz şəxsi mobil nömrəsini dəyişərək alimentin vaxtlı- vaxtında ödəməsindən qəsdən boyun qaçıraraq həmin məbləği ödəmir. O, uşaqların maddi tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh olan Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən 27 yanvar 2025-ci il tarixdə keçirilən ilkin Mediasiya sessiyasında cavabdeh X6 iştirak etməmişdir. Mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb. Ona Quba 1 saylı Mediasiya Təşkilatı tərfindən ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilməməsi barədə 27 yanvar 2025-ci tarixli MŞQ/MT/040/2024-00109 saylı arayış verilmişdir. Ona görə də alimentin miqdarının artırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölkə üzrə yaşayış minumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər gəlirlərinin olmasını nəzərə alaraq, cabdehdən tutulan alimentin məbləği artırılarq hər ay 246 manata çatdırılmalıdır. Ona görə Xaçmaz rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2(067)- 1447/2020 saylı qətnaməsinə əsasən, 21 fevral 2014-cü il təvəllüdlü qızı X5 və 14 fevral 2020-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 ( yüz on ) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq bir uşağa görə hər ayda 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi: 492 (dörd yüz doğsan iki ) manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq, ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarına əsasən əgər alimentin miqdarının artırılması barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı işdə də iddia minimum əmək haqqının artımına əsaslanır və belə olan halda işə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçıya aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1147/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1147/2025
14.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver