Məhkəmə qərarları › İş №2(067)-1332/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1332/2021

21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1332/2021 21.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi Cavabdeh iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 may 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi məhkəmədə iddia qaldıraraq 700 manat məbləğində pulun Cavabdeh alınaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xaçmaz rayonu Maqsudkənd ərazisində qanunsuz olaraq 2 ədəd müxtəlif diametrli qovaq ağacını kəsərək məhv etmişdir. faktla əlaqədar onun barəsində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 14.10.2020-ci il tarixli akt, 14.10.2020-ci il tarixli inxzibati xəta haqqında protokol tərtib olunaraq 26.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh AR İXM-nin 253.2-ci maddəsinin tələblərini və «Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq inzibati xəta törətmiş, nəticədə cavabdehin barəsində təbiətə dəymiş ziyan 700 manat hesablanmışdır. Ziyanın könüllü ödənilməsi barəsində xəbərdarlıq edilməsinə baxmayaraq göstərilən məbləğdə pulu ödəməmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ona qarşı 700 manat məbləğində iddiasını qəbul edir, həin məbləği birdəfəyə ödəmək imkanı olmadığndan hissə-hissə ödəyəcəkdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 26.10.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Cavabdeh Xaçmaz rayonu Maqsudkənd kəndi ərazisində avtomobil yolunun kənarından X2 Agentliyinin rəyi olmadan 1 ədəd diametri 30 sm, 1 ədəd diametri 40 sm. olan qovaq cinsinə mənsub kök üstündə olan ağacları qanunsuz kəsərək məhv etməklə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 63107 nömrəli aktdan görünür ki, Xaçmaz rayonu Maqsudkənd kəndi ərazisində avtomobil yolunun kənarında 3 ədəd ağacın kəsilərək məhv edildiyi aşkar olunmuşdur. Araşdırma zamanı qeyd olunan ağacların 2 ədədi yaş kök üçtündə bioloci inkişafda olan qovaq cinsinə mənsub, 1 ədəd diametri 30 sm, 1 ədəd diametri 40 sm olduğu müəyyən edilmişdir. Digər 1 ədəd kəsilmiş ağacın söyüv cinsinə mənsub olduğu diametri 54 sm olmaqla bioloci inkişafdan qaldığı quru vəziyyətdə müəyyən olunmuşdur. Qeyd olunan ağacların Cavabdeh tərəfindən kəsildiyi müəyyən olunmuşdur. İş materiallarında olan 14.10.2020-ci il tarixli 63107 saylı akta əlavədən görünür ki, Cavabdeh tərəfindən 2 ədəd müxtəlif diametrli qovaq ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulmuz zyan 700 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərər, zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Bank hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar