Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1207/2025 01.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona birgə ödəməli olduğu 44000 manat, 300 manat hüquqi yardıma görə ödənilmiş məbləğ, 20.50 manat müqavilə bağlanması üçün marka pulu və ödənilmiş 224 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehləri tanıyır. Münasibətləri daima yaxşı olmuşdur. Cavabdehlər ər-arvaddırlar, birgə nikahdadırlar. Cavabdehlər şəxsi ehtiyaclarına xərcləmək üçün ilk olaraq 2024-ci ilin iyun ayının 20-də ondan 14000 manat borc pul alaraq, ayda 2000 manat olmaqla 7 ay ərzində qaytaracağına söz vermələrinə baxmayaraq, ona ödəməli olduğu pulları geri qaytarmamışlar. Cavabdehlər bu barədə onunla borc müqaviləsi bağlamışlar. Müqavilə ilə pulun ondan alınması tam təsdiq olunmaqdadır. Bundan başqa iddia ərizəsi iizrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan əlavə olaraq 24 oktyabr 2024-cii il tarixdə 30000 manat pul almışdır. Bununla da bağlı Cavabdeh1 şəxsiyyət vəsiqəsinin ön tərəfinə öz əlyazması ilə 30000 manatın ondan alması ilə bağlı qəbz yazmışdır. Ona görə də hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Öm ərov Rövşən Rəhman oğlu ona birgə olaraq 44000 manat pulu geri qaytararaq ödəməlidir. Tərəfindən cavabdehlərə pretenziya məktubu göndərilməsinə baxmayaraq, borc ödənilməmişdir. Cavabdehlər ondan aldıqları pulu qaytarmamaqla əsassız olaraq onu ziyana salmış, onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşmişdirlər. Bundan başqa ona hüquqi yardım göstərilməsi üçün 300 manat məbləğində xidmət haqqı Xaçmaz rayon Vəkil Bürosuna ödəyərək, vəkillə müqavilə bağlamışdır. Bundan başqa müqavilə bağlanması üçün Vəkillər Kollegiyasına 20.50 qəpik marka pulu ödəmişdir. İddia ərizəsinə məhkəmədə baxılması üçün tərəfindən Xaçmaz rayon Məhkəməsinin hesabına 224 manat ödənilmişdir. Cavabdehlər təcili olaraq onun pullarını tam şəkildə qaytarmalıdır. Özünün hazırda pula ehtiyacı vardır. Cavabdeh1 18 aprel 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ərizə verərək, qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Heç bir şikayət və etirazı yoxdur. Cavabdeh2 18 aprel 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ərizə verərək, qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Heç bir şikayət və etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən iş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, ərizədə yazılanlara uğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 ilkin dinləmələr zamanı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, 14000 manat puldan 10000 manatı iddiaçıya vermişdir. İddiaçıdan pulu faizlə almışdır və hissə-hissə ödəmişdir. Ona iddiaçıya 30000 manat borcu olduğunu yazdırmışlar. Aldığı pulları qaytarmaqdan boyun qaçırmır. 10000 manat pulu iddiaçıya evində vermişdir. Ona qəbzə imza etdirməmişdir. Əlində qəbz yoxdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 ilkin dinləmələr zamanı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçıya borcu var. İddiaçıdan 20000 manat borc pul almışlar. 10000 manat isə faiz məbləğidir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdehlər tərəfindən etiraf olunduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yazılı formada bağlanmış 20 iyun 2024-cü il tarixli borc müqaviləsindən müəyyən edilir ki, İddiaçı hər ay 2000 manat ödəməklə 7 ay müddətinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14000 manat pul vəsaitini borc vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sadə yazılı formada 20 iyun 2024-cü il tarixdə ayında tərtib olunmuş qəbzdən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Zamiq qızından 14000 manat məbləğində borc pul almışdır. Cavabdeh1 tərəfindən sadə yazılı formada 2024-cü ilin oktyabr ayında tərtib olunmuş qəbzdən müəyyən edilir ki, İddiaçı Zamiq qızından 1 ay müddətində qaytarmaq şərti ilə 30000 manat məbləğində borc pul almışdır. 31 yanvar 2025-ci il tarixli pretenziya məktublarından müəyyən edilir ki, Cavabdeh1 borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Zamiq qızı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 31 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Zamiq qızı tərəfindən Xaçmaz rayon Vəkil Bürosunun hesabına hüquqi yardıma görə 300 manat məbləğində pul ödənilmişdir. 17 fevral 2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Zamiq qızı tərəfindən cavabdehlərə qarşı iddianın məhkəməyə verilməsi üçün 224 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh1 18 aprel 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ərizə verərək, qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Heç bir şikayət və etirazı yoxdur. Cavabdeh2 18 aprel 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ərizə verərək, qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Heç bir şikayət və etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə 20 iyun 2024-cü il tarixdə aralarında yazılı formada borc müqaviləsi bağlayaraq, İddiaçı hər ay 2000 manat ödəməklə 7 ay müddətinə qaytarmaq şərti ilə 14000 manat məbləğində borc pul almışlar. Həmin tarixdə buna dair aralarında sadə yazılı formada qəbz tərtib də etmişlər. Bundan sonra Cavabdeh1 yenidən, 2024-cü ilin oktyabr ayında aralarında sadə yazılı formada qəbz tərtib etməklə İddiaçı 30000 manat məbləğində borc pul almışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc öhdəliklərini yerinə yetirməyərək, 44000 manat pulu müqavilədə göstərilən, aralarında müəyyən etdikləri vaxtdan bu günə qədər İddiaçı qaytarmamışlar. Bu fakt tərəflərin izahatları və iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında ilkin dinləmələr zamanı iddia tələbini qəbul etsələr də, iddiaçıya olan borclarından 10000 manat məbləğdə pulu iddiaçının yaşadığı ünvanda ona ödədiklərini bildirmişlər. Lakin bu faktı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bununla da bu fakt öz təsdiqini tapmamışdır. Bundan əlavə cavabdehlər məhkəməyə ərizə verərək, iddia tələbini etiraf etməklə, tələbin təmin edilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. Belə olan halda məhkəmə iddia tələbinin tam həcmdə sübuta yetirildiyini və əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Belə olan halda İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyib, cavabdehlərin etirafını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli və 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1207/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1207/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver