Məhkəmə qərarları › İş №2(067)-1296/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1296/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1296/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi Nümayəndə1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan uşağı xx.xx.2018-ci il tarixdə anadan olan Pünhanın saxlanılması üçün hər ay sabit pul şəklində 220 manat məbləğində aliment və uşağı azyaşlı olduğuna görə, heç yerdə işləyə bilmədiyinə görə əlavə 50 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X9 iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurumuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Uşaqlardan hal-hazırda Pünhan onun himayəsindədir, digər oğlu Nurlan atasının yanında məcburi saxlanılır. Cavabdehlə xasiyyətləri uyğun qəlmədiyi üçün ailə münasibətləri pozulmuşdur. Onlar faktiki olaraq 2021-ci ilin sentyabr ayından ayrılmışlar və uşaqlardan Pünhan onun himayəsindədir. Xaçmaz rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(067)-465/2021 saylı qətnaməsi aliment tutulması hissəsində dəyişdirilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 28 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 80 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda uşaqlardan Pünhan himayəsindədir, komunal xərclər qalxdı, ona görə də uşağına paş-paltar və tələb olunan əşyaların almaqda çətinlik çəkir, cavabdeh uşağın saxlanılması üçün heç-hir köməklik etmir, lakin cavabdehin buna hər-cür imkanı var, qündəlik gəlirləri var. Hesab edir ki, onun bu vəziyyətində uşağını saxlamaq üçün ayda ondan 220 manat aliment tutulmalıdır, çünki onun qazancı qeyrimüntəzəmdir. Odur ki, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh uşağın saxlanması üçün hər ay 220 manat aliment ödəmək iqtidarındadır. Belə ödəniş qanuni, ədalətli və humanist olmaqla məqsədə müvafiqdir. Belə ki, cavabdeh X13 Mənbəyində polis serjantı işləyir, aylıq əmək haqqısı 650-700 manat təşkil edir, həmçinin Nərəcan kəndində Villası var, iki traktor, bir Ford Qazel maşını, bir 06 markalı minik maşını vardır, bundan savayı çoxlu sayda mal-qara, və meyvə bağları vardır ki, bundan da cavabdeh xeyli gəlir götürür. Heç bir gəlir yeri yoxdur. Odur ki, alimentin artırılaraq 220 manat məbləğdə müəyyən edilməsi uşaqları üçün həyatı əhəmiyyət kəsb edir. İlk iddia üzrə Cavabdeh aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh Tahirova(Mustafayeva) Əfsanə Zəkir qızından yetkinlik yaşına çatmayan uşağı xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul şəklində 220 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda onun himayəsində qalan Nurlanın maddi ehtiyacları çoxaldığı üçün anası İddiaçı aliment tutulması zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianı müdafiə edir, qarşılıqlı iddianı isə qəbul etmir. Sumqayıt Apelyasiya Məhkəməsində 2020-ci ildə 80 manat aliment kəsilib. Uşaq 4 aylığından onun yanındadır, bağçaya gedir. Qızı da işləmir, 80 manat alimentlə uşağı saxlaya bilmir. Əks tərəf də aliment tələb edə bilər qızından, amma qızı işləmir. Onlarla qalan uşağın 5 yaşı hələ olmayıb. əks tərəfdən heç olmasa 180 manat aliment tutulmasını xahiş edir. Qızından isə aliment tutulmasın. Məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbi üzrə izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianı qəbul etmir, qarşılıqlı iddianı isə müdafiə edir. Sumqayıt Apelyasiya məhkəməsi 80 manat aliment kəsib və onlar həmin alimenti ödəyirlər. Əgər iddiaçı tərəf onlardan aliment istəyirsə, onda onlarla qalan uşaq üçün də aliment ödəməlidir. Uşaq 2-ci sinifdə təhsil alır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, ilk iddia və qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 278/2022 saylı qətnaməsindən müəyyən olunur ki, 30 sentyabr 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 28 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 80 manat aliment tutularaq X7 verilməsi qət edilmişdir. Qətnamə tərəflər arasında xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, xx.xx.2018-ci il təvəllüdlü X1 isə anası Tahirova(Mustafayeva) Əfsanə Zəkir qızının himayəsində saxlanılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 atası Cavabdeh, xx.xx.2018-ci il təvəllüdlü X1 isə anası Tahirova(Mustafayeva) Əfsanə Zəkir qızının himayəsində saxlanılmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay cəmi 80 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 xeyrinə hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2018-ci il təvəllüdlü X1 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. Bundan başqa, Məhkəmə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını qismən təmin etdiyindən hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2016-cı il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İlk iddia üzrə iddiaçının iddia tələbi qismən təmin edildiyindən, yəni alimentin məbləği 100 manat artırıldığından, iddianın qiyməti 100 manat x 12 aya= 1200 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan yuxarı olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Belə olan halda, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 32 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qarçılıqlı iddia üzrə iddiaçının iddia tələbi qismən təmin edildiyindən, yəni alimentin məbləği 180 manat təyin edildiyindən, iddianın qiyməti 180 manat x 12 aya= 2160 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan yuxarı olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Belə olan halda, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 41,60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə artırılmış alimentin məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalı, qarşılıqlı iddia tələbi üzrə təyin edilmiş alimentin məbləği qarşılıqlı iddianın daxil olduğu gündən yəni, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. İlk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehdən heç yerdə işləyə bilmədiyinə görə tələb etdiyi 50 manat pulun alınıb ona verilməsinə məhkəməyə heç bir əsaslı sübut təqdim etmədiyindən, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 29(105)-278/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün qarşılıqlı iddianın daxil olduğu gündən yəni, xx.xx.2023-cü il tarixdən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 32 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 41,60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə ödənilmiş mediasiya xərci ilk iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar