Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-12/2020 11.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı X5 nümayəndəsi X1, Cavabdeh1 və nümayəndəsi X2iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000007836 saylı kredit razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcu, 32858,26 ABŞ dolları məbləğində faiz borcu və 97810,12 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 252591,49 ABŞ dolları məbləğində borcun, 11R000007839 saylı kredit razılaşması üzrə 80749,04 ABŞ dolları məbləğində kredit borcu, 19343,85 ABŞ dolları məbləğində faiz borcu və 64785,12 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 164878,02 ABŞ dolları məbləğində borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 417469,51 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 62 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməklə açıq hərracdan satılması və cəmi 417469,51 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, sayıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 11L000001012 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 11R000007836 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 11R000007836S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 28076,86 ABŞ dolları ödəmiş, onun 121923,11 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 509 gün üçün hesablanmış faiz borcu 32858,26 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 509 gün üçün hesablanmış cərimə 97810,12 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 11R000007839 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 11R000007839S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 19250,96 ABŞ dolları ödəmiş, onun 80749,04 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 509 gün üçün hesablanmış faiz borcu 19343,85 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2016cı il tarixə 509 gün üçün hesablanmış cərimə 64785,12 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2012-ci il tarixli 11M000000202 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 1 №-li reyestr kitabının 31 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, 28.05.206-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatınaa qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2012-ci il tarixli 11M000000195 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 762 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası İddiaçı QSCnin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödənilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 11M000000224 saylı ipoteka müqaviləsi Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 7 №-li reyestr kitabının 885 №-li vərəqində qeydiyyata alınmış və RX0132857 saylı çıxarışa əsasən Xaçmaz şəhəri, N/Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödənmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək mqsədilə Cavabdeh2 xx.xx.2012-ci il tarixli 11S000001756 saylı zaminlik müqaviləsinə və Cavabdeh3 xx.xx.2012-ci il tarixli 11S000001755 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 11L000001012 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “İddiaçı QSC-nin xeyrinə 11R000007836 saylı razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcunun, 102476.35 ABŞ dolları məbləğində faiz borcunun və 237379,84 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 461779,30 ABŞ dolları borcun, 11R000007839 saylı kredit razılaşması üzrə 80299,04 ABŞ dolları məbləğində kredit borcunun, 59996,8 ABŞ dolları məbləğində faiz borcunun və 158654,82 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 298950,66 ABŞ dolları məbləğində borcun, hər iki kredit razılaşması üzrə cəmi 760729,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməklə, həmin əmlakların açıq hərracdan satılması və cəmi 760729,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxxxxx” QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X8 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, “Azprice MMC” qiymətləndirmə şirkətinin qiymətləndirmə rəyi ilə razı olmadıqlarını, ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünsalıq ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının ƏMDK-nə tapşırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1və nümayəndəsi X9 “Azprice MMC” qiymətləndirmə şirkətinin qiymətləndirmə rəyi ilə razı olduqlarını bildirərək, vəsatətin rədd edilməsini xahiş etmişlər. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsi X3, Cavabdeh1və nümayəndəsi X7 dinləyib vəsatəti rədd etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X8 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın artırıldığı həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. iddia tələbində göstərilən xüsusatların obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Belə ki, iş materiallarında olan "İddiaçı'" QSC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 11L000001012 saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Kredit xətt müqaviləsinə dəyişiklik və əlavə edilməsi hqaaında xx.xx.2015-ci il tarixli 11L000007836S saylı sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarından görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 11R000007836 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 11R000007839 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Kredit xətt müqaviləsinə dəyişiklik və əlavə edilməsi hqaaında xx.xx.2015-ci il tarixli 11R000007839S saylı sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2012-ci il tarixli 11S000001755 saylı və 11S000001756 zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasına zamin olmuşlar. İş materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 11R000007836 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 121923.11 ABŞ dolları əsas borcu, 102476.35 ABŞ dolları faiz borcu, 237379 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 461779.30 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019-cq il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 11R000007839 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 80299.04 ABŞ dolları əsas borcu, 59996.8 ABŞ dolları faiz borcu, 158654.82 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 298950.66 ABŞ dolları borcu vardır. İş materiallarından görünür ki, Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2012-ci il tarixli 11M000000202 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2012-ci il tarixli 11M000000195 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarından görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 11M000000224 saylı ipoteka müqaviləsi Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, RX ******* №-li çıxarışa əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, RX0132857 saylı çıxarışa əsasən Xaçmaz şəhəri, N/Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, RX ******* №-li çıxarışa əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı QSC tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı X10 məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 4348 nömrəli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan kassa mədaxil orderləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli 11L000001012 nömrəli kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmiş xx.xx.2014-cü il tarixli 11R000007839 nömrəli və xx.xx.2014-cü il tarixli 11R000007836 npmrəli kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh1 İddiaçı QSC-nə oan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2014-cü il tarixli 11R000007839 nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 80472,63 ABŞ dolları, faiz borcu 18991,07 ABŞ dolları, cərimə isə 64912,40 ABŞ dolları. xx.xx.2014-cü il tarixli 11R000007836 nömrəli kredit razılaşması üzrə əsas borc 121444,30 ABŞ dolları, faiz borcu 32243,46 ABŞ dolları, cərimə borcu isə 98002,28 ABŞ dollarıdır. İş materiallarında olan X13” MMC-nin xx.xx.2018-ci il tarixli ƏEM/F-214/18 saylı rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinin bazar dəyəri 45000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinin bazar dəyəri 35000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasmm bazar dəyəri 690000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan «xxxxxxxx» MMC-nin ekspertləri R.E.Talıbzadə, V.Z.Həsənov və E.V.Mədətovun xx xxxxxxx 2018-ci il tarixli komission ekspert rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinin bazar dəyəri 47000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinin bazar dəyəri 36000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasmm bazar dəyəri 688000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan xxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin xx.xx.2018-ci il tarixli 120 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 42-nin hazırki bazar qiyməti 44000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 43-ün hazırki bazar qiyməti 37000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının hazırki bazar qiyməti 680000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli 001-05/19 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixinə bazar dəyəri 283000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli 002-05/19 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ev 68, mənzil 42 və ünvan 1 ünvanında yerləşən mənzillərin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 70000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30819 nömrəli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan kassa mədaxil orderləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli 11L000001012 nömrəli kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmiş xx.xx.2014-cü il tarixli 11R000007839 nömrəli və xx.xx.2014-cü il tarixli 11R000007836 npmrəli kredit razılaşmalarının qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2019-cı il tarixə Cavabdeh1 İddiaçı QSC-nə oan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2014-cü il tarixli 11R000007839 nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 80759,63 ABŞ dolları, faiz borcu 60.227.23 ABŞ dolları. xx.xx.2014-cü il tarixli 11R000007836 nömrəli kredit razılaşması üzrə əsas borc 122.121,28 ABŞ dolları, faiz borcu 102.459,76 ABŞ dolları. İş materiallarında olan “Azprice MMC” qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 42-nin hazırki bazar qiyməti 48000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 43-ün hazırki bazar qiyməti 35000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının hazırki bazar qiyməti 661000 manat təşkil edir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə sahibkarlıq fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərkən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh311R000007836 saylı razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcu, 102476.35 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 224899.46 ABŞ dolları, 11R000007839 nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 80299.04 ABŞ dolları, faiz borcu 59996.8 ABŞ dolları, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 140795.84 ABŞ dolları, hər iki kredit razılaşması üzrə cəmi 365.695.3 (üç yüz altmış beş min altı yüz doxsan beş dollar, otuz sent) ABŞ dolları məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin, 63 manat xidmət haqqı tutularaq İddiaçı-yə ödənilməli, ipoteka predmeti olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 42 ünvanında yerləşən evin ilkin satış qiyməti 48000 (qırx səkkiz min) manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 43 ünvanında yerləşən evin ilkin satış qiyməti 35000 (otuz beş min) manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti qiyməti 661000 (altı yüz altmış bir min) manat məbləğində müəyyən edilməli, tələb Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı və hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxxxxx” QSC-yə olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı və 43 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binası boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 195 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülməlidir. Eyni zamanda X11 ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq, “X13” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, “xxxxxxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 280 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq, “xxxxxxxx” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 600 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxx“Azprice MMC” qiymətləndirmə şirkətinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 300 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq “Azprice MMC” qiymətləndirmə şirkətinin hesabına VÖEN **********, Hesab N AZN: AZ81GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh311R000007836 saylı razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcu, 102476.35 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 224899.46 ABŞ dolları, 11R000007839 nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 80299.04 ABŞ dolları, faiz borcu 59996.8 ABŞ dolları, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 140795.84 ABŞ dolları, hər iki kredit razılaşması üzrə cəmi 365.695.3 (üç yüz altmış beş min altı yüz doxsan beş dollar, otuz sent) ABŞ dolları məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin, 63 (altmış üç) manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. İpoteka predmeti olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 42 ünvanında yerləşən evin ilkin satış qiyməti 48000 (qırx səkkiz min) manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 68, mənzil 43 ünvanında yerləşən evin ilkin satış qiyməti 35000 (otuz beş min) manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti qiyməti 661000 (altı yüz altmış bir min) manat məbləğində müəyyən edilməklə, tələb Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın və hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxxxxx” QSC-yə olan borc ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı və 43 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binası boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Eyni zamanda X11 ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq, “X13” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, “xxxxxxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 280 (iki yüz səksən) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq, “xxxxxxxx” MMC-nin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 600 (altı yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxx“Azprice MMC” qiymətləndirmə şirkətinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada tutularaq “Azprice MMC” qiymətləndirmə şirkətinin hesabına VÖEN **********, Hesab N AZN: AZ81GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına köçürülsün.. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-12/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-12/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver