Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1272/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X13, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladları X8 və X9 ilə birlikdə Cavabdeh sahibliyində olan Xaçmaz rayonunun Arzu kəndində yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onlar Cavabdehlə 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və cavabdehin babasının adına qeydə alınmış evə gəlin köçmüşdür. 2007-ci ilədək orada yaşayandan sonra hazırkı iş üzrə mübahisəli evə köçüb yaşamışlar. Cavabdeh nikahın pozulmasına dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1193/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Hazırda uşaqlarla birgə valideynlərinin evində Quba rayonu, Hacıqayıb kəndində yaşayır. O, cavabdehin sahibliyində olan adı çəkilən Xaçmaz rayonu, Arzu kəndində yerləşən evə istifadə hüququ müəyyən olunmalı və o, uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Ona görə də, qeyd olunanlarla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, iddiaçı ilə 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları vardır. İddiaçı onunla ailə qurarkən babasına məxsus Xaçmaz rayonunun Arzu kəndində yerləşən iki mərtəbəli, 3 otaqlı yaşayış evinə gəlin köçüb. Onlar həmin evdə müvəqqəti yaşamışlar və hazırkı mübahisəli ev ona məxsus deyil, atası X5 məxsusdur. Bu barədə mülkiyyət sənədlərini məhkəməyə təqdim etmişdir. Nikahları pozulduqdan sonra onlar mübahisəli evdən çıxıb atasının evində yaşamışlar. Evin mülkiyyət sənədi və texniki sənədi atası X3 adına işlənmişdir. İddiaçı özü evdən çıxıb getdiyinə görə, həmçinin, evin mülkiyyət sənədi onun adına olmadığına görə hesab edir ki, iddiaçının mübahisə predmeti olan evdə istifadə hüququ yoxdur. Onun öz evi yoxdur. Ona görə iddiaçıya yaşamaq hüququ verə bilmir. Uşaqların da yaşayış yeri ananın olduğu yer sayılır. Ona görə uşaqlar da anası ilə birlikdə yaşayış hüququ ala bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamamıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 11810255 saylı, xx.xx.2016-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayon Arzu kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 11810213 saylı, xx.xx.2016-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 rayon Arzu kəndində qeydiyyatdadır. İş materiallarında olan DƏDRX 5 saylı X19 xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən 0.06 ha ümumbirgə torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli**********09-10301 reyestr nömrəli tekniki pasportun surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən, ümumi sahəsi 182.2 kv m. olan iki mərtəbəli, yaşayış sahəsi 98.6 kv.metr olan fərdi yaşayış evi X6 məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının özünün və övladlarının istifadə hüququnun tanınmasını və köçürülmələrini tələb etdiyi ev cavabdehə məxsus deyil, həmin ev xx.xx.2019-cu il tarixli**********09-10301 reyestr nömrəli tekniki pasporta əsasən X6 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2-ci maddəsinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (14.2.1.) Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (14.2.2.) Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. (14.2.3.) Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. (14.2.4.) Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. (14.2.5.) Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. (14.2.6.) Başqa şəxsə zərər vurulması. (14.2.7.) Əsassız varlanma. (14.2.8.) Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ona cavab verməli olmayan subyektə yönəldilmişdir. Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəliyini şərtləndirən hüquqi fakt mövcud deyil. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr – insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında »Avropa Konvensiyası müddəalarını və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarmm və azadlıqlarmm müdafıəsi haqqında» Avropa Konvensiyasmm iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbİqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azarbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarım da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirər. "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki,Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm-mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallanndan irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov" Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarmda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1272/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1272/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver