Məhkəmə qərarları › İş №2(067)-130/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-130/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-130/2021 23.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə dair mülki işə 23 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı мящкямяyя иддиа ərizəsi ilə müraciət edərək, cavabdehin onun qanuni istifadəsində olan Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən və Torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 4698, KOD-30217048 olan şəhadətnamədə göstərilmiş 8,00 ha torpaq sahəsinə qəsd edən hərəkətlərə son qoyulması, onun gələcəkdə həmin torpaq sahəsinə gələn su arxının bağlanmasına qadağa qoyulması və həmin arxın bağlanması nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq Nərəcan Bələdiyyəsinin pulun ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi барядя гятнамя гябул едилмясини хащиш етмишдир. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı иддиасыны онунла ясасландырмышдыр ки, Xaçmaz rayonu, Nərəcan Bələdiyyəsinin 08.04.2004-cü il tarixli 5 saylı qərarı ilə həmin bələdiyyə ilə aralarında bağlanmış 17.04.2004-cü il tarixli 33 saylı icarə müqaviləsinə əsasən Nərəcan Bələdiyyəsinin ehtiyat fondu torpaq sahələrindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60 il müddətinə 8,00 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları istifadə hüququna dair JN- 4698, KOD-30217048 olan şəhadətnamə ilə təsdiq olunur. Beləliklə Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən 8,00 ha torpaq sahəsi 2004-cü il tarixdən onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsində o, müxtəlif cür meyvə ağacları əkmişdir. Onunla qonşuluqda cavabdehin icarəsində olan torpaq sahəsi yerləşir, ona məxsus torpaq sahəsi Gödəkli kəndi ərazisinə aiddir, iki torpaq sahəsi aralarından keçən xəndək vasitəsi ilə ayrılır. Cavabdehin istifadəsində olan torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsinin yuxarı hisəsində yerləşir, onun ərazisinə gələn su arxı cavabdehin torpaq sahəsinin qırağından keçir. Uzun illərdir ki, həmin su arxı vasitəsi ilə öz torpaq sahəsini suvarır. Cari ilin iyun ayının ortalarından cavabdeh aralarında yaranmış mübahisəni bəhanə gətirərək öz torpaq sahəsinin qırağı ilə keçən su arxını boğaraq onun torpaq sahəsnə suvarma suyunun axınına maneçiliklər törətməyə başlamış, cavabdehin qanunsuz hərəkətlərindən yerli ərazi idarəsinə, Gödəkli Bələdiyyəsinə, ərazidə suvarma məsələsinə baxan “Sahil” Sudan İstifadə Birliyinin rəhbərliyinə müraciət etsə də o, öz inadından əl çəkməmiş, nəticədə onun 8,00 ha torpaq sahəsi 2020-ci il iyun ayının ortalarından 2020-ci ilin iyul ayının axırlarına kimi suvarılmamış qalmışdır. O,qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri barədə yuxarıda göstərilən idarə və təşkilatlara etdiyi müraciətlər yerində yoxlanılmış və onların həqiqətə uyğun olması barədə həmin idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 18 iyul 2020-ci il akt ilə təsdiqlənmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 5000 (beş min) manat civarında maddi ziyan dəymişdir. Ona görə o, məhkəmədə iddia qaldırmalı olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən (habelə ailə üzvləri tərəfindən) mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, yəni ərazidəki su arxının üzərindəki körpüdən və yoldan sərbəst istifadənin bərpa edilməsi, yolda cavabdeh tərəfindən dəmir turbalardan quraşdırılmış darvazanın onun öz hesabına götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, bildirmişdir ki, iddiaçı onun oğludur. Cavabdeh tərəflə aralarında yol ilə bağlı mübahisə olmuş və bu barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin işə baxılarkən ekspert rəyi alınmış və rəydə də yolun Nərəcan bələdiyyəsinə məxsus olduğu qeyd edilmişdir. Cavabdeh yolu bağlamışdı, bələdiyyənin nümayəndəsi mübahisəli əraziyə gəldikdən sonra yolu acımış, sonra isə yenidən yolu bağlamışdır. Onlar xərc çəkib başqa istiqamətdən su gətirməyə cəhd etmişlər ki, ağacları sulasınlar, lakin ərazinin relyef quruluşuna görə həmin istiqamətdən su gətirilməsi mümkün olmamışdır. Nəticədə 81 ədəd fındıq ağacları susuz qalmış, məhsuldarlıq 50 % aşağı düşmüşdür. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, onların cavabdeh tərəfindən vurulmuş 5000 manat ziyanla bağlı sübutları yoxdur. Göstərilənlərə əsasən nümayəndə ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməmiş, mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı heç bir ödəniş etmək fikrində olmadıqlarını, işdə olan sübutlar əsasında işə baxılaraq, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək bildirmişdir ki, torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 7102 saylı, 30204028 kodlu şəhadətnaməyə əsasən Gödəkli bələdiyyəsinə məxsus 1,40 ha torpaq sahəsi qanuni istifadəsindədir. Bundan başqa həmin bələdiyyəyə məxsus 1,46 ha torpaq sahəsi qızı X1 hüququ ilə yüklü edilmiş və onun adına **********11 reyestr nömrəli çıxarış verilmişdir. Beləliklə onun ailəsinin istifadəsində 2,86 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi bağ altında olan torpaq sahəsidir. Cavabdeh İddiaçı istifadəsində olan 8 ha torpaq sahəsi onların torpaq sahəsi ilə qonşuluqda yerləşir. Torpaq sahələrinə, habelə ətrafdakı torpaq sahələrinə keçid ərazidəki arxın üstündə mövcud olan körpü vasitəsi ilə həyata keçirilir. Cavabdeh bildirir ki, arxın üzərindəki körpü yalnız onun istifadəsində olmalıdır və onlara torpaq sahələrinə körpüdən keçməyə ciddi maneələr yaradır. O, körpünün qarşısında özbaşına olaraq dəmir turbalardan darvaza düzəldib və faktiki olaraq yolu bağlayıb. Onlar məcbur olub qonşu torpaq sahəsinin sahibindən icazə almaqla onun torpaq sahəsindən keçmək məcbutiyyətindədirlər. Mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı heç bir ödəniş etmək fikrində deyil və iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. Qeyd olunanlara əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilk iddia tələbi, həm də qarşılıqlı iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 4698, KOD-30217048 olan şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu, Nərəcan Bələdiyyəsinin 08.04.2004-cü il tarixli 5 saylı qərarı ilə həmin bələdiyyə ilə İddiaçı arasında bağlanmış 17.04.2004-cü il tarixli 33 saylı icarə müqaviləsinə əsasən Nərəcan Bələdiyyəsinin ehtiyat fondu torpaq sahələrindən kənd təsərrüfatı məhsullarının istehsalı üşün İddiaçı icarəsinə 60 il müddətinə 8,00 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində istifadə hüququna dair JN-4698, KOD-30217048 olan şəhadətnamə ilə təsdiq olunur. Beləliklə Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən 8,00 ha torpaq sahəsi 2004-cü il tarixdən onun qanuni istifadəsindədir. İş materiallarında olan JN-7102 saylı, 30204028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Gödəkli Bələdiyyəsinin 17.01.2005-ci il tarixli, 01 saylı qərarı və 30.03.2005-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün Gödəkli Bələdiyyəsinin ehtiyat fondundan 1.40 ha torpaq sahəsi icarəyə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə həm ilk iddianın, həm də qarşılıqlı iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, hər iki iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiaları əsassız olduğundan təmin olunmasın. İddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar