Məhkəmə qərarları › İş №2(067)-1255/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1255/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1255/2021 21.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin 09 dekabr 2019cu il tarixli 2(067)-2439/2019 saylı qətnaməsinə əsasən 22.01.2010-cu il təvəllüdlü X1 və 05.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən onun xeyrinə tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 240 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 09 dekabr 2019cu il tarixli 2(067)-2439/2019 saylı qətnaməsi ilə birgə nikahlarından olan 22.01.2010-cu il təvəllüdlü X1 və 05.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat sabit pul şəklində alimentin tutulması qət edilmişdir. Uşaqlardan biri serebral iflic xəstəsidir. Onu hər ay müalicə etdirmək vacibdir. Buna görə o xeyli borc etməli olur. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, aliment məbləğinin artırılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir, rəsmi və qeyri rəsmi gəlir yeri yoxdur. Məhkəmə tərəfindən təyin olunan aliment məbləğini də atasının pensiyası hesabına ödəyir. Xəstə olan uşağa görə isə, dövlət 200 manat pul və əlavə olaraq iddiaçıya 50 manat, cəmi 250 manat pul ödəyir. İddia tələbini qəbul etmir, rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(067)-2439/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh 22.01.2010-cu il təvəllüdlü X1 və 05.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Mənzil –Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil kommunal Təsərrüfatı Birliyi 155 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda heç bir yerdə işləmir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli **********1 saylı arayışdan görünür ki, Cavabdeh hal-hazırda qüvvədə olan əmək müqaviləsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı Cavabdeh gəlirləri haqqında hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə uşaqların saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 40 manat artırıldıqdan, iddianın qiyməti 40 manat x 12 aya=480 manat təşkil edir. “Dövlət rüsümu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsümu ödənilməlidir. Belə olan halda, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia ərizəsi qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(067)-2439/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 22.01.2010-cu il təvəllüdlü X1 və 05.03.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar