Məhkəmə qərarları › İş №2(067)-1190/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1190/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1190/2021 05.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçı Açıq səmdar Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi və vəkili X2 iştirakı ilə “Xalq Bank” Açıq Səmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.03.2019-cu il tarixli MCS-10734/1 №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 1 474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik ) manat məbləğində əsas borcu, 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 3,82 (üç manat manat 82 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, 07.03.2020-ci tarixdən 16.03.2021 -ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 268,37 (iki yüz altmış səkkiz manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 1 746,29 (bir min yeddi yüz qırx altı manat 29 qəpik) manat və 16.03.2021 -ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi Cavabdeh iddiaçı ASC “ Xalq” Bankının xeyrinə tutlması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 07.03.2019-cu il tarixli MCS-10734/1 №-li Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 12 (on iki) ay müddətinə, illik 20 % (iyirmi faiz) ödənilməsi şərtilə, 1 500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit xətti müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, faizlərin son ödənişini isə 2.11-ci bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit xəttinin verilməsi müddətinin bitdiyi tarixə, yəni 07.03.2020-ci il tarixinə kredit xətti üzrə əsas borc məbləğini tam şəkildə Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə Borc alanın Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 1 477,92 (bir min dörd yüz yetmiş yeddi manat 92 qəpik) manat olmuşdur ki, bunun da 1 474,10 (bir min dörd yüz yetmiş dörd manat 10 qəpik ) manatı vaxtı keçmiş əsas borc, 3,82 (üç manat 82 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Bundan əlavə Cavabdeh kredit xətti üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, Bankın daxili qərarına əsasən Kredit xətti müqaviləsi üzrə cərimənin hesablanması dayandırılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona bojcun ödənilməsinin tələb edilməsinə dair 20.08.2020-ci il tarixli 262 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 07.03.2019-cu il tarixli MCS-10734/1 №-li Kredit xətti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən borc alana 12 (on iki) ay müddətinə, illik 20 % (iyirmi faiz) ödənilməsi şərtilə, 1 500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 1474,10 manat əsas borcu, 3.82 manat faiz borcu vardır. İş materiallarında olan tərəflər arasında Kredit müqaviləsinin 3.1.3-cü maddəsinə əsasən bu Müqavilənin 3.4.3-cü yarımbəndi ilə müəyyənləşdirilən əsaslar yarandıqda (Bank kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini aşağıdakı əsaslarla vaxtından əvvəl tələb etdikdə, müvafiq tələbi aldığı tarixdən ən geci 20 (iyirmi) iş günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək: 3.4.3.1. Borc alan tərəfindən hesablanmış faizlərin ödənilməsi 3 (il) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə; 3.4.3.2. Bu Müqavilənin 3.1.1 -ci yarımbəndində göstərilən əsaslar mövcud olduqda; 3.4.3.3. Kreditin ümidsiz və ya təminatsız (kreditin təminatsız verildiyi hallar istisna olmaqla) kreditə çevrilməsi ri bağlı Bankın əsaslı ehtimalları yarandıqda kredit üzrə əsas borcun və oı hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borc alandan tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən 1 474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik ) manat məbləğində əsas borcu və 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 3,82 (üç manat səksən iki qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər tutularaq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik ) manat məbləğində əsas borcu və 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 3,82 (üç manat səksən iki qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər tutularaq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar