Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1354/2024 16.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarını artıraraq hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin və tərəfindən ödənilən 100 manat məbləğində rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)~436/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 iiçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarında yə 50 manat məbləğində sabit alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan iki övladının olması, uşaqların onun yanında qalmaqla, onun saxlanılması üçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarında və 50 manat məbləğində alimentin tutulması müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Cavabdeh İİ qrup əlil olduğundan dövlət tərəfindən onlar üçün nəzərdə tutulmuş miqdarda təqaüd almaqla, yanaşı prezident təqaüdçüsüdür. Cavabdeh yenidən evlənməmiş və öhdəliyində keç kəs yoxdur. Hal-hazırda anası ilə birlikdə yaşayır və anası da, təqaüd aldığından onun aylıq gəlirləri ilə müqayisədə böyük bir xərci yoxdur. Yalnız hər ay 210 manat miqdarında aliment ödəyir. Yuxarıda da, qeyd etdiyim kimi alimentin həmin məbləği 7 il bundan öncə təyin olunmuş və bu illər ərzində iqtisadi vəziyyətin dəyişməsi, ölkədə məhsul və xidmətlərin qiymətinin artmasını, cavabdehin aldığı təqaüdlərin məbləğinin artmasını və 2 övladının aylıq təhsil, geyim, qida və digər xərclərinin artmasını nəzərə alsa 2 uşaq üçün birlikdə 210 manat məbləğində aliment miqdarı olduqca azdır. Əlavə olaraq, cavabdeh hər ay qeyd olunan məbləğdə alimenti ödəməkdən savayı övladlarına maddi və mənəvi heç bir dəstək və qayğı göstərmir. Övladlarının ildən ilə, hətta aydan aya artan maddi xərclərini o tək başına ödəməyə çalışır və bu məsələdə olduqca çətinlik çəkir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, peşəsi müəllimədir, hazırda rəsmi iş yeri olmasa da, evində tələbələrin hazırlığı ilə məşğuldur və müəyyən qədər aylıq gəliri olur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddianı qismən qəbul edir, İİ qrup müharibə əlilidir. 700 manata yaxın pensiya alır, lakin özü ildə 2-3 dəfə müalicələrə gedir. Hər uşağı üçün iddiaçıya ayda 150-160 manat aliment ödəyə bilər, bundan artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-436/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 iiçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarında və 50 manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X3 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, tərəflər X3 iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 240 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materillarından görünür ki, iddiaçı iddia ərizəsi ilə əlaqədar 50 manat dövlət rüsumu və 60 manat mediasiya rüsumu ödəmiş və hazırda cavabdehdən 100 manat pulun ona ödənilməsini də tələb edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 2(067)-436/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində rüsum tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1354/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1354/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver