Məhkəmə qərarları › İş №2(067)-1329/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1329/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1329/2023 27.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 330 manat əsas borcun, hesablanmış cərimə faizi 2714,25 manatın və ödənilmiş 50,44 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhəri N.Nərimanov küçəsində mebel mağazası işlədir. 22 may 2018-ci il tarixində Xaçmaz rayon sakini Cavabdeh ona məxsus mağazadan 3G nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında 1100 manat məbləğində mebel dəsti almışdır. İlkin olaraq ödəniş etməmişdir. Qalan 1100 manat məbləği isə müqavilənin 3-3.4. bəndinə əsasən xx.xx.2018-ci il tarixinə kimi tam ödəməyi öhdəsinə götürərək müqaviləyə imza atmışdır. Müqavilənin 3-3.4. bəndinə əsasən son ödəmə tarixi xx.xx.2018-ci il tarixdə bitmişdir. Müqavilənin 4-4.2. bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə , aldığı malın ödənişi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə, Satıcı ödəniş müddəti ötmüş məbləğə , gecikdirilmiş hər bir ödəniş gününə görə , gecikdirilmiş ödəniş məbləğinin 0,5 % miqdarında cəriməni hesablayaraq əlavə etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixində Cavabdehin ona 330 manat əsas borcu , 2714.25 manat cərimə faiziəri, cəmi 3044.25 manat borcu var. Müqavilə şərtləri cavabdehə tərəfindən dəfələrlə xəbərdarlıq edilsədə tamamı ilə pozulmuşdur. Buna görə də müqavilənin şərtlərinin tam şəkildə pozulması, gecikməyə görə hesablanrnış faizlər №36 müqavilənin 4-4.2. bəndinə əsasən tam şəkildə cavabdehdən alınaraq bizə ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin 330 manat əsas borcu, 2714,25 manat da cərimə borcu var. Cavabdeh 2018ci ildə onlardan mebel alıb, lakin pulunu ödəməyib. Cavabdeh pulu bəzən özü gətirib, bəzən isə başqa şəxslərlə göndərib. Cavabdeh 200 manat ödəməyib. Ödənişlər edəndə cavabdehə çeklər vermişlər. xx.xx.2018-ci ildə ödəniş olmadığına görə qarşısı boş saxlanılıb. Cavabdehə qarşı əvvəl də bu iddianı qaldırmışdıq, baxılmamış qalmışdı iddia. Həmin vaxt cavabdeh əvvəlcə borclu olmadığını, sonra 200 manat borclu olduğunu, sonra isə 130 manat borcu olduğunu bildirmişdi. Əvvəlcə deyirdi imza onun deyil, sonra dedi imza onundur. 130 manat da Xaçmazdan Nərəcan kəndinə logistika xərci ola bilməz. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mebelin dəyəri 970 manat olub və o bütün pulu ödəmişdir. 130 manat isə əlavə olaraq üstünə yol xərci gəlmişdir. O, ödədiyi pulların çeklərini də ona verməyiblər. 6 ildən sonra deyirlər ki, borcun var. 130 manat borcu var. Amma 330 manat borcun var deyir. Sonuncu dəfə 200 manat pul ödəmişdir, çekini verməyib. 130 manat da daşıma xərcinə görə istədilər verməmişdir. O, aldığı mebelin pulunu tam ödəmişdir. Mebeli 970 manata almışdır. Onunla həmin vaxt müqavilə bağlanmayıb. O, birinci ödənişi etməyə gedəndə onunla müqavilə bağlayıblar. 970 manat pulu vermişdir. Ödənişlərə görə ona çeklər verməyiblər. Müqavilədəki və ödənişlər olunmasına dair imzalar onundur. Müqavilədə 1100 manat pula imza atdığını etiraf edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli №36-li malın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, «Satıcı» Nümayəndə ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Satıcı Alıcıya malı satır, Alıcı isə həmin malı qəbul edir və müqaviləyə əsasən müəyyən edilmiş malın dəyərini Satıcıya ödəyir. İş materiallarında olan 36 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, cavabdeh iddiaçıya cəmi 770 pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, iş materiallarında olan alqı-satqı müqaviləsində və ödəniş cədvəlində qeyd olunan rəqəmləri sadə riyazi hesablama nəticəsində hesabladıqda müəyyən olunur ki, cavabdeh iddiaçıdan 1100 manat dəyərində mebel dəsti almış, lakin cəmi 770 manat pul ödəmişdir. Cavabdeh İddiaçı cəmi 330 manat ödənilməmiş borcu qaldığı müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə dəbbə pulu ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, kreditorun əmlak mənafeyi nəzərə alınmaqla, dəbbə pulu artıq mütənasibsiz şəkildə azaldılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 330 manat əsas borcun, hesablanmış cərimə borcuna görə 50 manat olmaqla cəmi, 380 manat borc pul və ödənilmiş dövlət rüsumundan 30 manat tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsi ilə bağlı 50 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı ödəmişdir. İddia tələbi 380 manat hissəsində əsaslı hesab olunduğu üçün, dövlət rüsumu da buna mütənasib şəkildə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə və Azərabaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 50.44 manat dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 3440-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 330 manat əsas, 50 manat cərimə borcu, cəmi 380 manat borc pul və ödənilmiş dövlət rüsumundan 30 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar