Məhkəmə qərarları › İş №2(067)-1359/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1359/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1359/2024 14.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin tutulması tələbinə dair iddia üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh mobil nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə, ondan dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X4ndə müvafiq hesabına (X4 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab N° AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 1(067)-84/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkuma xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) X5 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin mobil qurğu enerji yığmadığından yenisi ilə əvəz edilmişdir. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) X2 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə 35654497 nömrəli “Attenti” markalı mobil qurğunun ekranına tez-tez “qolbaq tapılmır” pozuntusu siqnalı və elektron qolbağın içindən səs gəldiyi üçün yenidən yenisi ilə əvəz edilmişdir. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokollarda məhkum Cavabdeh cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. “Evrodizayn" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qurğunun plastik qapaqlarına yapışqan vurmuş, zərbə nəticsində ana platada pinləri qırmış, nəticədə təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməmişdir. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun plastik qapaqlarına yapışqan vurduğundan, zərbə nəticsində ana platada pinləri qırdığına görə yararsız hala düşmüş və onlara maddi ziyan dəymişdi. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Mülki işin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 1(067)- 84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Mülki işin materiallarında olan elektron nəzarət vasitəsinin texniki vəziyyəti haqqında 26 dekabr 2023-cü il tarixli texniki Aktdan görünür ki, məhkumun üzərindən nəzarət vasitəsi yararsız olduğu üçün çıxarılmışdır. Mülki işin materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında 11 yanvar 2024-cü il tarixli texniki rəydən görünür ki, qurğunun plastik qapaqlarına yapışqan vurulub. Zərbə nəticəsində ana platada pinlər qırılıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararasızdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə həmin mobil qurğu enerji yığmadığından yenisi ilə əvəz edilmişdir. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) X2 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə 35654497 nömrəli “Attenti” markalı mobil qurğunun ekranına teztez “qolbaq tapılmır” pozuntusu siqnalı və elektron qolbağın içindən səs gəldiyi üçün yenidən yenisi ilə əvəz edilmişdir. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokollarda məhkum Cavabdeh cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Cavabdehin günahından, lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yararsız hala düşmüş və iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməmişdir. Cavabdehə təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 1(067)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu hökmlə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, lakin cavabdeh üzərinə qoyulan bu vəzifəni lazımi qaydada icra etməmiş, elektron qolbaq su ilə təmasda olmuş, bunun nəticəsində cihaz sıradan çıxmışdır. Təqdim edilmiş mötəbər sübutlarla müəyyən edilir ki, stasionar və mobil enerji mənbəyini dəstəkləyən cihazlarla birlikdə elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından göründüyü kimi, nəzarət cihazının zədələnməsilə bağlı iddiaçıya dəyən ümumi ziyanın məbləği 2277,40 manat müəyyən edilir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2270,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasibolaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır İşdən görünür ki, iddiaçı büdcədən maliyyələşən qurum kimi dövlət rüsumu ödəməkdən azaddır. Bununla belə, tələbin həcminin 2270,40 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, 42.70 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 42.70 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar