Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1229/2024 25.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 32500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin müəyyən vaxtlarında bir neçə dəfə zəng edərək pul qazanmaq üçün yaxşı bir işin olduğunu bildirmiş və o işin nə olduğunu maraqlanmış və cavabdeh bildirmişdir ki, lombarddan batmış qızılları alıb, öz müştərilərinə satacaq və onun pulu kifayət qədər olmadığı üçün pul vəsaiti ilə köməklik göstərərsə qazancının bir hissəsini onunla böləcəyini bildirmişdir. O, cavabdehə bildirmişdir ki, pul vəsaitini bankdan kredit şəklində qısa müddətli alır və ona əminlik olsun deyə, alınan qızılları bankdan çıxardığı pulların əvəzinə satılana qədər girov şəkilində qalacaq deyə bildirmiş və cavabdeh razılaşaraq etirazının olmadığını bildirmişdir. 2022-ci il ərzində cavabdeh ondan qısa müddətli olaraq pul vəsaiti alaraq qaytarıb. Sonda iki ayrı vaxtlarda pul vəsaitini aldığı zamanı xx.xx.2023-cü il tarixində 17500 manat pul vəsaiti alaraq əvəzinə girov olaraq qaynatasının adında olan 63-cü ərazidə yerləşən 0,5 sot torpaq sahəsini onun adına rəsmiləşdirir və xx.xx.2023-cü il tarixində X3 küçəsində yerləşən “Şirinlər” adlı dükanın içində ondan 22000 manat pul vəsaitini alaraq bildirmişdir ki, lombarda pulları ödəyib ona 300 qramdan biraz çox qızıl gətirəcəyini bildirdi və vəsaiti alaraq getdi, yarım saat keçdikdən sonra ona zəng edərək bildirdi ki, pulu ödəmiş, amma inkasator getdiyindən qızılı gələn həftənin üçüncü-dördüncü günü verəcəyini bildirmiş və bir həftədə keçdikdən sonra cavabdehə zəng edərək qızılları tələb etmişdir. Cavabdeh ona demişdir ki, narahat olma xx.xx.2023-cü il tarixinə pulu verəcək və o, xx.xx.2023-cü il tarixində zəng edərək pulu verməli olduğu vaxt çatdığını xatırlatmış və cavabdeh bildirmişdir ki, onun problemləri yarandığı üçün əlavə 2 gündə gözləmədsini istəmiş və dəfələrlə söz verərək heç birinə əməl etməyib və bu vaxt uzatmalarla verilən 39 500 manat pulun bank faizləri və əlavə xərclər artaraq 8000 manat pulu cavabdehin əvəzinə ödəmişdir. Ümumi məbləğ artaraq 47500 manat olmuşdur. Bu barədə cavabdehə bildirmiş və onun səhhətində ciddi problemlər yarandığını və onun özünə səhhəti ilə bağlı müalicə üçün pul lazım olduğunu cavabdehə bildirmişdir. Cavabdeh ona xx.xx.2023-cü il tarixində yazılı surətdə yazaraq təqdim etdi ki, xx.xx.2023-cü il tarixində ona 27000 manat olan pulu mütləq şəkildə ödəyəcəyinə söz vermiş və bildirmişdir ki, əgər xx.xx.2023-cü il tarixində pulu verməsə sürdüyü Wolkswagen avtomobilini sataraq pulun müəyyən hissəsini ödəyəcəyini qeyd etmişdir və sonuncu qeyd etdiyi tarixdə də heç bir ödəniş etməmişdir. xx.xx.2023 tarixdə cavabdeh aldığı 17500 manat pulun əvəzinə 63-cü ərazidə yerləşən 0,5 sot torpaq sahəsin xx.xx.2023-cü il tarixdə 15000 manata sataraq cavabdehə bildirmişdir ki, ona verməli olduğu 47500 manat puldan 15000 manat ödəmiş və cavabdehin ona avqust ayının sonu üçün 32500 manat borcu olduğunu bildirmişdir və cavabdeh söz vermişdir ki, ödəməli olduğu 32500 manatdan 8000 manatın yaxın tanışı Nəriman adlı şəxsdən yaxın vaxtlarda alıb verəcəyinə söz vermişdir. Halhazırda Cavabdeh ona verməli olduğu 32500 manat olduğu kimi qalıb və pulun banka olan faiz borcunu o ödəyir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh hissə-hissə ondan borc pul alıb. Pulu işlə əlaqədar olaraq vermişdir. Cavabdeh bankda, lombardda işləyir. Cavabdeh ondan borc aldığı pul ilə qızıl-zinət əşyaları alıb satmış, qazancdan ona da vermişdir. Cavabdeh onun bankdan alıb verdiyi pulu vaxtında vermədiyi üçün banka olan borcunu faizlə pul alaraq ödəməyə məcbur qalmışdır. Cavabdeh pulu ödəməmək üçün vəd verdiyi maşını da satmışdır. 22000 manat pulu kartdan çıxarmış, 27000 manat pulu cavabdeh etiraf edərək bu barədə iltizam vermişdir. Cavabdehin 2-3 ay ərzində 27000 manat ödəməsinə də razıdır. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya olan borcunun 27000 manat olmasını təsdiq edir. 17500 manat pul almış, 4 ay ödəmişdir. Sonra qaynatasının adına olan torpağı iddiaçıya vermişdir və bununla da həmin borcu ödəmişdir. 2-ci dəfə aldığı pul ilə ev almaq istəmişdir. Pulu evin sahibinə vermiş, lakin həmin şəxs evi başqasına satmış və onun pulunu verməmişdir. İddiaçıdan 22000 manat da pul almış, komissiya xərclərini ödəməyi vəd vermişdir. 17500 manat ödəniş etmiş, torpaq sahəsi vermiş, iddiaçı həmin torpaq sahəsini ucuz qiymətə satdığını bildirir, lakin nəzərə almaq lazımdır ki, baha qiymətə də sata bilərdi. Ona da borcu olan var. Həmin şəxs borcu ödəyərsə iddiaçının 27000 manat borcunu ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli iltizamdan (əlyazma-əqdlərdən) müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı bank vasitəsilə 22000 manat pul vəsaiti almış, heç bir zamin və girov olmadan vəsaiti almışdır. Hal-hazırda vəsait borclanaraq 27000 manat olmuşdur. xx.xx.2023cü il tarixdə xx.xx.2023-cü il tarixədək vəsaiti ödəməsə, sürdüyü nəqliyyat vasitəsini pul əvəzinə oz xoşu ilə təhvil verəcəkdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 188.50 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikasının 2023-cü il oktyabrın 1-dək qüvvədə olan Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli iltizam (əlyazmaəqdlər) əsasında Cavabdeh İddiaçı 27000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. İddiaçı iddia tələbində göstərilən məbləğin geri qalan hissəsinə dair məhkməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27000 manat məbləğində pul və ödənilmiş 188.50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1229/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1229/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver