Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1191/2025 18.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10455 manat pulun və dövlət rüsümu olaraq ödədiyi 106 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh üzün müddətdir ki, tanımış, onunla münasibətləri normal olmuşdur. 2024-cü ilin sonlarında cavabdeh onun yanına gələrək şəxsi problemləri ilə əlaqədar 8000 manat borc pul istəmişdir. O, cavabdehə nağd pulu olmadığını bildirmiş, lakin münasibətləri yaxşı olduğu üçün cavabdehə kömək etmək qərarına gəlmişdir. Beləliklə 2025-ci ilin yanvar ayının 6-da bankdan 8000 manat kredit alaraq cavabdehə vermişdir. Razılaşmalarına əsasən cavabdeh hər ay krediti ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh krediti ödəməmişdir. Bu səbəbdən o, cavabdehin əvəzinə aldığı kreditə görə bir ay üçün 435 manat banka özü ödəniş etmişdir. Bundan sonra da o, 24 ay hər aya görə 435 manat olmaqla cavabdehə verdiyi pula görə kredit ödənişi aparmalıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Ona görə də cavabdehdən 10455 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 106 manat pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 23 may 2025-ci il tarixdə iddia ərizəsində dəqiqləşmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, məhkəmədə Cavabdeh qarşı 10455 manat pul tələbinə dair iddia qaldırmışdır. İddia tələbində "xxxx" ASC-dən öz adına 8000 manat kredit alaraq cavabdehə verdiyini, həmin kreditə görə 10455 manat ödəniş etməli olduğunu göstərməklə tələbini 10455 manata görə irəli sürmüşdür. İddia ərizəsini ötəri yanaşma ilə tərtib etmişdir. Ona görə də hazırda iddia tələbində dəqiqləşmə aparır. Belə ki, o, "xxxx" ASC-dən öz adına 8000 manat kredit alaraq həmin məbləğin üzərinə əlavə pul qoymaqla Cavabdeh qızıl-ziynət əşyası alaraq vermişdir. Cavabdeh ona həmin qızıl-ziynət əşyalarının dəyəri olaraq 8300 manat pul borcludur. Hazırda həmin borcu ödəməkdən yayınır. Ona görə də Cavabdeh qızıl-ziynət əşyalarının dəyəri olan 8300 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 106 manat pulun alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini hazırki həcmdə müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2024-cü ilin noyabr-dekabr aylarından qaynanası Bibxanım vasitəsilə tanımışdır. Belə ki, Fəridə onlara gəlib-getmiş, sonra aralarındakı tanışlıq sıx münasibətlərə çevrilmişdir. Belə ki, cavabdeh Xaçmaz şəhərində gözəllik salonu işlətmiş, ondan alış-veriş edərək tanışlıqları yaranmışdır. Bir-birinin evinə gediş-gəlişləri də olmuşdur. Sonra 2025-ci ilin yanvar ayında cavabdeh ona müraciət edərək kartına “Bank Respublika” tərəfindən limit qoyulduğunu, kartı açdıra bilmədiyini bildirərək ondan kartındakı limiti götürmək üçün köməklik etməsini xahiş etmişdir. Cavabdeh kartında 11.000 manat limiti olduğu, lakin həmin pulu çıxara bilməməməsi səbəbindən ondan pul istəmişdir. O, cavabdehə nağd pul verə bilməyəcəyini bildirmişdir. Qarşılıqlı razılıq əsasında 2025-ci ilin yanvar ayının 7-də "xxxx"-dan öz adına 8000 manat kredit alaraq həmin pulun dəyərində cavabdehə qızıl-ziynət əşyaları vermişdir. Cavabdeh onun pulunu 1 ay ərzində qaytaracağına vəd vermiş, lakin sonradan vədinə əməl etməmişdir. Hazırda tələb etdiyi 8300 manatlıq məbləği onunla izah edir ki, bir müddət sonra cavabdeh borclu olduğu məbləğdən 2000 manat hissəsini ona qaytarmış, lakin sonra ondan təkrar qızıl istəmiş, o da özünə məxsus 2300 manatlıq qızıl-ziynət əşyalarını cavabdehə vermişdir. Beləliklə də cavabdehlə aralarında olan pul haqq-hesabı ümumilikdə hal-hazırda 8300 manat təşkil edir. Hazırda cavabdehdən tələb etdiyi 8300 manat borc məbləği qızıl-ziynət əşyaları ilə birgə təşkil olunan məbləğdir. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, cavabdeh pulu yaxın vaxtlarda qaytaracağına vəd versə də pulu qaytarmamışdır. Hətta Xaçmaz rayon Polis Şöbəsində cavabdeh izahat verərək ona 8300 manatlıq qızıl-ziynət əşyalarından pul borclu qaldığını etiraf etmişdir. Onun bu etirafı Xaçmaz rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında da öz təsdiqini tapmışdır. İddiaçı izahatına əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş, onun kart hesabına pul köçürülmələrinə dair məlumatlar əks olunan qəbzlər 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarını əhatə edir. Həmin pulları cavabdeh borclu olduğu qaynanası Bibxanıma çatdırılması üçün karta göndərmiş və o da həmin pulları qaynanasına vermişdir. Karta köçürülmüş həmin məbləğlərin ona heç bir aidiyyatı olmamış, cavabdehlə aralarında pul və qızıl-ziynət əşyaları alış-verişi ilə bağlı münasibətlər 2025-ci ilin yanvar ayından və sonrakı yaxın aylarda yaranmışdır. Ona görə də iddiasının hazırki həcmdə tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh İddiaçı borcu yoxdur və iddiaçıdan borc pul almamışdır. Məsələnin mahiyyəti budur ki, Emin adlı şəxs hüquqlarını müdafiə etdiyi Cavabdeh ilə birlikdə X5 qəbuluna getmiş, nazir onları qəbul etmişdir. Belə ki, Emin adlı şəxs bir neçə xanımı aldadıb qızıllar almış, qızılların pulunu qaytarmamışdır. Bununla bağlı nazirin göstərişi ilə İstintaq Bölməsində araşdırma gedir. Burada tərəflər arasında pul məsələsi olmamışdır. İddiaçı Emin adlı şəxsə qızıl vermiş və həmin şəxs pullarını qaytarmamışdır. Onların arasında sırf qızıl alış-verişi olmuşdur. Əgər iddiaçı deyirsə bu pulu "xxxx"-dan alıb cavabdehə verib, ən azından aralarında pulun verilməsinə dair müqavilə, yaxud sadə yazılı qəbz olmalı, digər tərəfdən öhdəliyin icra müddəti müəyyən edilməli idi. Öhdəliyin icra müddətində pul ödənilmədikdə iddiaçı iki illik bankdan pul alıb vermişdirsə cavabdeh pulu ödəmədiyi təqdirdə iddiaçı pulu banka tam şəkildə ödəməli, ondan sonra onun reqres qaydada pul tələb etmək hüququ yarana bilərdi. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən ilk əvvəl 10455 manat pulun qaytarılmasını tələb etmiş, hazırda cavabdehdən 8300 manat qızılın pulunu tələb edir. İddiaçının ilkin iddiasında və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizəsində ziddiyyətlər vardır, ərizələrin məzmunu fərqlənir. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında fərqli ifadələr işlətmişdir. Cavabdeh İddiaçı 3900 manat dəyərində qızıl-ziynət əşyaları götürmüş, sonradan onun təqdim etdiyi qəbzlərdə göstərdiyi tarixlərdə həmin qızılın pulunu Vüsalənin birbank kart hesabına ödəməklə qaytarmışdır. Ona görə də hesab edir ki, iddiaçının həm əvvəlki, həm sonradan dəyişdirilmiş tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi şahid X2 göstərmişdir ki, iş üzrə tərəfləri tanıyır. İddiaçı ilə aralarında qohumluq münasibətləri vardır. 2025-ci ilin fevral ayında qohumu İddiaçı evinə getmiş, orada İddiaçı Cavabdeh ilə telefonla danışaraq mübahisə etdiklərini görmüşdür. Telefonla danışdıqdan sonra Vüsalədən nə baş verməsini soruşduqda Vüsalə Fəridəyə bankdan pul çıxarıb verdiyini, lakin pulu deyilən vaxtda qaytarmadığını, bu səbəbdən ondan pulunu tələb etdiyini bildirmişdir. Sonra Vüsalə ondan pulu tələb etmək üçün birlikdə Fəridənin yanına getməyi xahiş etmişdir. O, razılaşaraq Vüsalə ilə birlikdə Fəridənin işlədiyi mağazaya getmişlər. Vüsalə orada Fəridədən yenə də pulunu qaytarmasını tələb etdikdə Fəridə Vüsalədən xahiş edərək ona vaxt verməsini və ayın sonunadək onun pulunun hamısını qaytaracağını demişdir. Söhbət əsnasında Fəridənin Vüsaləyə 8000 manat pul qaytarmalı olduğu ona məlum olmuşdur. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, şahidin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli, KBEK2136603C252 saylı kredit müqaviləsinə əsasən Kapital Bank” ASC-nin Xaçmaz filialından 8000 manat kredit almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Cavabdeh Xaçmaz rayon Polis Şöbəsinin icraatında olan HK-/455 və 474 nömrəli təhqiqat materialı üzrə polis şöbəsinin Təhqiqat Bölməsinə 19 fevral 2025-ci il tarixdə verdiyi izahatında digər şəxslərlə yanaşı İddiaçı da 8300 manat dəyərində qızıl-ziynət əşyalarından borclu qaldığını etiraf etmişdir. Cavabdeh izahatı təhqiqat materiallarına əlavə edilmiş və izahata araşdırmada hüquqi qiymət verilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 mart 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarda Cavabdeh izahatına hüquqi qiymət verilərkən onun digər şəxslərlə yanaşı İddiaçı da 8300 manat borclu olduğu qeyd edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi 30 sentyabr 2024-cü il tarixli, 18 oktyabr 2024-cü il tarixli, 22 noyabr 2024-cü il tarixli qəbzlərdən görünür ki, alıcı “Vüsalə M” qeyd edilmiş, sonluğu 9368 olan birkart hesabına qeyd edilən tarixlərdə 4 dəfəyə ümumilikdə 3490 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan pul haqq-hesabı ümumilikdə hal-hazırda 8300 manat təşkil edir. Hazırda cavabdehdən tələb etdiyi 8300 manat borc məbləği qızıl-ziynət əşyaları ilə birgə təşkil olunan məbləğdir. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, cavabdeh pulu yaxın vaxtlarda qaytaracağına vəd versə də pulu qaytarmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh İddiaçı borcu yoxdur və iddiaçıdan borc pul almamışdır. Əgər iddiaçı bankdan kreditə pul çıxarıb cavabdehə vermiş olsaydı belə o, həmin pulu bankın müəyyən etdiyi vaxtda borcu tam ödədikdən sonra reqress qaydada iddia tələbi irəli sürə bilərdi. Cavabdeh iddiaçıya hər hansı məbləğdə pul verməli olmadığından və bu hal sübuta yetmədiyindən hesab edir ki, iddiaçının həm əvvəlki, həm sonradan dəyişdirilmiş tələbi əsassızdır və rədd olunmalıdır. Belə olduğu halda İddiaçınun üzərinə Cavabdeh ona verdiyi qızıl-ziynət əşyalarının pulu ilə birlikdə ümumilikdə 8300 manat pul borclu olduğunu, lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin həmin pulu qaytarmadığını sübut etmə yükü düşür. Cavabdeh üzərinə isə onun hazırda İddiaçı hər hansı məbləğdə pul borclu olmadığını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı İddiaçı hazırki tələbi Cavabdeh Xaçmaz rayon Polis Şöbəsinin icraatında olan HK-/455 və 474 nömrəli təhqiqat materialı üzrə polis şöbəsinin Təhqiqat Bölməsinə 19 fevral 2025-ci il tarixdə verdiyi izahatında digər şəxslərlə yanaşı İddiaçı da 8300 manat dəyərində qızıl-ziynət əşyalarından borclu qaldığını etiraf etməsi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 mart 2025-ci il tarixli qərarda Cavabdeh izahatına hüquqi qiymət verilərkən onun digər şəxslərlə yanaşı İddiaçı da 8300 manat borclu olduğu barədə olan qeyd, həmçinin iddiaçının təqdim etdiyi şahidin ifadəsi ilə öz təsdiqini tapmış və sübut edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə cavabdehin İddiaçı hazırda hər hansı məbləğdə pul qaytarmalı olmadığını, verilmiş tələblərin əsassız olduğunu göstərsə də cavabdeh tərəf öz etirazlarının əsasını təşkil edən mötəbər sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə tədqiqatının yekunlaşmasına yaxın bank ödəniş qəbzlərini təqdim etməklə iddia tələbinə etirazın əsası kimi cavabdehin iddiaçıdan 2024-cü il ərzində 3900 manatlıq qızıl-ziynət əşyaları aldığını və həmin qızılın pulunu 2024-cü ilin sentyabr-noyabr ayında iddiaçıya məxsus bank kartına ödəməklə qaytarması kimi irəli sürdüyü dəlilləri inindırıcı hesab etmir və bu hal iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının izahatı, iş materialları, əsasən də cavabdehin Xaçmaz rayon X4 Bölməsində verdiyi izahatla da təsdiq olunmuşdur ki, tərəflər arasında pul və qızıl-ziynət əşyaları ilə bağlı yaranmış münasibətlər məhz 2025-ci yanvar ayından mart ayınadək olan dövr ərzində baş vermişdir. Ona görə də məhkəmə cavabdeh tərəfin iddiaya etiraz olaraq irəli sürdüyü bu kimi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hazırki həcmdə əsaslı olduğundan tam təmin edilməklə Cavabdeh 8300 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 106 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ :
İddia təmin edilsin. Cavabdeh 8300 (səkkiz min üç yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 106 (bir yüz altı) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Xıdır Quliyev