Məhkəmə qərarları › İş №2(067)-118/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-118/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-118/2020 29.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 35839,50 manat əsas borc, 1164,88 manat faiz borcu olmaqla, cəmi 37004,38 manat, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh Bankın xeyrinə tutulmalı olan məbləğ xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nın Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 218 ay müddətinə illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 40000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə cavabdeh ilə Bank arasında ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətindlə olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsininr şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə olunan müraciətlər isə heç bir nəticə verməmişdir. xx.xx.2019cu il tarixə Cavabdeh Banka 35839,50 manat əsas borc, 1164,88 manat faiz borcu olmaqla cəmi 37004,38 manat təşkil edir. Javabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iddiacının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 34347,83 manat əsas borc, 1327,35 manat faiz borcu olmaqla cəmi 35675,18 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat pul vəsaitinin tutulması, Cavabdeh Bankın xeyrinə tutulmalı olan məbləğ xx.xx.2014-cü il tarixli 529İK/14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatınıdinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 529İK/14 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nınYasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 216 ay müddətinə illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 529İK/14 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş arayışa əsasən 1 otaqlı ümumi sahəsi 52,8 kv.metr, o cümlədən yaşayış sahəsi 19,4 kv.metr olan, ünvan 2 ünvanında 11 mərtəbəli, 2 bloklu binanın 1 blokunda, 7 mərtəbəsində yerləşən 17 nömrəli mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx xxxxxx 2014cü il tarixli, 529İK/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 17 nömrəli mənzilin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Xidmətlər Portalından çıxarışlardan müəyyən olunur ki, əmlakın ipoteka qoyulması barəsində müvafiq qeydiyyat aparılmış, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat, bildirişin qeydiyyatı üçün 20 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” məhkəmədə iddia ərizəsinə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan «xxxxxxxx» MMC-nin xx xxxxx 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 2, mənzil 17 ünvanında yerləşən Cavabdeh məxsus olan 1 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 47000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, xx.xx.2014-cü il tarixli 529İK/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxxxx 2019-cu il tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASJ-nə olan borcu ümumilikdə 37452,04 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2019-cu il tarixə əsas borc 36036,53 manat, faiz borcu üzrə 1415,51 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış və hazırda Cavabdeh icra edilməmiş öhdəliyi qalmaqdadır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə 34347,83 manat əsas borc, 1327,35 manat faiz borcu vəipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 17 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 47000 manat məbləğində müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar