Məhkəmə qərarları › İş №2(067)-1192/2021

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-1192/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1192/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İbrahimxəlilov Əhməd Məmmədəli oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İbrahimxəlilov Əhməd Məmmədəli oğlundan İddiaçı MMC-nə dəymiş 9.520 manat zyanın və ödənilmiş 30 manat pulun alınaraq cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İbrahimxəlilov Əhməd Məmmədəli oğlundan İddiaçı MMC-yə məxsus Mersedes Benz 1840LS Yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və SCHTMİTZ SKO 24 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə 11.09.2020-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərinə nektar şaftalı məhsulunu saz vəziyyətdə qəbul edib təyinatı üzrə aparmış, orada məlum olmuşdur ki, özünün təqsiri ucbatından nektar şaftalı məhsulu xarab olmuş, bununlada İddiaçı MMC-yə 5.600 ABŞ dollar yəni milli pulla 9.520 manat ziyan vurmuşdur. Cavabdeh təqsirini etiraf etsə də, hazırki günə kimi vurulmuş ziyanı ödəməmişdir. Ona görə məhkəmədə iddia qaldırılıb. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək təmin edilməsini, həmçinin cavabdeh İbrahimxəlilov Əhməd Məmmədəli oğlunun iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. İş üzrə cavabdeh İbrahimxəlilov Əhməd Məmmədəli oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən cavabdeh İbrahimxəlilov Əhməd Məmmədəli oğlunun iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 noyabr 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin sürücüsü İbrahimxəlilov Əhməd Məmmədəli oğluna təhkim olunmuş və onun tərəfindən idarə edilmiş İddiaçı MMC-yə məxsus Mersedes Benz 1840LS Yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və SCHTMİTZ SKO 24 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə 11.09.2020-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərinə nektar şaftalı məhsulunu saz vəziyyətdə qəbul edib təyinatı üzrə aparmış, orada məlum olmuşdur ki, özünün təqsiri ucbatından nektar şaftalı məhsulu xarab olmuş, bununlada İddiaçı MMC-yə 5.600 ABŞ dollar yəni milli pulla 9.520 manat ziyan vurmuşdur. İş materiallarında olan Cavabdeh yazılı izahatından müəyyən olunur ki, o, Mersedes Benz 1840LS Yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və SCHTMİTZ SKO 24 markalı 27ZA 150 dövlət qeydiyyat nişanlı qoşqu ilə nektar şaftalı məhsulunu saz vəziyyətdə qəbul edib təyinatı üzrə aparmış, orada özünün təqsiri ucbatından şaftalı məhsula ziyan dəymiş və İddiaçı MMC-yə 5.600 ABŞ dolları yəni milli pulla 9520 manat ziyan vurmuş, həmin 5.600 ABŞ dolları yəni 9.520 manat pulun tezliklə İddiaçı MMC-yə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 10 aprel 2019-cu il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan “Tam maddi məsuliyyət haqqında” Müqavilənin surətindən görünür ki, İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında 10 aprel 2019-cu il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 10 aprel 2019-cu il tarixli İltizamın surətindən görünür ki, işçi Cavabdeh idarə etdiyi Mersedes markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və SCHTMİTZ SKO 24 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə Rusiya Federasiyası istiqamətində hərəkət edərkən, eləcə də təyinat üzrə gedərkən, eyni zamanda qayıdarkən yolda nəqliyyat vasitəsinə ziyan vurarsa, nəqliyyat vasitəsinin təmirini özü icra edəcəyi, həm də vurulmuş ziyanı özü ödəyəcəyini, həm də apardığı məhsula ziyan vurarsa məsuliyyəti özü daşıyacağı barədə İltizama imza etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh İddiaçı MMC-yə dəymiş 9.520 manat zyanın və ödənilmiş 30 manat pulun alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar