Məhkəmə qərarları › İş №2(067)-1319/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1319/2020

08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1319/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay cavabdehdən bir uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2731/2019 saylı qətnaməsi ilə iddiaçı ilə nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarından olan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2731/2019 saylı qətnaməsi ilə tutulmalı olan aliment məbləğini gecikmələrlə və hissəli məbləğlərlə yubandıraraq ödəyir. Hazırda cavabdehin 1 ay üçün 200 (iki yüz) manat ödənilməmiş aliment borcu var. 15 və 16 yaşlarına keçmiş uşaqlarların xərcləri ilə qucaqda böyüyən və ya 5-6 yaşlı uşaqlara çəkilən xərclər fərqlidir. Böyüdükcə uşaqların atalarına qarşı tələbat və ehtiyacları artsa da cavabdeh onlara diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çətindir. 17 il əvvəl gəlin köçdüyü Xaçmaz rayonunun Qusarçay kəndində müştərək olaraq işləyib qazandıqları, tikib qurduqları hər şey hazırda cavabdehin istifadəsindədir. Həyətində və pay torpağında olan qoz, fındıq və s. məhsulları toplayıb satışından çoxlu pul əldə etməklə, həm də əsas işindən əlavə kənd əhalisi üçün müəyyən işlər görməklə cavabdeh gəlir əldə edir. O və övladları isə məcburi köçkün həyatı yaşayırlar. Onlar atası üçün belə darısqal olan 2 otaqlı evə sığınmışlar, heç bir təqaüd almayan atası övladları üçün əlavə xərclər çəkir. Uşaqlar Xaçmaz rayonunun Qusarçay kənd orta məktəbində rus bölməsində təhsil alırdılar. İndi yaşadıqları Quba rayonu 2-ci Nügədi kəndində rus bölməsi olmadığından onlar təhsillərini Quba şəhər 3 saylı orta məktəbdə davam etdirirlər. Uşaqların Quba şəhərinə gedib gəlmələrinə hər ay orta hesabla 100 manatadək pul xərclənir. Övladları ali təhsil almağı qarşılarına məqsəd qoyublar. Bunun üçün təcrübəli müəllimlərdən məktəbdənkənar dərs almalıdırlar. O isə müəllimlərə ödəniş etmək iqtidarında deyil. Qızı, xx.xx.2004-cü il təvəllüdlü X1 xəstəsidir. 18 yaşınadək ona fizioterapiya masaj olunmalıdır ki, vəziyyəti yaxşılaşsın. Qardaşı dəfələrlə ona maddi yardım edib ki, uşaqlarına qayğı göstərə bilsin. Lakin o, cavabdehin övladlarını saxlamağa borclu deyil. Məhkəmə iclasında İddiaçı ddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin gəlirləri barədə məlumatım yoxdur, lakin onun ödədiyi alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə ki, uşaqların ehtiyacları artıb, ərzaq məhsullarının və geyim əşyalarının qiymətləri artıb. Quba şəhərində yerləşən “xxxxxxxxxx” MMC-də iləyir, lakin pandemiya ilə əlaqədar bu ilin may ayından əmək haqqı almır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianın dəlillərinə etiraz edərək, Xaçmaz şəhərində dəmir yolu ərazisində fəhlə işlədiyini, ayda 337-340 manat gəliri olduğunu, uşaqları üçün müəyyən edilmiş alimenti ödədiyini, hətta ayda onlara əlavə 50 manatadək pul xərclədiyini, hər iki uşağı üçün kreditlə telefon da aldığını, amma hazırda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı olmadığını bildirmişdir. Ona görə ki, o, iddiaçı ilə boşanandan sonra yeni ailə qurmuşdur. Özü fəhlə kimi işləyir və aylıq 340 manatadək gəliri olur. İddiaçının himayəsində olan uşaqlarının saxlanılması üçün ayda cəmi 200 manat aliment ödəyə bilər. İddiaya qarşı məhkəməyə təqdim edəcəyim sübutu yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 507128 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2004cü il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 722086 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2731/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən Cavabdeh iddiaçının xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2731/2019 saylı qətnaməsi ilə cavabdeh X2 iddiaçının xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-2731/2019 saylıqətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar