Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1360/2024 11.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan ziyan tələbinə dair iddia üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh mobil nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə, ondan dəyəri 401,20 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X1 müvafiq hesabına (X2 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(067)- 207/2021 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəi ilə təqsirli bilinərək, ona 160 saat ictimai işlər növündə inzibati tənbeh növü təyin edilmişdir. Qərarın icrası İddiaçınə həvalə edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə izahatı alınaraq ictimai işlər növündə inzibati tənbehin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirməyi, həmin vasitəni işlək vəziyyətdə saxlaması üçün ona xidmət edəcəyini bildirmişdir. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) X3 və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş Cavabdeh iştirakı ilə müvafiq göndəriş və məktub tərtib edilmişdir. Həmin izahatda, göndəriş və məktubda ictimai işlər növündə inzibati tənbehin icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Cavabdeh bir ədəd “İdrak” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapted), təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin həmin elektron nəzarət vasitəsi cavabdeh tərəfindən itirildiyinə görə təhvil verilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında elektron nəzarət vasitəsini itirdiyini və icra şöbəsinə təhvil vermədiyini etiraf etmiş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi məktuba görə elektron nəzarət vasitələrinin dəyəri 401.2 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh məhkəmənin hökmü ilə 160 saat ictimai işlər cəzası təyin olunub və ona cəza çəkdiyi müddətdə işlətməsi üçün elektron nəzarət qurğusu verilib. Lakin cəzasını çəkib qurtarsa da, cavabdeh elektron nəzarət qurğusunu İddiaçınə təqdim etməmişdir. Bu barədə ondan izahat da alınmışdır. Nəzarət qurğusunun qiymətinin 401,20 manat olduğunu probasiya şöbəsinin məktubu əsasında qeyd etmişlər. Cəza çəkdiyi bütün müddət ərzində mobil nəzarət qurğusu cavabdehin üzərində olmuşdur. Qurğu hazırda qaytarılmayıb. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, məhkəmənin qərarı ilə ona 160 saat ictimai işlər cəzası təyin olunub və cəza çəkdiyi müddətdə işlətmək üçün ona elektron nəzarət qurğusu verilmişdir. O, cəzasını 3 il bundan əvvəl çəkib qurtarmış və elektron nəzarət qurğusunu da çıxarıb evdə qoymuşdur. Elektron nəzarət qurğusunu qaytarmalı olduğunu heç kim ona demədiyinə görə, onu qaytarmamış və həmin vaxtdan bəri elektron nəzarət qurğusunu tapa bilməmişdir. Elektron nəzarət qurğusunun saxlanılması ilə bağlı ona xəbərdarlıq olunmuşdur. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin maliyyə və təminat idarəsinin verdiyi məktubundan müəyyən olunur ki, elektron nəzarət vasitələrinin dəyəri 401.2 manat təşkil edir. İş materiallarından görünür ki, 14 aprel 2021-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru Pərviz Müslümov və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və Cavabdeh xx.xx.2021-ci il tarixdə izahatı alınaraq ictimai işlər növündə inzibati tənbehin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirməyi, həmin vasitəni işlək vəziyyətdə saxlaması üçün ona xidmət edəcəyini bildirmişdir. Həmin tarixdə də şöbənin sabiq icra məmuru (probasiya üzrə) X3 və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş Cavabdeh iştirakı ilə müvafiq göndəriş və məktub tərtib edilmişdir. Həmin izahatda, göndəriş və məktubda ictimai işlər növündə inzibati tənbehin icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Cavabdeh bir ədəd “İdrak” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapted), təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin həmin elektron nəzarət vasitəsi cavabdeh tərəfindən itirildiyinə görə təhvil verilməmişdir. bildirmişdir. Hesab edir ki, cavabdehin günahından, lazımınca məsuliyyətli olmadığından iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehə təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 3(067)-207/2021 nömrəli qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 160 saat ictimai işlər növündə inzibati tənbeh növü təyin edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Xudat Mənzil Kommunal Təsərrüfatı idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Cavabdeh ona inzibati tənbeh təyin edilmiş 160 saat ictimai işləri sat hesabı ilə tam olaraq çəkib qurtarmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 401.20 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyinin X1 müvafiq hesabına (X2 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1360/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1360/2024
11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver