Məhkəmə qərarları › İş №2(067)-1230/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1230/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1230/2024 28.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, 5 saylı X1 Mərkəzinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı 5 saylı X1 Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda hakim ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, təqdim olunmuş sübutlarla iddia tələbinə sadələşdirilmiş qaydada baxılması mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 5 saylı X1 Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunur ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım 5 saylı X1 Mərkəzinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar