Məhkəmə qərarları › İş №2(067)-1211/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1211/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1211/2021 07.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 19.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin şərtlərini pozduğuna görə və bunun da əsasında vurulmuş ziyanın əvəzi kimi 1680 (bir min altı yüz səksən) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0114 ha torpaq sahəsində olan 3 otaqlı həyət evini 19.08.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda ilkin alqısatqı müqaviləsinə əsasən 44500 (qırx dörd min beş yüz) manata Cavabdeh satmışdır. Müqavilənin şərtlərinə görə 9500 (doqquz min beş yüz) manatı ilkin ödəniş kimi etməklə yerdə qalan 34000 (otuz dörd min) manatı 34 ay ərzində ayda 1000 (bir min) manat ödəməklə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh müqavilənin şərtinə cəmi üç ay əməl etmişdir, üçüncü ayın ödənişindən sonra pul ödəməkdən imtina etmişdir. O, cavabdehə evi boşaltdırmağı və müqaviləni ləğv elətdirəcəyini bildirdikdə cavabdeh buna etiraz etmişdir. Qanuni tərəfini cavabdehə izah etdikdən sonra cavabdeh ev satılana kimi qalmasını xahiş etmiş və ona olan dəymiş ziyanını, alqı-satqıda itirdiyi 1000 (bir min) manat pulu qaytaracağını bildirmişdir. O, da razılaşıb evi yenidən satışa çıxarmış, 02.03.2021-ci il tarixdə yeni alıcı çıxdığından cavabdehlə bağlanmış müqavilənin ləğvi üçün Bakı şəhəri 11 saylı Notariat Kontoruna müraciət etmiş, orada ondan aldığı pulu qaytarmağı tələb etmişdir. Cavabdeh də sənədləşmədən sonra vəd etdiyi dəymiş ziyanı ona qaytaracağını bildirmişdir. Lakin cavabdeh sənədləşmə yekunlaşmamış pulu götürüb əvvəl də onun yanında gördüyü Riyad adlı şəxsə qoşularaq notarusdan qaçmışdır. Notarius əməkdaşları da buna şahid olmuşlar və ona cavabdehin sənədlərin bir qismini imzalamadığını bildirmişlər. O, isə dərhal 102 xidmətinə zəng etmişdir. Şikayəti ilə bağlı yaxınlıqdakı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi ona bu məsələnin mülki xarakter daşıdığını, buna görə mülki qaydada məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Evə gəldikdə həyətin darvazasının açıq olduğunu görmüşdür. Qonşulardan maraqlandıqda cavabdehin evi bir gün qabaqdan boşaltdığını bilmişdir. Bundan başqa cavabdehin noyabr ayından bu günə kimi istifadə etdiyi kommunal xidmətlər üzrə 180 (yüz səksən) manat borcu yaranmışdır və o, borcu ödəməkdən yayınmışdır. Bütün qeyd etdikləri hallara dair şahidlərinin olduğunu bildirmişdir. Cavabdeh özü də bunları telefon danışığı zamanı etiraf edir, lakin ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də o, qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ödənişi Bakı şəhəri 11 saylı Notariat kontoruna bank vasitəsi ilə etmişdir. Cavabdeh ona cəmi 13000 manat pul ödəmişdir. O, cəmi 3 ay 1000 manatdan ödəniş etmişdir. Həmin ödənişləri torpaq sahəsi və üzərindəki evə görə edilmişdir. O, hazırda həmin yeri başqa şəxsə satmış və 13000 manat pulu cavabdehə qaytarmışdır. Cavabdeh pulu alanda ondan evdən çıxmasını tələb etmiş, lakin cavabdeh noptariat kontorunda pulu ondan alıb çıxıb getmişdir. Tələb etdiyi 1000 manat pul maklerə verilməli puldur. 500 manat pulu cavabdehdən evində mart ayına qədər qaldığına görə tələb edir. Onun tələb etdiyi 182 manat pul işıq və su puludur. Həmçinin, cavabdehlə aralarında bağladıqları müqavilədə evdə qalmağa görə onun tərəfindən ona pul ödənilməsi göstərilməmişdir. Cavabdeh onun evindən bu ilin mart ayında çıxmışdır. Cavabdeh onun qızının kartına 2 dəfə 100 manat olmaqla, cəmi 200 manat pul köçürmüşdür. Amma o, cavabdehə həmin pulun kirayə haqqı olmadığını bildirmişdir. Göstərilənlərə əsasən iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, iddiaçıdan ona məxsus Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0114 ha torpaq sahəsində olan 3 otaqlı həyət evini 19.08.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat kontorunda ilkin alqı-satqı müqaviləsinə əsasən 44500 manata almışdır. İddiaçıya ilkin ödəniş olaraq 10000 manat ödəmiş və ayda 1000 manatdan qalan pulu ödəməyi öhdəsinə götürmüşdür. O, 3 ay 1000 manatdan pul ödəmışdir. Sonra görmüşdür ki, evə yağış, qar damır, yaşayış üçün yararsızdır. İddiaçıya ev satılıb, onun ödədiyi pul qaytarıldıqdan sonra evdən çıxacağını bildirmişdir. Onların arasında kirayə müqaviləsi olmamışdır. Sonra ev satılmış və iddiaçı ona ödədiyi 13000 manat pulu qaytarmışdır, o da onun evindən çıxmışdır. İddiaçı ondan 200 manat istəmiş, o, da hər dəfə 100 manatdan olmaqla cəmi 200 manat pulu iddiaçıya vermişdir. İddiaçının tələb etdiyi kommunal xərcə görə pul ödəməyə etiraz etmir. İddiaçının evindən bu ilin mart ayının 1-də çıxmış və başqa evə köçmüşdür. O, evi makler vasitəsi ilə tapmış, maklerin haqqını evi alanda ödəmiş,.maklerə 1000 manat pul vermişdir, iddiaçı özü də maklerə 1000 manat pul vermişdir. Onların maklerlə rəsmi müqavilələri olmamışdır. Həmçinin, iddiaçı ilə aralarında kirayə müqaviləsi olmamışdır. İddiaçı ondan 200 manat istəmişdir, o da iddiaçının evində qaldığına görə 100 manatdan cəmi 200 manat iddiaçının qızının kartına pul köçürmüşdür. Sonradan isə pul ödəməmiş və evdən çıxmışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr nömrəsi **********35 olan çıxarışından və A seriyalı 374355 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0114 ha torpaq sahəsində olan 3 otaqlı həyət evi İddiaçı məxsusdur. İş materiallarında olan 19.08.2020-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0114 ha torpaq sahəsində olan 3 otaqlı həyət evini 19.08.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda ilkin alqı-satqı müqaviləsinə əsasən 44500 (qırx dörd min beş yüz) manata Cavabdeh satmışdır. Müqavilənin şərtlərinə görə 9500 (doqquz min beş yüz) manat ilkin ödəniş kimi edilməklə, yerdə qalan 34000 (otuz dörd min) manatı 34 ay ərzində ayda 1000 (bir min) manat olmaqla ödənilməlidir. İş materiallarında olan 02.03.2021-ci il tarixli torpaq sahəsinin ilkin alqı-satqı müqaviləsinin ləğvinə dair sazişindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh qarşılıqlı razılığa gələrək 19.08.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmış ilkin alqı-satqı müqaviləsini ləğv etrdirmişlər. İş materiallarında olan 19.09.2020-ci il tarixli, 19.10.2020-ci il tarixli, 19.11.2020-ci il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, alqı-satqı müqaviləsinin predmeti olan evə görə Cavabdeh İddiaçı 3 ay ərzində hər ay 1000 manat ödəniş etmişdir. İş materiallarında olan 17.03.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0114 ha torpaq sahəsində olan 3 otaqlı həyət evinin alqı-satqısı ilə bağlı müqavilə ilkin müqavilə bağlanmış və cavabdeh iddiaçıya evin alqı-satqısına görə ilkin olaraq, 10000 manat, daha sonra 30.000 manat ödəmiş, müqavilə ləğv edildikdən sonra cavabdeh həmin pulu iddiaçıya qaytarmışdır. İddiaçı tərəfindən tərəflər arasında kirayə müqaviləsinin bağlanmasına və ona cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan dəyməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Lakin, cavabdeh iddia tələbini 180 (yüz səksən) manat kommunal xərclərin tutulmasına dair hissədə qəbul etdiyini bildirmişdir. Buna görə də, məhkəmə iddia tələbinin cavabdehin iddianı etiraf etdiyi həcmdə təmin edilməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin olunsun. Cavabdeh 180 (yüz səksən) pul və 5 (beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar