Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1285/2025 20.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X2 müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(124)-30/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası xx.xx.2022-ci il tarixdə İddiaçınə həvalə edilmişdir. Məhkuma xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə 1 ədəd «Attenti» markalı 35655796 saylı mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji daşıyıcı (adaptoru), 1 ədəd sadə elektron qolbaq işlək vəziyyətdə Cavabdeh təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddətdə həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitəni itirəcəyi və ya zədələcəyi, yaxud digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə şöbənin sabiq icra məmuru (probasiya üzrə) X4 tərəfindən protokol tərtib edilmişdir. Lakin məhkum Cavabdeh «Attenti» markalı 35655796 saylı mobil nəzarət qurğusunu istifadəyə tam yararsız hala saldığı üçün xx.xx.2023-cü il tarixdə şöbənin böyük icra məmuru X8 tərəfindən «Attenti» markalı 35655713 saylı mobil nəzarət qurğusu ilə əvəz edilmiş, 1 ədəd mobil qurğunun enerji daşıyıcı (adaptoru), 1 ədəd sadə elektron qolbaq işlək vəziyyətdə Cavabdeh təhvil verilmiş, məhkuma yenidən həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitəni itirəcəyi və ya zədələcəyi, yaxud digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək, müvafiq protokol tərtib edilmiş, təhvil alınmış mobil qurğusu ilə bağlı ziyan tələbinə dair ona qarşı iddia qaldırılmış və Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1100/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə ayağından açılmış elektron qolbağı itirmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün ondan «Attenti» markalı 35655713 saylı mobil nəzarət qurğusu təhvil alınmış, lakin ədəd sadə elektron qolbağı təhvil verməmişdir. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyində emal üçün göndərilmiş «Attenti» markalı sadə elektron qolbağın komplektasiyasının pozulması, komplektə daxil olan TX700 qolbağı və adaptoru aşkarlanmadığından, bu cihazın komplekt təkrar istifadəyə yararsız olduğu qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Bununla da cavabdeh tərəfindən Ədliyyə Nazirliyinə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq blldirmişdir ki, məhkum Cavabdeh təhvil verilmiş qolbaq onun təqsiri səbəbindən itirilmişdir. O, qolbaq açılıb düşsə belə, onu götürə bilərdi, tapa bilərdi. Kəmər açılanda məhkum məlumat vermiş, siqnal onun yaşadığı evdən gəlsə də, qolbaq həmin evdə tapılmamışdır. İzləmə məlumatı getdiyinə görə kəməri dəyişdirməmişlər. Məhkumun müdaxiləsi olmadan qolbağın açılması mümkün deyil. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, kəmər ayağından düşəndə xəbəri olmamış, qolbaq ayağımdan açılanda səs siqnalı verdiyinə görə, o, bu barədə icra məmuru X6 zəng edib məlumat vermiş, o, da bildirmişdir ki, “ayın 6-da gələrsən baxarıq”. Kəməri dəyişdirə bilərdilər, amma dəyişdirməyiblər. O, nəzarət qurğusunu qəsdən açmamış, yararsız hala salmamışdır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(067)-30/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan iltizamdan müəyyən olunur ki, Cavabdeh üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, «Attenti» markalı 35655796 saylı mobil nəzarət qurğusu, 20839 nömrəli elektron qolbaq kəmərlə birlikdə, mobil qurğunun enerji adapteri və mobil qurğu üçün qoruyucu Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cəzanın icra qaydalarına və şərtlərinə əməl olunmasının yoxlanılması barədə protokoldan müəyyən olunur ki, Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusuna 72 saat keçdikdən sonra baxış keçirilmiş, mobil qurğunun və elektron qolbağım işlək vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Cavabdeh təhvil verilmiş «Attenti» markalı 35655796 saylı mobil nəzarət qurğusu elektron qolbaq kəmərlə birlikdə, mobil qurğunun enerji yüklənməsində nöqsan olduğu üçün yenisi ilə əvəz edilmiş və ona «Attenti» markalı 35655713 saylı mobil nəzarət qurğusu, elektron qolbaq kəmərlə birlikdə, mobil qurğunun enerji adapteri və mobil qurğu üçün qoruyucu kabro təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cəzanın icra qaydalarına və şərtlərinə əməl olunmasının yoxlanılması barədə protokoldan müəyyən olunur ki, Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusuna bağlandıqdan 72 saat sonra baxış keçirilmiş, mobil qurğunun və elektron qolbağım işlək vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Probasiya xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavədən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmiş qolbağın açılıb siqnalı daxil olmuşdur. İş materiallarında olan İddiaçı icra məmuru (probasiya üzrə) X5, məhkum Cavabdeh və digər şəxslərin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh elektron nəzarət vasitəsinin kəmərini açmış, Monitorinq Mərkəzindən kəmərin evdə olduğu bildirilmiş, kəmər evdə axtarılmış, lakin tapılmamışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)- 1100/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh mobil nəzarət qurğusunun plastik qapaqlarına yapışqan vurduğundan, ana platanı plastiklə yapışqan vasitəsi ilə yapışdırdığına görə yararsız hala salaraq, maddi ziyan vurduğuna görə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh 2277.40 manat məbləğində vəsaitin alınaraq Ədliyyə Nazirliyinin X1 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin texniki vəziyyəti barədə xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh cəzası bitdiyinə görə üzərindən çıxarılan «Attenti» markalı 35655713 saylı mobil nəzarət qurğusu işlək vəziyyətdədir, fiziki xəsarət aşkar edilmir, korpusun hermetikliyi pozulmamış, qurğunun enerji saxlanmasına zəiflik görünmür. 05813 nömrəli elektron qolbağın kəməri təhvil verilməmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin yeni qutudan təhvil götürülməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, deaktiv edilmiş «Attenti» markalı nəzarət qurğusu işlək vəziyyətdə təhvil götürülmüşdür. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən müəyyən olunur ki, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən emal üçün götürülmüş «Attenti» markalı sadə qolbağın kpmplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağı və adapter aşkarlanmamışdır. Bunları nəzərə alaraq, bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş arayışdan görünür ki, «Attenti» markalı elektron nəzarət vasitələrinin avadanlıqlarının dəyəri 2277.40 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərələrin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(124)-30/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Məhkuma elektron nəzarət vasitəsi tətbiq edilməsi məqsədlə 1 ədəd «Attenti» markalı 35655796 saylı mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji daşıyıcı (adaptoru), 1 ədəd sadə elektron qolbaq işlək vəziyyətdə Cavabdeh təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddətdə həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitəni itirəcəyi və ya zədələcəyi, yaxud digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə şöbənin sabiq icra məmuru (probasiya üzrə) X4 tərəfindən protokol tərtib edilmişdir. Lakin məhkum Cavabdeh «Attenti» markalı 35655796 saylı mobil nəzarət qurğusunu istifadəyə tam yararsız hala saldığı üçün xx.xx.2023-cü il tarixdə şöbənin böyük icra məmuru X8 tərəfindən «Attenti» markalı 35655713 saylı mobil nəzarət qurğusu ilə əvəz edilmiş, 1 ədəd mobil qurğunun enerji daşıyıcı (adaptoru), 1 ədəd sadə elektron qolbaq işlək vəziyyətdə Cavabdeh təhvil verilmiş, məhkuma yenidən həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitəni itirəcəyi və ya zədələcəyi, yaxud digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək, müvafiq protokol tərtib edilmiş, təhvil alınmış mobil qurğusu ilə bağlı ziyan tələbinə dair ona qarşı iddia qaldırılmış və Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1100/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə ayağından açılmış elektron qolbağı itirmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün ondan «Attenti» markalı 35655713 saylı mobil nəzarət qurğusu təhvil alınmış, lakin ədəd sadə elektron qolbağı təhvil verməmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən müəyyən olunur ki, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən emal üçün götürülmüş «Attenti» markalı sadə qolbağın komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağı və adapter aşkarlanmamış, cihazın komplekti təkrar istifadəyə yararsızdır. "xxxx" şirkətinin arayışına əsasən «Attenti» markalı elektron nəzarət vasitələrinin avadanlıqlarının dəyəri 2277.40 manat təşkil edir. Cavabdeh məhkəmədə verdiyi izahatında ona təhvil verilmiş kəmərin ayağından düşəndə xəbəri olmadığını, nəzarət qurğusunu qəsdən açmadığını, yararsız hala salmadığını bildirsə də, iddia tələbinə qarşı etirazının əsası kimi heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda İddiaçı icra məmuru (probasiya üzrə) X5, məhkum Cavabdeh və digər şəxslərin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan da müəyyən olunur ki, Cavabdeh elektron nəzarət vasitəsinin kəmərini açmış, Monitorinq Mərkəzindən kəmərin evdə olduğu bildirilmiş, kəmər evdə axtarılmış, lakin, tapılmamışdır. Beləliklə, toplanmış sübutların məcmusu ilə cavabdehin iddiaçı maddi ziyan vurması öz təsdiqini tapır və belə olan halda vurulmuş ziyanın əvəzi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyinin X1 hesabına (X3 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyinin X1 hesabına (X3 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1285/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1285/2025
20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver