Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-117/2025 21.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Xaçmaz rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh mobil nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə, ondan dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X2ndə müvafiq hesabına (X2 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-30/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkuma xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) X1 və keçmiş məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin mobil qurğu enerji yığmadığından yenisi ilə əvəz edilmişdir. Həmin tarixdə də şöbənin böyük icra məmuru (probasiya üzrə) X4 və keçmiş məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokollarda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərindən məhkumun cəzasının müddəti başa çatdığına görə gəzdirməsi üçün onun üzərinə bağlanılmış 35632259 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu təhvil alınmışdır. Təhvil alınarkən həmin elektron nəzarət vasitəsinin adapterinin başlığının qırılıb mobil qurğunun enerji yığan hissəsində qaldığından istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuş, xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş və doğruluğu məhkum tərəfindən imzalanmaqla təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə də məhkum və onun barəsində olan hökm şöbənin qeydiyyatından çıxarılmışdır. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən nəmişlik səbəbindən ana platada elektron elementlərdə oksidləşmə prosesi başlamış, nəticədə təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməmişdir. Hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunu nəmişlik yerdə saxlamış, ana platada elektron elementlərdə oksidləşmə prosesi başladığına görə yararsız hala düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə cavabdehə verilmiş “Smart” tipli əvvəlki qurğuda enerji yığımında problem yarandığı üçün dəyişdirilərək yeni “Attenti” markalı qurğu verilmişdir. Həmin yeni qurğuya verildikdən 3 gün sonra yəni, xx.xx.2023-cü il tarixdə tərəflərindən baxış keçirilmiş və işlək vəziyyətdə olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə köhnə, nasaz olan qurğu tərəfindən Ədliyyə Nazirliyinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə məhkumun məhkumluğu bitdiyinə görə qurğu açılıb götürülmüşdür. Qurğu götürülərkən enerji yığıldığı yerdə adapterin başlıq hissəsinin mobil qurğunun içində qırılıb qaladığı görülmüşdür. Ziyan məbləği ümumi məbləğ olaraq hesablanmalıdır. Həmin elektron nəzarət qurğusunun hissələrini nasaz olanda dəyişmək mümkündür. Lakin ziyan tələb olunduda ümumi məbləğ tələb olunur. Qurğu cavabdeh tərəfində düzgün istifadə edilmədiyi üçün yararsız vəziyyətə salınmışdır. Mobil nəzarət qurğusu cavabdehdən təhvil alınanda qurğunun nasaz olması barədə akt tərtib etmişlər, cavabdeh də həmin akta imza etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, birinci qolbaq veriləndə işləmirdi. Özü İcra və Probasiya Şöbəsinə təhvil vermiş və daha sonra qolbağı yenisi ilə əvəz etmişlər. Lakin həmin qurğu da yeni deyildi, işlənmiş qurğular idi. Onun günahı səbəbindən mobil qurğunun enerji yığdığı yer qurğunun içində qalmışdır. Özü cəzanın qurtarmasından 10 gün əvvəl Probasiya Şöbəsinə gedərək qurğunun qırılıb qalması ilə bağlı məlumat vermişdir. O, həmin qurğunu iddiaçı tərəfə təhvil verəndə qurğu işlək vəziyyətdə olmuşdur. Mobil qurğu ayağından açılan zaman Ədliyyə Nazirliyinə həmin ötürücü siqnal getmişdir. Bu barədə Azər müəllim ərizə götürərək protokol tərtib etmişdir. "xxxx" tərəfindən verilən rəyə etiraz edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(067)-30/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 05 dekabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Cavabdeh 34614109 sayı SMART markalı elektron qolbaq kəmərlə birlikdə qurğunun enerji adapteri təhvil verildi. 10 iyul 2023-cü il tarixli cəzanın icra qaydalarına və şərtlərinə əməl olunmasının yoxlanılması barədə protokoldan müəyyən olunur ki, Cavabdeh təhvil verilmiş Smart markalı elektron nəzarət vasitəsinin enerji yükləmə adapteri işləmir. X3 məhkumun adapterinin işləmədiyi bildirilib. Adapterin yenisi ilə əvəz olunmasına ehtiyac var. 26 dekabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, “Attenti” markalı elektron nəzarət vasitəsi enerji yığmadığından yenisi ilə əvəz edilmiş, bu barədə İddiaçı böyük icra məmuru (probasiya üzrə) X4 və Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 26 may 2024-cü il tarixli aktdan müəyyən olunur ki, 35632259 saylı “Attenti” markalı elektron nəzarət vasitəsi Cavabdeh işləməyən vəziyyətdə təhvil alınmışdır. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh təhvil alınmış 35632259 saylı “Attenti” markalı elektron nəzarət vasitəsinin nəmişlik səbəbindən ana platasında elektron elementlərdə oksidləşmə prosesi başlamışdır, təmiri mümkün deyil, istismara tam yararsızdır. İltizamdan müəyyən olunur ki, Cavabdeh üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. 24 may 2024-cü il tarixli məhkumun üzərindən çıxarılan elektron nəzarət vasitəsinin texniki vəziyyəti barədə aktdan müəyyən olunur ki, Cavabdeh istifadəsində olmuş 35632259 saylı “Attenti” markalı elektron nəzarət vasitəsi işlək vəziyyətdə deyil, adapterin başlığı mobil qurğunun enerji yığan yerində qırılıb qalmışdır. İddiaçı 24 may 2024-cü il tarixli məlumatından müəyyən olunur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(124)-30/2022 saylı hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin məlumatından müəyyən olunur ki, “Attenti” markalı mobil nəzarət vasitəsinin texniki vəziyyəti, yararsız olduğu halda səbəb olan halların müəyyən edilməsi, hansı müddətdən sonra yararsız hala düşməsi, cihazın hissələrində texniki nasazlığın və qüsurun olmasının müəyyən edilməsi müvafiq istehsalçı şirkətinin məhsularına texniki xidməti həyata keçirən ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bildiyi üçün həmin ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsi tövsiyyə olunur. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan sorğuya əsasən alınmış "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən müəyyən olunur ki, mobil qurğuların və elektron qolbaqların nəzarət subyektinə tətbiqi və üzərindən çıxarılması təyin olunmuş icra məmuru tərəfindən həyata keçirilir. Daha sonra icra məmuru çıxarılmış mobil qurğunu və elektron qolbağı Bakıda yerləşən Probasiya Xidmətinə təhvil verir. Onların əməkdaşları emal və təmir prosesini həyata keçirmək məqsədi ilə adı çəkilən qurğuları Probasiya xidmətindən təhvil alırlar. 35632259 saylı mobil qurğu servis mərkəzlərində diaqnostikadan keçirilən zaman, istismar qaydalarına riayət edilməməsi nəticəsində (nəm şəraitdə istifadə) ana platanın elektron eıementlərində oksidləşmə nəticəsində korroziya prosesi başlamlşdır. Diaqnostika zamanı ilk qoşulmada avadanlıq zahirən işlək vəziyyətdə olsa da, bir müddət işlədikdən sonra qurğunun işləməsində xətalar müşahidə olunur. Bu isə qurğunun gələcək istifadəsini mümkünsüz edir. 17481 saylı elektron qolbaqda ciddi nasazlıq aşkarlanmamışdır. Ədliyyə Nazirliyi ilə bağlanılmış texniki dəstək müqaviləsi çərçivəsində “Attenti” markalı elektron nəzarət vasitələrinin bir çox elementlərinin (korpus, cərəyan batareyası, cərəyan adaptoru, displey, klaviatura, kəmərlər və s.) təmiri "xxxx" QSC həyata keçirilir və bu xidmətlərə görə nəzarət subyekti tərəfindən heç bir vəsait tutulmur. 35632259 saylı mobil qurğunun ana palatası dəyişilməlidir. Bu proses texniki olaraq istehsal müəssisəsində həyata keçirilir. Təəssüf ki, bu xidmət şirkət tərəfindən həyata keçirilmir. 35632259 saylı mobil qurğunun diaqnostikası zamanı ana platanın korroziyası müşahidə olunmuşdur. Ana plata özlüyündə çoxsaylı kiçik mikrosxemlərdən ibarətdir, hansıların ki, ayrı-ayrılıqda təmiri mümkün deyildir. “Attenti” markalı 35632259 saylı mobil qurğunun ana palatasının korroziyası nasazlığının şirkət tərəfindən təmiri mümkün olmadığından bu qurğunun bərpası üçün lazım olan vəsaitin həcmi barədə məlumat verilməsi mümkün deyil. 17481 saylı elektron qolbağa aid olan çatışmamazlıqlar dəstək müqaviləsi çərçivəsində aradan qaldırılır. Probasiya Xidmətində istifadədə olan “Attenti” markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və "xxxx" şirkəti olaraq digər fərdi şəxslərə pərakəndə satış həyata keçirilmir. Bu səbəbdən elektron nəzarət vasitəsinin hissələri üçün ayrıca qiymət təqdim edilməsi mümkün deyildir. Elektron nəzarət vasitəsinin tam komplektinin qiyməti haqqında məlumatı Ədliyyə Nazirliyinin Maliyyə -Təminat İdarəsindən əldə etmək olar. "xxxx" şirkəti tərəfindən verilmiş arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələrinin avadanlıqlarının dəyəri 2277.40 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərələrin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(124)-30/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh 05 dekabr 2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə şöbənin sabiq icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. 26 dekabr 2023-cü il tarixdə həmin mobil qurğu enerji yığmadığından yenisi ilə əvəz edilmişdir. Həmin tarixdə də şöbənin böyük icra məmuru (probasiya üzrə) X4 və keçmiş məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokollarda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 24 may 2024-cü il tarixdə məhkumun cəzasının müddəti başa çatdığına görə gəzdirməsi üçün onun üzərinə bağlanılmış 35632259 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu təhvil alınmışdır. Təhvil alınarkən həmin elektron nəzarət vasitəsinin adapterinin başlığının qırılıb mobil qurğunun enerji yığan hissəsində qaldığından istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuş, 24 may 2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş və akta məhkum özü də imza etmişdir. 24 may 2024-cü il tarixdə də məhkum və onun barəsində olan hökm şöbənin qeydiyyatından çıxarılmışdır. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən nəmişlik səbəbindən ana platada elektron elementlərdə oksidləşmə prosesi başlamış, nəticədə təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh iş üzrə iddia tələbinə qarşı etirazının əsası kimi heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, həqiqətən cavabdehin mobil nəzarət qurğusunu nəmişlik yerdə saxlaması nəticəsində ana platada elektron elementlərdə oksidləşmə prosesi başladığına görə qurğu yararsız hala düşmüşdür, bu səbəbdən iddiaçıya dəymiş ziyan ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2ndə müvafiq hesabına (X2 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-117/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-117/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver